Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1113/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovnanın, İddiaçının qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovnanın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovnanın Cavabdeh Zakı̇ r oğluna qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovna Cavabdeh Zakı̇ r oğluna qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 17 yaşlı İddiaçı gəncliyindən, təcrübəsizliyindən sui-istifadə edərək, Qafqaz kişisinə, Azərbaycan kişisinə yaraşmayan hərəkət eləyib, özü guya ki inanclı insan olduğu halda dində ən pis günah sayılan “zina” adlanan əməli törədib, özündən 10 yaşdan çox kiçik olan qızı yalan vədlərlə aldadaraq, Ruslananın ona olan inamından, ülvi məhəbbətindən sui-istifadə edərək namusuna toxunub. O, Ruslananı öz məhəbbəti barədə yalan sözlər deməklə aldadıb, gələcəkdə evlənəcəkləri, xoşbəxt ailə həyatı barədə nağıllar uydurub. Əlbəttə, başqalarının böyük işlər gördüyü, Vətən müharibəsində qəhrəmancasına vuruşduğu, böyük hərbi hissələrə komandirlik etdiyi, namusla ailə saxladığı, bir sözlə kişilik etdiyi yaşda olan bir fərdin, yetkinlik yaşına çatmamış, ülvi, romantik hisslərlə yaşayan bir qızı aldatması çətin deyil. Bəlkə də, cavabdeh öz hərəkəti ilə fəxr edir, gənc bir qızın xəyallarını məhv etmək, onun namus və şərəfini ləkələməyi “qəhrəmanlıq, diribaşlıq” sayır, lakin bu iyrənc hərəkətin namusla, şərəflə heç bir əlaqəsi yoxdur. Cavabdeh bu əxlaqa, namusa zidd hərəkəti ilə həm Ruslanaya, həm də onun ailəsinə, valideynlərinə inanılmaz mənəvi iztirab verib. Beləliklə hüququ fakt odur ki, Bakı şəhər Nizami Rayon Prokurorluğunun müstəntiqi Cavad Kürəbəyovun 26 dekabr 2023-cü il tarixli qərarı ilə sübut edilib ki, Cavabdeh özünə məxsus “Nissan X Trail” markalı, 90MM015 nömrə nişanlı avtomobildə xx.xx.2023-cü il tarixdə axşam saat 22 ilə 01 arasında, avtomobilin arxa oturacağında İddiaçı ilə cinsi əlaqədə olaraq onun bakirəliyini pozub. Bu Cavabdeh təkidi ilə olub. Ruslana ona qız olduğunu bildirsə də, Cavabdeh buna əhəmiyyət verməyib. Beləliklə bu şəxs, Cavabdeh öz ani cinsi instiktinə bir qızın namusunu, xəyallarını, insanlara olan inamını qurban verib. Bundan başqa, Vələd təkidlə Ruslanaya bu hadisəni valideynlərindən gizlətməyi tələb və təlqin edib. O, Ruslanaya dini nikaha daxil olacaqlarını vəd edib. Nəticədə, müəyyən müddət Ruslananın davranışında dəyişiklik hiss edən, lakin bunun səbəbini bilməyən anası arasında gərginlik yaranıb, hətta bir gün onun hədsiz əsəbi davranışının səbəbini bilməyən Ruslana və anası arasında vəziyyət kritik həddə çatıb, Ruslana sözün hərfi mənasında yerlə sürünüb, anası əsəbindən əlindəki şüşə stəkanı divara atıb, nəticədə şüşə qırıntısı Ruslananın üzünü kəsib, bir neçə prosesdur-tikiş və reabilitasiya ehtiyacı yaranıb, yəni Ruslananın özü və ailəsi həm mənəvi, həm maddi ziyan çəkib. Hadisəni biləndən sonra Ruslananın anası Qanuni nümayəndə cavabdehə SMS yazıb, lakin o cavab verməyib və blok edib. Nəticədə, Kəmalə xanım polisə şikayət edib. 24-cü Polis bölməsinə vəkillə gələn cavabdeh Ruslananın şərəf və ləyaqətini təhqir edib, onunla əlaqəsi olduğunu, lakin onun artıq bakirə olmadığını bildirib. Bölmədə Ruslana və anasının vəziyyəti pisləşib. Evdə onda isterik hal baş verib, nəticədə anası onu evdə tək qoya bilməyib. Ruslana bu səbəbdən sessiya imtahanlarını verə bilməyib, o və anası iş yerlərini itiriblər. Ruslananın ağır vəziyyətinə baxmayaraq hüquq təhsili aldığına görə ailəsi psixiatrik təcili yardım çağırmayıb, onu dimedrol dərmanları ilə sakitləşdiriblər. Hadisədən sonra isə cavabdeh bütün verdiyi sözlərdən qaçıb, getdikcə ünsiyyəti kəsib, Ruslanaya “Gəl tanış kimi qalaq!” deməklə Ruslananın bütün arzu və xəyallarını tapdalayıb, insanlara olan inamını demək olar ki, öldürüb. İlk əvvəllər onunla əlaqəyə çıxan Qanuni nümayəndə (Ruslananın anası) ilə danışsa da, sonra qorxaqcasına Ruslananı və anasını telefonda blok edib. Pak, ülvi məhəbbət vədi və sonra verdiyi sözlərə əməl etməmək, bir kişi kimi məsuliyyəti üzərinə götürmək əvəzinə qaçmaq, yayınmaq hər bir zaman həqarətlə qarşılanıb. Bu hadisə Ruslanaya çox ağır təsir edib, onun əsəbini, psixikasını pozub, hətta suisidal fikirlərə səbəb olub. Nəticədə, Ruslana suisid (intihar) cəhdi edib, onu xilas etməsəydilər Ruslana bugün həyatda yox idi. Onların qonşusu olan Kəmalə xanım, bunu prokurorluğa yazdığı izahatında təsdiq edib. Bundan başqa, gənc, təcrübəsiz Ruslanaya Cavabdeh özünü namaz qılan, inanc sahibi, dindar kimi göstərməsi də xüsusi təsir edib, onda inam yaradıb. Halbuki, Cavabdeh əməli dində “zina” adlanır və şəriətin qanun olduğu ölkələrdə çox ağır cəzalandırılır. Zina (nikahdan əvvəl cinsi əlaqə) İslamda qəti şəkildə qadağandır, çünki bu cür hərəkətlərin yayılması valideynləri bilinməyən uşaqların dünyaya gəlməsinə səbəb olur və ailə anlayışı aradan qalxır. İslam ailə və övladların ata-ana ilə mehriban olması anlayışına böyük önəm verir. Qurana görə İslamda zinanın cəzası subaylara şallaq vurmaqdır. Əlbəttə, onlar dünyəvi ölkədə yaşayırlar. Lakin özünə dindar deyən Cavabdeh nə Azərbaycan cəmiyyətinin mənəvi-etik dəyərlərinə yaraşmayan, nə də dini etiqada uymayan hərəkəti ilə bir ailəyə, Ruslanaya və onun valideynlərinə böyük mənəvi ziyan vurub. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovna iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun qızının 17 yaşı 2023-cü ilin oktyabr ayında tamam olub. Cavabdeh qızını bir neçə dəfə işdən götürüb. Cavabdehlə qızı kafedə görüşüb və kinoya gediblər. Cavabdeh qızına aralarında olanlar haqqında valideynlərinə deməsinə qadağan edib. Qızı işləyən, evdar qız idi, evdən heç vaxt çıxmırdı, ancaq hərdən sinif yoldaşının yanına gedirdi. Cavabdeh də qızına evdən çıxmağa icazə vermirdi. Onların Əhməd adlı qonşusu cavabdehlə dost idi, həmin şəxs belə qızı ilə cavabdehin münasibətindən məlumatsız idi. Cavabdeh qızına onunla evlənəcəyini, qızının yanında yaşlı görünməmək üçün pəhriz saxlayacağını deyirdi. Qızına Dubay və Moskva şəhərlərində yaşayacaqlarını, xoşbəxt olacağını bildirirdi. Bir gün qızı işdən evə gəldikdən sonra cavabdeh onu görüşə çağırdı, cavabdeh qızına dedi ki, ona rəfiqəsinin anasının təzyinin qalxması barədə yalan desin. Qızı ilə cavabdeh avtomobildə oturanda cavabdeh avtomobilin qapılarını bağlayıb. Qızı cavabdehə qardaşı ilə tanış olmasını bildirib. Cavabdehin qeydiyyat yeri üzrə kirayəçilər yaşayır, cavabdehlər öz yaşayış yerini gizlədir. Cavabdeh qızını sakitləşdirir, onunla evlənəcəyini, özünün namaz qıldığını, qızının onun olduğu bildirib. Qızının 17 yaşı var, cavabdehi sevdiyi üçün hər şeylə razılaşıb, ona inanıb. Cavabdeh qızını bir mənzilə apararaq onu valideynləri ilə tanış edəcəyinini bildirsə də, həmin mənzildə qızını zorlayıb. Qızı cavabdehlə aralarında olanları gizlədirdi, onun baş verənlərdən xəbəri olmayıb. Qızı ona oğlanla görüşdüyünü, onun çox yaxşı insan olduğunu, onunla evlənəcəyini bildirsə də, o, oğlanın 30 yaşı olduğunu, düzgün etmədiyini, qardaşına məlumat verməli olduğunu dedi. Bundan sonra qızı ilə cavabdeh arasında narazılıq yarandı. O, qonşusu Əhmədlə danışaraq, qızının uşaq olduğunu, cavabdehin qızı ilə bu şəkildə rəftar etməyə hüququ olmadığını bildirib, bir neçə aydan sonra Əhməd ona icmarıc yazaraq, narahat olmamasını, cavabdehin bir daha onun qızını narahat etməyəcəyini bildirib. Qızı bu icmarıcı oxuduqdan sonra həyəcanlanıb, cavabdehə yazaraq Əhmədin onun əvəzində problemləri həll etməsinin səbəbini soruşub. Qızı 3 saat həyəcanlı vəziyyətdə olub, əllərini divara vururdu. Qızının bu qədər həyacanlanmısının səbəbini anlamırdı, o, su stəkanı ilə dolu stənkanı qızına tərəf atıb, stəkan qırıldıqdan sonra süşə qırıntıları qızının gözünün altına dəyib. O, özü də artıq həyəcanlanıb, cavabdehə zəng edərək, evinin qan içində olduğunu bildirib. Bu zaman onu əri evinin qapısını açarla açaraq evə daxil olub, qızına baxaraq onun gözünün yerindən çıxa biləcəyini deyib. O, Təcili tibbi yardım çağırıb, hər yer qan içində idi, cavandehi çağırsalar da, o, gəlməyib. Xəstəxanada olarkən cavabdehə zəng edərək, qızına tikiş əməliyyatı icra edildiyini, ona pul lazım olduğunu bildirib. O, cavabdehə yenə yazaraq, bütün bunları nə üçün olduğunu soruşub. O, hələ də, qızı ilə cavabdeh arasına olanları bilmirdi. Cavabdeh isə hazırda onda pul olmadığını deyirdi. O, qızının ona heç nə demədiyini görüb, onu ginekoloqo getməyi təklif edib, Xəzər klinikasına gedəndən sonra qızı ona cavabdehlə aralarında olanları deyib. Cavabdeh onun nömrəsini qara siyahıya atıb. Bundan sonra polisə şikayət ediblər. Cavabdeh polis bölməsinə vəkillə gəlib, lakin polis bölməsinə cavabdeh onu və qızını təhqir edərək, qızı ilə cinsi əlaqədar olduğunu, lakin qızının həmin vaxt bakirə olmadığını bildirib. Qızı cavabdehin onunla evlənmək niyyətinin olmadığını anladıqdan sonra spirtli içki və dərman qəbul edərək, intihar etməyə cəhd edib. Bir dəfə qızı özünü eyvandan da atmaq istəyib. Hər günü qızı həyacanlanırdı, ağlayırdı. Onlar psixoloqla əlaqə saxlayıblar, dərman alıblar. Qızı bu hadisədən əvvəl yaxşı yerdə işləyirdi, onu tərifləyirdilər. Lakin bu hadisədən sonra qızı işləyə bilmədi. Qızının bu həyacanlı vəziyyətinə görə o da işə gedə bilmirdi. Onunla qızı işlərini itirdilər. O, öz qızıllarını lombarda verməli olub. Qızı ilə cavabdeh arasında cinsi əlaqə olduqdan bir ay və ya daha az müddət sonra bütün bu dedikləri baş verib. Hadisə baş verən an qızının 17 yaşı olub. Müstəntiq ona deyib ki, hadisə olan vaxt cavabdeh idman şalvarı geyinib, elə bil hazırlıqlı vəziyyət olub, onun izahatında da bu şəkildə oxuyublar. Qızı isə ona cavabdehin həmişə şalvar geyindiyini deyib. Özü çox səliqəli qadındır, hadisə olan axşam qızı evə gələndə onun rəngi ağarmışdır. Qızı ona heç nə soruşmamasını, rəqifəsinin anası üçün təcili yardım çağırdıqlarını, yatmağa getdiyini bildirdi. Prokurorluqda onun geyim əşyalarını istədilər. Qızı isə alt patlarını yumuşdu, bir gün evdə həmin gün qızının geyindiyi şalvarı görüb, şalvarda qan izləri var idi. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Seyı̇ dova Kəmalə Ənvərovnanın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh özü prokurorluqda verdiyi izahatında iddiaçının bakirə olduğunu, ilk dəfə onunla əlaqədə olduğunu etiraf edib. 32 yaşlı cavabdeh iddiaçıya yalan vədlər verib, həmçinin iddiaçıya valideynlərinə məlumat verməməsini deyib. Cavabdeh sonradan iddiaçı ilə ünsiyyəti kəsib, dost qalmağı təklif edib. Cavadeh namaz qıldığını deyib, lakin onun etdiyi islam dinində zina sayılır. Tərəflər arasında münasibət uzunmüddətli olmayıb, hadisə olandan sonra isə cavabdeh iddiaçıdan qaçmağa çalışıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, İddiaçı Vələd adlı şəxs tərəfindən zorlanması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar qüvvədədir. İddiaçı ilə cavabdeh arasında münasibət olub və həmin münasibətlər bir müddət sonra cinsi əlaqə ilə nəticələnib. Aparılmış araşdırma zamanı tərəflər arasında olan cinsi əlaqənin zor tətbiqi ilə deyil, tərəflərin iradələrinə uyğun olduğu müəyyən edilib. Hazırda mübahisələndirilən məqam iddiaçının qızlıq pərdəsinin pozulub-pozulmaması ilə bağlıdır. Həmin halı təsdiq edən sübut iş materiallarına əlavə edilməyib, iddiaçının iddia ərizəsində və məhkəmədə qeyd etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim etdilməyib. Qeyd edilənlər iddiaçının şəxsi fikirləridir. Hazırkı iş üzrə mənəvi zərərin dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməyib. Hesab edir ki, iddia tam əsassızdır. Cavabdeh iddiaçının yetkinlik yaşına çatmadığını bilirdi. Tərəflərin izahatında onların bir neçə dəfə avtomobildə görüşdüklərini, kafeyə getdilərini qeyd ediblər. Məhkəmə, proses iştirakçılarının izahatlarıını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1422 saylı tibbi arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixindən "xxxx" klinikasının cərrahın müayinəsində olmuşdur. Diaqnoz: “Sağ üz gözün aşağı nahiyəsində açıq yara”. Xəstəyə cərrahi müdaxilə edildi və yaraya tikiş qoyuldu. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan və həmin tarixli ödəniş qəbzlərindən görünür ki, tibbi xidmətə görə 138 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3550 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, X2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçillik, qıcığa qarşı həssaslıq, inadkarlıq və s. kimi xarakter əlamətlərinin olması özünü biruzə verir. X4 intihara cəhd edərkən psixi-emosional halında əhval-ruhiyyənin enməsi, gərginlik və s. kimi hallar yaranmış, emosional reaksiya halını keçirmişdir. Həmin halın yaranması situsiya ilə şərtləşmişdir. Yekun hissəsi. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: X4 ünsiyyətçillik, qıcığa qarşı həssaslıq, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qeyd edilən xüsusiyyətlərin onun özünü öldürməyə cəhd etməsinə və cinsi əlaqədə olmasına təsiri olmamışdır. X2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. X4 intihara cəhd edərkən psixi-emosional halında əhval-ruhiyyənin enməsi, gərginlik və s. kimi hallar yaranmış, emosional reaksiya halını keçirmişdir. Həmin halın yaranması situsiya ilə şərtləşmişdir. X1 qarşı edilən əxlaqsız hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. O, hal-hazırda əxlaqsız hərəkətlərin məzmununu dərk etmək qabiliyyətinə malikdir. X4 cinsi əlaqədə olarkən ona qarşı edilən hərəkətlərin mənasını dərk etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 830/2023-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlir: İddiaçı ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/ (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); ekspertizaya təqdim olunmuş İddiaçı məxsus 01 ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigen alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən İddiaçı məxsus ola bilər. Tədqiq olunan şalvar üzərindəki ləkələrin sitoloji tədqiqatı zamanı menstrual qana xarakter morfoloji elementlər aşkar olunmadı. Bu qan ləkələrinin əmələ gəlməsi qızlıq pərdəsinin pozulmasından ola bilər. - Bakı şəhəri Nizami rayon prokurorun büyük köməkçisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı xəsarət alması və Qanuni nümayəndə Ənvər qızının qızı İddiaçı Vələd adlı şəxs tərəfindən zorlanması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında sevgi münasibət olub, bu münasibət davam edərkən onlar arasında xx.xx.2023-cü il tarixdə cinsi əlaqə olub. Həmin vaxt iddiaçı yetkinlik yaşına çatmamış və cavabdeh bunun haqqında məlumatlı olmuşdur. Bir müddət sonra isə tərəflər arasında münasibətlər pisləşmişdir. Hazırda isə iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 20000 manat pulun ödənilməsini xahiş edir. Məhkəməm qeyd edir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda xx.xx.2023-cü il tarixdə İddiaçı xəsarət alması və Qanuni nümayəndə Ənvər qızının qızı İddiaçı Vələd adlı şəxs tərəfindən zorlanması barədə müraciəti əsasında araşdırma aparılmış və cavabdehin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, iddiaçının cavabdeh tərəflərin zorlanması iş materialları ilə təsdiq olunmamış, həmin xüsusatları təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə araşdırılmalı hal tərəflər arasında cinsi əlaqə olduqdan sonra və bundan sonra baş verən hadisələr səbəbindən iddiaçının iztirab, mənəvi sartıntı keçirməsi və s. halların olub-olmamasıdır. Belə ki, adıçəkilən qərardan görünür ki, cavabdeh verdiyi izahatında iddiaçının bakirə olduğunu, cinsi əlaqə zamanı iddiaçının cinsi orqanından qan gəldiyini etiraf etmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 830/2023-MTBŞ saylı rəyi ilə ekspertizaya təqdim olunmuş İddiaçı məxsus 01 ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olunduğu, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigen alındığı, bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən İddiaçı məxsus ola biləcəyi, tədqiq olunan şalvar üzərindəki ləkələrin sitoloji tədqiqatı zamanı menstrual qana xarakter morfoloji elementlər aşkar olunmadığı, bu qan ləkələrinin əmələ gəlməsi qızlıq pərdəsinin pozulmasından ola biləcəyi müəyyən edilmişdir. Bu səbəbdən tərəflər arasında cinsi əlaqə olan zaman iddiaçınn bakirə olduğu təsdiq olunur. Tərəflərin vermiş olduğu izahatlarla müəyyən olunur ki, tərəflər arasında cinsi münasibət olduqdan bir müddət sonra onlar arasında münasibələr pisləşmiş, cavabdeh iddiaçının və ananın nömrəsini qara siyahıya ataraq iddiaçı ilə ünsiyyəti dayandırmışdır. Bu müddət ərzində iddiaçının intihara cəhd etdiyi müəyyən edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3550 saylı rəyinə əsasən X2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadığı, onun intihara cəhd edərkən psixi-emosional halında əhval-ruhiyyənin enməsi, gərginlik və s. kimi hallar yaranmış, emosional reaksiya halını keçirdiyi, həmin halın yaranması situsiya ilə şərtləşdiyi, müəyyən edilmişdir. Göründüyü kimi, həmin rəylə iddiaçının intihara cəhd etməsinin ani olmadığı, baş vermiş vəziyyətlə şərtləşdiyi aydın olur. Həmçinin, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1422 saylı tibbi arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixindən "xxxx" klinikasının cərrahın müayinəsində olub. Onun sağ üz gözün aşağı nahiyəsində açıq yara olub, xəstəyə cərrahi müdaxilə edilib və yaraya tikiş qoyulub. İddia ərizəsindən, həmçinin iddiaçı tərəfin məhkəmədə vermiş olduğu izahatlardan aydın olur ki, baş verən hadisələr nəticəsində iddiaçı həyəcanlı və hədsiz əsəbi olmuş, bu zaman iddiaçının anası Qanuni nümayəndə su ilə stəkanını divara atmış və süşə qırıntılar iddiaçının gözünü aşağı nahiyəsinə zərər vurduğundan, adıçəkilən klinikaya müraciət edilib. Məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı tərəflər arasında olan cinsi əlaqənin cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmayıb, lakin bundan sonra iddiaçının yüksək həyəcan keçirməsi, əzab çəkməsi, intihara cəhd etməsi cavabdehlə aralarında baş verən münasibətlər səbəbindən olması inkar olunmur. Məhkəmə iş materiallarını tətqiq edərək, belə qənaətə gəlir ki, tərəflər arasında sevgi münasibət olub, bu münasibət zamanı tərəflər ünsiyyət saxlamış, kafe və kinoteatrlara getmişlər. İddiaçı cavabdehi sevmiş, onunla evlənəcəyini düşünmüş və cavabdehlə cinsi əlaqədə olmağa razılıq vermişdir. Bu razılığın könüllü olub-olmaması müəyyən edilmir, lakin iddiaçının cavabdehlə ailə həyatı quracağına inanaraq onunla mübasibətlərini davam etməsi müəyyən olunur. Belə ki, cavabdeh Nizami rayon prokurorluğunda vermiş olduğu izahatında iddiaçı ilə cinsi əlaqədə olduqdan sonra iddiaçının onu qardaşı ilə tanış etmək istədiyini, onunla evlənmək niyyətində olduğunu, lakin özünün iddiaçıya evlənmək istəmədiyini, həmçinin onun yetkinlik yaşına çatmadığını bildirib. Bundan sonra tərəflərin arasında münasibətlərin soyuduğu, iddiaçının gərginləşdiyi, əsəbi olduğu, həyacan keçirdiyi məlum olur. Cavabdeh izahatında iddiaçının aqresiv olduğunu, onu sakitləşdirdiyini, iddiaçının ailəsinin onun axtardığını bildikdən sonra onunla münasibətlərini sonlandırmaq qərarına gəldiyini qeyd etmişdir. Bütün bu baş verənlərin iddiaçının mənəvi sartıntı keçirməsinə, əzab çəkməsinə, inamının sarsılmasına səbəb olduğu müəyyən olunur. Qeyd edildiyi kimi iddiaçı yetkinlik yaşına çatmayan şəxsdir və etdiyi hərəkətlərin mənası dərk etsə də, həmin hərəkətlərin nəticəsini, cavabdehlə münasibətlərinin korlanmasını, cavabdehin onunla əlaqəni kəsməsini soyuqqanlı şəkildə qəbul edə bilməmiş, cavabdehlə evlənəcəyi, onunla ailə münasibətlərinə daxil olacağı, münasibətlərinin irəliləcəyi ilə bağlı ümidləri sarsılmış, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, münasibətdə olan şəxlərin qarşılıqlı olaraq və ya birtərəfli qaydada münasibətlərinin yekunlaşdırmaq istəməsi, ayrılmaq qərarına gəlməsi mümkün hallardır. Hazırkı işdə cavabdehin iddiaçı ilə münasibətlərinin birtərəfli yekunlaşdırdığı məlum olur, bu zaman cavabdeh bununla bağlı fikirlərini iddiaçıya canlı ünsiyyət zamanı deyil, mobil telefon vasitəsi ilə çatdırmış, iddiaçı ilə əlaqələrini tamamilə kəsmiş, iddiaçın gözünün yaralanığı vaxt iddiaçının anasının məlumat verməsinə baxmaraq, kömək etməmiş, iddiaçı ilə ünsiyyətdən yayınmışdır. Nəticədə qeyd edilənlərin yetkinlik yaşına çatmayan, evlənmək niyyətində olan iddiaçının hisslərinin zədələnməsinə səbəb ola biləcəyi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının ilə cavabdeh arasında baş verənlər səbəbindən iddiaçının əzab çəkməsini, mənəvi sarsıntı keçiməsini, intihara cəhd etməsini, onun fərdi xüsusiyyətlərini (yaşını, qadın olmasını) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 3000 manatın alınıb, iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edildiyi üçün ödənilmiş 150 manat dövlət rüsumunun 127,5 manatı iddiaçıya, qalan 22,5 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 22,5 manat dövlət rüsumunun əvəzi Cavabdeh Zakı̇ r oğlundan alınaraq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 127,5 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 22,5 manat dövlət rüsumunun əvəzi Cavabdeh Zakı̇ r oğlundan alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 127,5 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1113/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1113/2024
19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver