Məhkəmə qərarları › İş №e-2(007)-1109/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1109/2022

01.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1109/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 28 mart 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı cavabdehlə barışıq sazişi bağladığını bildirdi və barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 həqiqətən də tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək işin icraatına xitam verilməsinə etiraz etmədi. X2 görə: “Bu Saziş tərəflər arasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(007)-1109/2022 saylı mülki iş ilə bağlı olaraq, qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə mübahisənin nizamlanması məqsədilə bağlanmışdır. Tərəflərin öhdəlikləri: İddiaçının öhdəlikləri: İddiaçı, Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Lzaım oğlu ilə "xxxx" LTD MMC arasında bağlanmış 11.06.2020-ci il tarixli, İ/11 nömrəli müqavilə əsasında 28900 manata alınmış Honor İce 3D Laser Epilyasiyası cihazının və ya onun dəyəri olan 28900 manat məbləğində pulun Cavabdeh alınaraq ona təhvil verilməsi barədə iddia tələbindən imtina edir. Cavabdehnun öhdəlikləri: Şərifova X4 Rövşən Lazım oğlu ilə bağlı bütün dövlət orqanlarına, hüquq mühafizə orqanlarına ünvanladığı şikayət ərizələrinindən imtina etməyi və şikayət ərizələrini geri götürməyi öhdəsinə götürür. Digər müddəalar Tərəflər öhdələrinə götürürlər ki, gələcəkdə bir-birilərinə qarşı hər hansı şikayət, pretenziya və iddia tələbləri olmayacaqdır. Sazişin hüquqi qüvvəsi X6 notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Bu sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Tərəflər Sazişin şərtlərini icra etməyə borcludurlar. Tərəflər sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər yuxanda qeyd edilmiş məhkəmə çəkiışməsi üzrə öz hüquqlarım müdafiə etmək və digər halların məcburi qaydada icrasını tələb etmək hüququna malik olurlar. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi iddiaçıda, 1 (bir) nüsxəsi cavabdehdə, digər nüsxəsi isə işə baxan məhkəmədə saxlanılır” Azərbaycan Respublikası MPM-nin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə aşağıdakı məzmunda barışıq sazişi təsdiq olunsun: “Bu Saziş tərəflər arasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(007)-1109/2022 saylı mülki iş ilə bağlı olaraq, qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə mübahisənin nizamlanması məqsədilə bağlanmışdır. Tərəflərin öhdəlikləri: İddiaçının öhdəlikləri: İddiaçı, Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Lzaım oğlu ilə "xxxx" LTD MMC arasında bağlanmış 11.06.2020-ci il tarixli, İ/11 nömrəli müqavilə əsasında 28900 manata alınmış Honor İce 3D Laser Epilyasiyası cihazının və ya onun dəyəri olan 28900 manat məbləğində pulun Cavabdeh alınaraq ona təhvil verilməsi barədə iddia tələbindən imtina edir. Cavabdehnun öhdəlikləri: Şərifova X4 Rövşən Lazım oğlu ilə bağlı bütün dövlət orqanlarına, hüquq mühafizə orqanlarına ünvanladığı şikayət ərizələrinindən imtina etməyi və şikayət ərizələrini geri götürməyi öhdəsinə götürür. Digər müddəalar Tərəflər öhdələrinə götürürlər ki, gələcəkdə bir-birilərinə qarşı hər hansı şikayət, pretenziya və iddia tələbləri olmayacaqdır. Sazişin hüquqi qüvvəsi X6 notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Bu sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Tərəflər Sazişin şərtlərini icra etməyə borcludurlar. Tərəflər sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər yuxanda qeyd edilmiş məhkəmə çəkiışməsi üzrə öz hüquqlarım müdafiə etmək və digər halların məcburi qaydada icrasını tələb etmək hüququna malik olurlar. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi iddiaçıda, 1 (bir) nüsxəsi cavabdehdə, digər nüsxəsi isə işə baxan məhkəmədə saxlanılır” İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2 (007)-1109/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar