Məhkəmə qərarları › İş №e-2(007)-111/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-111/2022

06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-111/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili Nümayəndə və müstəqil tələb irəli sürməyən X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cəlb edilməklə “paylı mülkiyyətin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cəlb edilməklə “paylı mülkiyyətin bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi, naturada bölünmək mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun payçılar arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzili X2ndan miras qalmışdr. X2 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, onun birinci dərəcəli vərəsələri, o, İddiaçı, X10, X8 və X9 notariat ofisinə müraciət etmişlər və Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2020-ci il tarixində vəfat etmiş X2nın adına vərəsəlik işi açmışdır. 11 saylı Notariat ofisi onlara xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Vərəsəlik Şəhadətnaməsinə əsasən, anaları X3 miras qalmış əmlakdan o, İddiaçı 1/5 pay, X10 1/5 pay, X8 1/5 pay və X9 1/5 pay irs almışlar. Əmlakın qalan 1/5 miras payı isə vəfat etmiş X2nın adına açıq saxlanmışdır. Belə ki, anasının digər vərəsəsi, yəni qardaşları X12 xx.xx.2012-ci ildə vəfat etdiyindən, ona çatacaq pay onun övladları, iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən rəsmi qəbul edilmədiyindən, onlara çatacaq 1/5 pay açıq saxlanmışdır. X1, X8 və X9 xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onların hər birinə çatan 1/5 payı xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması haqqında Müqaviləyə əasən ona bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin 4/5 hissəsi onun mülkiyyətindədir. Əmlakın onlara çatacaq 1/5 hissəsi isə açıq qalmış və X2nın mülkiyyətində qalmaqdadır. O, xx.xx.2021-ci il tarixli təklif məktubu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin onun payı olan 4/5 hissəsini satmaq qərarına gəldiyini, buna görə də Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən, payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almalarını onlara təklif edərək, təklif məktubunu aldıqları gündən 30 gün müddətinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almaları barədə ona məlumat vermələrini xahiş etmişdir. Təklif məktubunu xəbərnaməli poçt vasitəsilə göndərmiş və məktub xx.xx.2021-ci il tarixində cavabdehlərdən Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Lakin təklif məktubu cavabdehlər tərəfindən qəbul edildikdən 30 gün keçməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin üzərindəki 4/5 hissədə payını satın almaları barədə ona məlumat verməmişlər. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmışdir. O hesab edir ki, payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin açıq hərrac vasisətilə satılması və satışdan əldə olunacaq pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişlər ki, iddia ərizəsindən göründüyü kimi mübahisəli mənzi qismində çıxış edən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 nömrəli evin, 10 nömrəli mənzili əvvəllər nənələri X4 mülkiyyətində olmuş, nənəsi vəfat etdikdən sonra mübahisəsi gedən mənzil miras qalmışdır. Həmin mənzil vərəsəlik qaydasında iddiaçının, onların və digər şəxslərin sahibliyinə keçmişdir. Hazırda həmin mənzilin 4/5 iddiaçıya, qalan 1/5 hissə onlara məxsusdur. Onlar həmin mənzildən uzun müddət istifadə etdiklərindən və miraz açıldıqdan sonra həmin mənzili faktiki sahiblik etməklə qəbul etdiklərindən həmin mənzil onların mülkiyyət hüquqları ilə yüklüdür. Onlar hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. Eyni zamanda onlar hesab edirlər ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Mülki Məcəllənin 220.2-ci və 220.4-cü maddələrinin məzmunundan görünür ki, mənzilin mülkiyyətçisi ancaq o halda mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə realizə edilməsini tələb edə bilər ki, iki dispozitiv şərtə əməl edilmiş olsun, yəni birinci şərt mənzilin naturada bölünməsi mümkün olmasın, ikinci şərt isə - ayrılan mülkiyyətçi öz payının dəyərinin digər payçılardan tələb etmiş olsun. İddia ərizəsindən də göründüyü kimi Babək prospekti 67 saylı evin 10 nömrəli mənzilin 4/5 hissəsi iddiaçıya, qalan 1/5 hissəsi onlar cavabdehlərə məxsusdur. Mənzil üzrə iddiaçının payı müəyyən edilsə də, onların payı müəyyən edilməmişdir. Başqa sözlə, mənzilin 1/5 hissəsi onların paylı mülkiyyətində deyil, birgə mülkiyyətindədir. Belə olduğu halda onların payları müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində də göstərir ki, onlara öz payının satılması barədə təklif göndərmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki,cavabdehlər evin satılmasında süni maneçilik törədirlər. Əvvəllər iddiaçı tərəfindən evin satılması və cavabdehlərə 38000 manat pulun verilməsi təklif edilmiş, lakin cavabdehlər razılaşmamışlar. İstifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi şəxsin ölümü və əmlakın vərəsələr arasında bölünməsi ilə öz əhəmiyyətini itirmişdir. Ona görə də ev satılmalı və paylar bölünməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh1, Cavabdeh2 və ona cəmi 38000 manat verilməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qərara alındığını, bununla bağlı dəfələrlə İcra şöbəsinə müraciət etsə də, məhkəmə qərarlarının onlara məlum olmayan səbəblərə görə icra olunmadığını, əvvəlki proseslərdə istifadə hüquqlarına kompensasiya qismində verilməsi nəzərdə tutulan məhkəmə qətnaməsi ilə müəyyən olunan 38000 manat məbləğ onlara verilərsə mənzildən çıxmağa etiraz etmədiklərini bildirsə də hazırda razı olmadığını, 4 il ərzində qiymətlərin dəyişdiyini qeyd etdi. O, həmçinin ev satılmamışdan qabaq pulun onlara verilməsini, əgər ev satılarsa həmin pulu verməyəcəklərini, ümumiyyətlə evin bu qaydada satılmasına razı olmamasını, payı almaq üçün pulu olmadığını, maaşı ilə çətinliklə ailəsini dolandırdığını, iddaçı tərəfindən onlara heç bir təklif olunmadığını, ərizədə bacısı Həqiqətin adı olmadığını, həmin mənzilin remortuna xərc çəkdiyini, evin təmirinə 20000 manat xərc çəkdiyini, həmin təmiri edən ustanın qonşusu olduğunu, ustanın imzası olan yazılı sənəd belə gətirə biləcəyini, orada yaşadığını, 30 ildir ki, evə baxdığını, mənzildən çıxmadığını, onun payına düşən otaqdan çıxmayacağını, öz paylarını istədikləri şəxsə sata biləcəklərini, onun və uşaqlarının orada yaşamaq hüquqları olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili iddiaçının X2nın mülkiyyətində olmuşdur. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, X10, X8, X9 və İddiaçıdır və onlar miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilindən ibarətdir. xx.xx.2021-ci il tarixli miras payının bağışlanması müqaviləsi ilə İddiaçı, X10, X8 və X9 xx.xx.2021-ci il tarixli, 2V/23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən anaları X3 miras qalmış əmlakdan onlara ayrıayrılıqda çatası 1/5 hissədə miras paylarını bacıları İddiaçı bağışlamışlar. Həmçinin, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili İddiaçı adına xx.xx.2021-ci il tarixdə 4/5 hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin 1/5 hissəsi isə X4 adına açıq saxlanılmışdır. Həmin mənzil üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq miras əmlaka sahiblik edir və onu idarə edirlər. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli təklif məktubu hazırlanaraq cavabdehlərə göndərilmiş, məktubda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə payı olan 4/5 hissəsini satmaq qərarına gəldiyini bildirmiş, həmin payı satın almaları üçün onlara təklif göndərmiş və 30 gün müddətində satın almaları barədə ona məlumat verilməsini xahiş etmişdir. Poçt göndərişlərinin izlənməsinin surətindən görünür ki, həmin təklif məktubu xx.xx.2021-ci il tarixdə Cavabdeh1 çatdırılmış və onun tərəfindən alınmışdır. İş üzrə məhkəmə qərardadına əsasən təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi texniki cəhətdən mümükün olmadığı müəyyən edilmişdir. Eyni zamanda “X13 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin bazar dəyəri 100.800 manat, likvid dəyəri 95.000 manat təşkil etmişdir. Hazırda həmin mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Ona görə də mənzil hərracada satılaraq onun dəyəri tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçiləri tərfindən kompensasiya ödənilməsinə onun razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin 4/5 hissəsi İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. İddiaçı ona məxsus 4/5 hissəsini almasını təklif etmiş, həmin təklif məktubu cavabdehlər tərəfindən alınmış, lakin cavabdehlər həmin təklifə cavab vermədiyindən, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının orada yaşaması mümkünsüz olduğundan Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X11 14000 manat, Cavabdeh1 12000 manat və Cavabdeh2 12000 manat kompensasiya (cəmi 38000 manat) ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları, X3 müvafiq kompensasiya məbləğlərinin alınıb X11, Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, həmin qətnamənin icrası onun icra qaydasında X5 vərəsələrindən tələb edilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş pul vəsaiti tərəflər İddiaçı 4/5 hissədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1/5 hissədə olmaqla bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 25 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 manat tutulmaqla məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği İddiaçı 150 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat tutularaq "X13 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili açıq hərracda satılsın və mənzilin satışından əldə olunmuş pul vəsaiti İddiaçı 4/5 hissədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1/5 hissədə olmaqla bölünsün. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 100.800 manat müəyyən olunsun. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul vəsaiti İddiaçı 25 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 manat alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab AZ34CTRE********************) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği İddiaçı 150 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat tutularaq "X13 Mərkəzi” MMCyə (Hesablaşma hesabı:“Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT******************** SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar