Məhkəmə qərarları › İş №e-2(007)-1071/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1071/2022

14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1071/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümyəndəsi və vəkili Vəkil1, Cavabdehun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 28 noybar 1996-cı il tarixində Ucar rayonu, Bərgüşüd kənd nümayəndəliyində rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1997-ci ildə qızları Nərminə, xx.xx.2000-ci ildə Sevda və xx.xx.2009-cu ildə oğulları Yusif doğulmuşlar. Cavabdehin evlilik müddətində ona qarşı olan aqresiv münasibəti dözülməz həddə çatmış, həmin münasibət uzun illər davam etmiş, hətta cavabdehin ona dəfələrlə fiziki zor tətbiq etməsi səbəbindən polis orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Cavabdehin üç uşaq qarşısında anaya qarşı dəfələrlə zor tətbiq etməsi övladlarının mənəvi, psixoloji stress keçirməsinə və depresiyaya düşmələrinə səbəb olmuşdur. Cavabdehin özbaşnalıqları, ona qarşı törətdiyi aqressiya və qeyri-insani davranışları səbəbindən aralarında olmuş nikahın 30 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulması ilə nəticələnmişdir. Nikahları pozularkən məhkəmə qətnaməsi ilə onunla cavabdeh arasında birgə nikahdan doğulmuş uşaqların valideyin olaraq onunn yanında saxalanılması, cavabdehdən aliment tutulması məsələsi həll edilmiş və hal-hazırda onunla cavabdeh arasında birgə nikah dövründə alınmış və ya əldə edilmiş hər hansı həll edilməmiş mübahisə qalmamışdır. Nikah pozulduqdan həm əvvəl, həm də sonra cavabdeh içki aludəçisi olduğuna görə müxtəlif ünvanlarda yaşamağa başlamış, ilin çox hissəsini Rusiyanın müxtəlif şəhərlərində səyyar həyat tərzi keçirmiş və mülkiyyət hüququ ilə ona məxsus qeydiyyada olduğu mənzilə gəlməmiş və hətta uşaqları ilə belə maraqlanmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 7-də yerləşən 16 saylı mənzil cavabdehlə rəsmi nikaha girməmişdən, yəni evlənməmişdən əvvəl ona məxsus olmuş və həmin mənzilə dair Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməklə 28 dekabr 1995-ci il tarixdə Qeydiyyat Vəsiqəsi almışdır. Qeyd etmək istiyir ki, onunla cavabdeh arasında nikah və ailə mübahisəsi qalmamış və hal-hazırda da mövcud deyil. Məhkəmə qətnaməsi ilə cavabdehlə arasında olmuş nikah ailə mübahisəsinə son qoyulduqdan sonra 16 yanvar 2021-ci il tarixdə “Nikahın pozulması haqqında” şəhadətnamə almışdır. Cavabdehlə nikahda olduğu müddətdə birgə daşınar və ya daşınmaz əmlak almamışlar. Hazırkı vaziyyətdə cavabdeh onun üçün, o da cavabdeh üçün ayrı-ayrı şəxslərdir. Cavabdehin mülkiyyət hüququ ilə ona məxsus evə yaşaması faktiki olaraq qeyri-mümkündür. Ona görə də, qərara gəlmişdir ki, mülkiyyətçi olaraq cavabdehə ədalətli kompensasiya, yəni 10000 (on min) manat verməklə istifadə hüquqlarına xitam verilməsi və kompensasiya verilməklə eyni vaxtda mənzildən çıxarılması barədə qətnamə çıxarılması üçün məhkəməyə iddia tələbi ilə müraciət etsin. Əlavə olaraq bildirir ki, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 7-də yerləşən 16 saylı mənzil iki otaqdan ibarət olmaqla, cəmi ümumi sahəsi 53,04 kv.metrdir. Xruşov lahiyəli tikilidir. Qeyd edilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 7-də yerləşən 16 saylı mənzilində olan istifadə hüquqlarına 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və kompensasiyanın verilməsi ilə eyni vaxtda mənzildən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddia tələbini qəbul etmir və aşağıdakı şəkildə etiraz edir. Belə ki, o, 1992ci ildən Rusiya Federasiyasında işləmişdir. 1995-ci ildə mübahisəli mənzili həmin vaxt nişanlısı İddiaçı adına almışdır. xx.xx.1996-cı il tarixdə Ucar rayonu İHB-nin Bərgüşad kənd üzrə nümayəndəliyində İddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1997-ci il tarixdə Nərminə, xx.xx.2000-ci il tarixdə Sevda, xx.xx.2009cu il tarixdə isə Yusif adlı uşaqları anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həyat yoldaşı X9 öz anası, yəni qayınanası ilə onu qohumların toy şənliyinə yola salmış, toy məclisindən sonra evə qayıtdıqda, həyat yoldaşı onu yaşadıqları mənzilə buraxmamışdır. Həyat yoldaşı Yunusova (Qasımova) Xalidə Sayad qızı “Nikahın pzulması, uşağın himayədə saxlanılması və aliment tələbi”nə dair məhkəmədə ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-817/2020 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, övladları xx.xx.2009-cu il təvəllüdlü X5 anasının himayəsinə verilməsi və onun yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarxidən başlayraq hər ay 170 manat sabit pul məbləğin alimentin ondan tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-222/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 7 saylı evin 16 saylı mənzilinə köçürülmüşdür. Məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş X7 və X2 mənzilin onun vəsaiti hesabına alındığını və onun alqı-satqısında birbaşa iştirak etdiklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmu X1 hal şahidlərinin iştirakı ilə onu mübahisə mənzilə köçürəndə, mənzil bərbad və yararsız hala idi, xarabalığa bənzəyirdi, ev əşyaları mənzildən çıxarılmışdır. Mənzil yaşayış üçün yararsız olduğundan hal-hazırda orada heç kim yaşamır. Onu da qeyd edir ki, mənzil onun tərəfimdən təmir etdirilmiş, ev əşyalarını öz puluna almışdır. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 7 saylı evin 16 saylı mənzilinə olan istifadə hüququma xitam verilməsi ilə bağlı İddiaçı Sayat qızı tərəfindən ona təklif olunan 10000 (on min) manat məbləğdə kompensasiya ilə razı deyil. İddiaçı ilə nikaha daxil olmazdan əvvəl mübahisəli mənzilin onun vəsaiti hesabına alındığını, mənzilin hal-hazırkı bazar qiymətini nəzərə alaraq, ona 25000 (iyirmi beş min) manat məbləğdə kompensasiya verilməklə sözügedən mənzilinə olan istifadə hüququna xitam verilməsinə razıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 1990-cı illlərdə Rusiyada işləyib hazırkı evi almışdır. Bir otaqlı evlərin hazırkı qiymətləri 50000-55000 manatdır. Ona 25000 manat verərsə, iddia ilə razılaşar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Hazırda mübahisəli mənzilin yerləşdiyi ərazidə kirayə evlərə təlabat çoxdur. Ekspert rəyində istinad edilən qəzetlərdə konkret müddətlər yoxdur ki, evlərin qiymətinin hansı dövrə aid olduğu müəyyən edilsin. Cavabdeh Rusiyada işəlmiş və hazırkı evi 1995-ci il tarixində iddiaçının adına almışdır. Cavabdehin qeydiyyatı Bakıda olmadığı üçün evi öz adına ala bilməmişdir. Tərəflər qohum olduqları üçün tərəflərin bir-birinə inamı olmuşdur. Hazırda cavabdeh qohumlarının evində qalır. Cavabdeh məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülmüşdür. O. evə getdiyi zaman ev tanınmaz halda olmuşdur. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 32 №-li reyestr kitabının 3454 nömrəli vərəqində 23984 №-si ilə xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X8, X10, Cavabdeh və X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - AZ-İ seriyalı 365208 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 nikahının pozulması haqqında qakt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Qasımova” soyadı verilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-222/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı "iddiaçı Cavabdeh ona qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh ünvan 3 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6590/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-222/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməs hazırkı apellyasiya baxışının predmeti olan hissədə (cavabdehin “qeydiyyatdan çıxarılması” tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılmşdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 04/1-25 saylı məlumatından görünür ki, 2021-ci ilin dördüncü rübündə Bakı şəhərinin Nizami rayonunun təkrar mənzil bazarında yüksək mərtəbəli yaşayış binalarındakı 2 otaqlı mənzillərin 1 kvadrat metrinin orta satış qiyməti 1340,83 manat, 2022-ci ilin fevral ayında ölkə üzrə 1 otaqlı mebelsiz mənzillərin aylıq kirayə haqqı isə 119,23 manat təşkil etmişdir. Eyni zamanda bildirirlər ki, mənzillərin 1 kvadrat metrinin orta satış qiymətinin ayrı-ayrı küçələr, layihələr və mərtəbələr üzrə, mənzillərin aylıq haqlarının orta qiymətlərinin isə ayrı-ayrı rayonlar üzrə hesablanması mövcud metodologiyada nəzərdə tutulmamışdır. - Məhkəmənin qərardadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir, "xxxx" MMC tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli LP-090/2022 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 7 ünvanında yerləşən 16 saylı mənzillə eyni ərazidə oxşar mənzilin orta aylıq kirayə qiyməti 220-260 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Hazırkı Cavabdeh ilə X6 xx.xx.1996-cı il rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin dövrdən etibarən iddiaçıya məxsus mənzildə yaşayırlar. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil xx.xx.1995-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Bundan əlavə, tərəflər evləndikdən sonra mübahisəli mənzilə köçmüş və həmin tarixdə cavabdehin mənzilə istifadə hüququ yaranmışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdehlər iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində faktiki olaraq qəbul edirlər, onların mübahisələndirdikləri hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, cavabdeh etirazında İddiaçı ilə nikaha daxil olmazdan əvvəl mübahisəli mənzilin onun vəsaiti hesabına alındığını, mənzilin hal-hazırkı bazar qiymətini nəzərə alaraq, ona 25000 (iyirmi beş min) manat məbləğdə kompensasiya verilməklə sözügedən mənzilinə olan istifadə hüququna xitam verilməsinə razı olduğunu göstərmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh mənzilin onun vəsaitini hesabına alındığını bildirsə də, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R.Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Belə ki, iş materialların alavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli LP-090/2022 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 7 ünvanında yerləşən 16 saylı mənzillə eyni ərazidə oxşar mənzilin orta aylıq kirayə qiyməti 220-260 manat təşkil edir. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edildmişdir ki, mübahisəli mənzillə oxşar mənzilin orta aylıq kirayə haqqı 220-260 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 2640-3480 manat, iki il üçün 5280-6240 manat, üç il üçün 7920- 9360 təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 03 ildən artıq müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmasına, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdeh əmək qabiliyyətlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 10000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna 10000 (on min) manat kompensasiya verilməklə xitam verilməli, İddiaçı 10000 (on min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə eyni vaxtda o, ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılmalı, İddiaçı 10000 (on min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna 10000 (on min) manat kompensasiya verilməklə xitam verilsin. İddiaçı 10000 (on min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə eyni vaxtda o, ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılsın. İddiaçı 10000 (on min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar