Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1114/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4792,46 manat (dörd min yeddi yüz doxsan iki manat, qırx altı qəpik) əsas borc və cavabdehin məsuliyyəti ilə bağlı iddiaçının (Yəni İddiaçı çəkdiyi digər zərərin, maddi zərər əvəzinə) 2984,01 manat (iki min doqquz yüz doqquz manat, sıfır bir qəpik), mənəvi zərər 2000 manat (iki min manat), cəmi 9772.21 manat (doqquz min yeddi yüz yetmiş iki manat iyirmi bir qəpik) məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayan və pasport qeydiyyatında olan, xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixində "Amrahbank” ASC-nin "Nərimanov” filialı ilə ünvan 2 ünvanında pasport qeydiyyatında olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh arasında imzalanmış xx.xx.2014cü il tarixli, 23-3792 saylı kredit müqaviləsi üzrə həmin tarixdə 23-3792 saylı zaminlik müqaviləsi imzalanmış (24 ay (iyirmi dörd) müddətinə, illik 28 % (iyirmi səkkiz) ödəmək şərti), ümumi dəyəri 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində olan xx.xx.2014cü il tarixli, 23-3792 saylı kredit müqaviləsi əsasında götürülmüş kredit üzrə "Amrahbank” ASC-nin "Nərimanov” filialı ilə xx.xx.2014- cü il tarixli, № 23-3792 saylı zaminlik müqaviləsi imzalayaraq üzərinə, həmin müqavilə ilə müəyyən edilən zaminlik öhdəliyi götürmüşdür. Kredit müqaviləsinə əsasən Borcalan (Cavabdeh) krediti və ona hesablanmış faizləri bankın xəzinəsinə (kassasına) nəğd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan Cavabdeh bankın əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq sözügedən kredit müqavilsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixinədək Cavabdeh "Amrahbank” ASC-yə 6986 (altı min doqquz yüz səksən altı) ABŞ dolları məbləğində əsas borcu, 898 (səkkiz yüz doxsan səkkiz) ABŞ dolları məbləğində faiz borcu, 20 (iyirmi) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilkdə cəm olaraq 7904 (yeddi min doqquz yüz dörd) ABŞ dolları borcu yaranmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında, Borclu ilə Kreditor arasında xx.xx.2014-cü il tarixli, 23-3792 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 5.1-ci maddəsinə əsasən Borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hüquqi müstəvidə, məhkəmə yolu ilə həll edilir. Beləliklə, xx.xx.2016-cı il tarixinədək Cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, habelə icranın gecikdirilməsi ilə əlaəqdar "xxxx" ASC-yə vurulmuş zərərlə birlikdə, ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməli olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası MPM- nin 149-cu maddəsini rəhbər tutaraq "xxxx" ASC Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin “Nərimanov” filialı ilə borcalan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 23-3792 saylı kredit müqaviləsinə və zaminlər İddiaçı, X4 arasında xx.xx.2014-cü il tarixli, № 23-3792 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X3 müştərək qaydada 6986 (altı min doqquz yüz səksən altı) ABŞ dolları məbləğində əsas borcu, 898 (səkkiz yüz doxsan səkkiz) ABŞ dolları məbləğində faiz borcu, 20 (iyirmi) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilkdə cəmi 7904 (yeddi min doqquz yüz dörd) ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Amrahbank” ASC-nin yuxarıda qeyd edilən iddia ərizəsi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində mülki iş üzrə məhkəmə icraatı keçirilmişdir. Məhkəmə icraatı nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1012/2016 saylı icra sənədinə əsasən borclular Cavabdeh, İddiaçı və X3 müştərək qaydada cəmi 7904 (yeddi min doqquz yüz dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli, 2(007)-1012/2016 saylı icra sənədin təmin edilməsi məqsədi ilə "İcra haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən ona müraciət edilmiş və o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Şöbəsinin nümayəndəsinə mövcud maliyyə durumunu nəzərə alaraq borcu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə, tələbkar "Amrahbank” ASC-nin hesabına cavabdeh İddiaçı Mirəbala oğluna qarşı Nazami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)- 1012/2016 saylı icra sənədinə əsasən onun pensiyasından 20 (iyirmi faiz) tutulması haqqında qərar qəbul edilmişdir. Qərara əsasən 2017-ci ilin avqust ayından etibarən onun aylıq pensiyasından 123,55 (yüz iyirmi üç manat əlli beş qəpik) tutulması barədə Azərbaycan Respublikası DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli, 3185 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışın əslini o, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə təqdim etmişdir. Eyni zamanda "xxxx" ASC-nin nümayəndəsinə (səhv etmirsə, hazırda "xxxx" ASC-nin idarə heyətinin sədrinin müavini vəzifəsini icra edən Üzeyir müəllim) və əsas borclu Cavabdeh telefon vasitəsi ilə şifahi məlumat vermişdir. Yuxarıda qeyd edilmiş İcra ödənişinin alınması haqqında Qərar əsasında onun pensiyasından xx.xx.2018-ci il tarixinədək ümumilikdə 1606,05 (min altı yüz altı manat beş qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə 1359,05 (min üç yüz əlli doqquz manat beş qəpik) manat ödənilmiş və xx.xx.2018-ci il tarixində 247,10 (iki yüz qırx yeddi manat on qəpik) manat ödənilməsi icra edilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixində, o, Azərbaycan Respublikasının qanunvericiliyinin aliliyini rəhbər tutaraq, habelə "Amrahbank” ASC qarşısında mövcud olan rəsmi, hüquqi məsuliyyətini dərk edərək, öhdəliklərinə vicdanla yanaşaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1012/2016 saylı icra sənədinə əsasən İcra ödənişinin alınması haqqında Qərar ilə İcra məmuru tərəfindən müəyyən edilmiş, "xxxx" ASC qarşısında 2634,66 (iki min altı yüz otuz dörd dollar altımış altı sent) əsas borcumu və 7 % (yeddi faiz) miqdarında, yəni 184,42 (yüz səksən dörd dollar qırx iki sent) ABŞ dolları məbləğində tutulmalı olan ödənişi tam olaraq həyata keçirmək məqsədi ilə "xxxx" ASC-nin xeyrinə 1871.00 (min səkkiz yüz yetmiş bir dollar) və ya 3186 (üç min yüz səksən altı) manat məbləğində vəsaitin ödənilməsini artıqlaması ilə həyata keçirmişdir. Bundan sonra ona "xxxx" ASC qarşısnda heç bir borcunun olmadığı haqqında xx.xx.2018-ci il tarixli, ABHD-3115 nömrəli Arayışın, habelə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, ABHD-3114 nömrəli və daha sonra xx.xx.2019-cu il tarixində ABHD-1190/19 nömrəli məktublar "xxxx" ASC tərəfindən ona verilmişdir. O, xx.xx.2018-ci il tarixində Cavabdeh əvəzinə, onun zamini olaraq, "xxxx" ASC-nin “Nərimanov” filialının müvafiq bank hesabına ödədiyi vəsaitin (pulun) ödənilməsi üçün "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixli, BAKU2-33905- 16363 nömrəli, illik faiz dərəcəsi 28 % (İyirmi səkkiz faiz) olmaqla, 7000 (yeddi min manat) məbləğində, 30 (otuz) ay müddətinə Kredit Müqaviləsi imzalamışdır. Bunu etmək onun üçün vacib idi. Belə ki, həmin ərəfədə qayın validəsi X2 ağır xəstələnməsi (Sinəsinin xərçəng xəstəliyinə məruz qalması) onu buna vadar etmişdir. O dövrdə qayın validəsinin müalicəsi üçün tələb edilən maliyyə vəsaitinin əldə edilməsi üçün o, bir çox banka müraciət etmişdir. Lakin Cavabdeh zamini olaraq Əmrah Bank ASC-nin “Nərimanov” filialı qarşısında mövcud olan zaminlik öhdəliyi banklara ona kredit vermək istədikləri halda belə mümkün etmirdi. Bu hal eyni zamanda müəyyən mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Daha sonra qeyd edilir ki, həmin dövrdə "xxxx" ASC-nin “Nərimanov” filialının müvafiq əməkdaşları onun iş yerinə zəng edərək Cavabdeh əvəzinə "xxxx" ASC-nin “Nərimanov” filialı qarşısında öhdəliyi olduğunu və dəfələrlə ona xəbərdarlıq edildiyinə baxmayaraq öhdəliyini icra etmədiyini bildirmişlər. Hətta iş yerinə müvafiq məktub ilə müraciət etmişlər. Qeyd edilən dövrdə o, Azərbaycan Respublikası Dövlət X1 Heyəti şöbəsində (hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində) “Böyük mütəxəssis” vəzifəsində çalışır, ehtiyatda olan hərbi qulluqçu olmağı ilə yanaşı dövlət qulluqçusu olmaq istəyirdi. Sözügedən bu məktubdan sonra o, işdən çıxmaq qərarına gəlmişdir. Belə ki, məktubun məzmununda onun guya Cavabdeh ilə birgə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit götürdüyü və kreditin ödənilməsindən boyun qaçırmağı qeyd edilmişdir. Lakin bu həqiqəti əks etdirmirdi. Buna baxmayaraq ARDDA-nın rəhbərliyində ona qarşı etimadsızlıq hökm sürdüyü özünü bir çox məqamlarda biruzə verirdi. Daha sonra onun cib telefonuna Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsindən zəng vurmuş və onu Nəsimi rayon icra və probasiya şöbəsinə dəvət etmişdirlər. Ertəsi gün o, şöbəyə gəldikdə isə onu müvafiq bildiriş ilə tanış etdikdən sonra "xxxx" ASC-nin “Nərimanov” filialı qarşısında mövcud olan zaminlik öhdəliyini icra etməyə vaxt verdilər. Həmin vaxtda öhədliyi icra etmədikdə isə onun qanunvericliyin tələblərinə əsasən həbs edəcəklərini (10- 15 sutka) bildirmişlər. Bu səbədən o, hətta müvafiq (500 manat məbləğində) cərimə ödəmişdir. Lakin əfsuslar olsun ki, cərimə qəbzini itirdiyindən məhkəməyə təqdim edə bilmir. Bu hal da eyni ilə müəyyən mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarına əsasən ona AR SQ-nin ehtiyatında olan zabit kimi (polkovnik leytenant - 2-ci dərəcəli kapitan) dövlət tərəfindən ödənilən pensiyasından (həmin dövrdə, yəni xx.xx.2017-ci il tarixində 661,88 manat pensiya alırdı) 123,55 AZN (yüz iyirmi üç manat əlli beş qəpik) tutulmağa başlanılmışdır. Ümumilkdə pensiyasından bu illər ərzində "xxxx" ASC-nin “Nərimanov” filialının müvafiq bank hesabına 1606,15 AZN (min altı yüz altı manat on beş qəpik) tutulmuşdur. O, həmçinin dəqiqləşdirmə ərizəsində bildirmişdir ki, 2016 və 2017-ci illər ərzində cavabdehin hərəkəti və hərəkətsizliyi nəticəsində ona dəymiş mənəvi ziyanı 2000 manat dəyərləndirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, bankda iddiaçı cavabdehə əvvəlcə zamin durmuşdur. Cavabdeh onun qaynanasının bacısının rəfiqəsidir. O, ehtiyatda olan zabitdir, əvvəlcə az məbləğdə, sonradan isə 12500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh bankın borcunu əvvəlcə vaxtında ödəyirdi, lakin sonradan ödəyə bilməmişdir. Cavabdeh daha sonra ölkədən çıxıb getmiş, hazırda ölkəyə girişinə qadağa qoyulmuşdur. O, onun xalası oğluna da zamin durmuşdur. Ona 3700 manat borcu vardır. O, həmin borcu ödəmiş, hətta bank ona rəsmi məktub vermişdir ki, Nəzakətin banka olan borcunu ödədiyindən, Nəzakət banka olan borcu ona ödəməlidir. O, həmin borcu ödəmək üçün "TBC Kredit Bank” MMC-dən kredit götürmüş və borcu bağlamışdır. Cavabdeh əməliyyata gedir, əgər cavabdehin başına bir hadisə gəlsə uşaqları o pulu ona verməyəcəklər. O, dəqiqləşmə ərizəsində mənəvi tələbinii artırmışdır. O, banka 4792 manat ödəniş etmiş, bu məbləğin 1606 manatını pensiyasından tutulmuş və 3186 manatını nağd ödəmişdir. Cavabdeh ona həmin kredit üzrə puldan onun kart hesabına cəmi 635 manat ödəmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "Amrahbank” ASC-nin "Nərimanov” filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 23-3792 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 12700 ABŞ Dolları məbləğində kredit verilmişdir. - "Amrahbank” ASC-nin "Nərimanov” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2018-ci il tarixli qəbzin və xx.xx.2021-ci il tarixli xarici valyutanın satışı barəsində çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən "Amrahbank” ASC-yə 1871 ABŞ dolları ödəniş etmiş və həmin məbləğ manat məzənnəsinə çevirilməklə 3186,31 manat müəyyən olunmuşdur. - "Amrahbank” ASC-nin xx.xx.2018-ci il tarixli, ABHD-3114/18 saylı məktubunun surətindən görünür ki, cavabdehin qətnamə üzrə olan borcunu ödəməsi ilə əlaqədar olaraq icra işinə xitam verilməsi üçün müvafiq təqdimatla məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. - "Amrahbank” ASC-nin xx.xx.2018-ci il tarixli, ABHD-3115/18 saylı məktubundan görünür ki, "Amrahbank” ASC nin "Nərimanov” filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 23-3792 saylı 12700 ABŞ Dolları məbləğində kredit müqaviləsinə əsasən zaminlik daşıyan İddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi tam icra etmişdir və cavabdehin tələbkar "Amrahbank” ASC qarşısında heç bir borcu yoxdur. - Nəsimi rayon İcra şöbəsinin DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə ünvanladığı məktubun surətindən görünür ki, borclunun borcu ödənilənə qədər kredit müqaviləsi üzrə zamin İddiaçı hər ay əmək haqqının 20 faiz miqdarının tutularaq tələbkarın bank hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. - DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin xx.xx.2017-ci il tarixli, 3485 nömrəli arayışının surətindən görünür ki, İddiaçı hər ay yaşa görə 618,48 manat məbləğində pensiya alır və onun pensiyasından xx.xx.2017-ci il tarixdən hər ay 123,55 manat pul vəsaiti tutulur. - DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin xx.xx.2018-ci il tarixli, 3730 nömrəli arayışının surətindən görünür ki, İddiaçı hər ay yaşa görə 661,80 manat məbləğində pensiya alır və pensiyasından 1606,15 manat tutulmuş və "Amrahbank” ASC-nin xeyrinə 1359,05 manat ödənilmişdir. Qalan 247,110 manat xx.xx.2018-ci il tarixində ödəniləcəkdir. - Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 0452 nömrəli, xx.xx.2006-cı il tarixli vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranı olaraq dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "Amrahbank” ASC nin "Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-3792 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 12700 ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür.Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuş, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Buna görə də bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1012/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qəbul edilmiş və cavabdehlər Cavabdeh, İddiaçı və X3 müştərək qaydada ümumilkdə 7904 (yeddi min doqquz yüz dörd) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "Amrahbank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. həmin borcun ödənilməsi üçün İddiaçı pensiyasından 1606,15 manat tutulmuş, qalan 3186 manatı isə onun tərəfindən nağd şəkildə banka ödənilmişdir. "Amrahbank” ASC-nin xx.xx.2018-ci il tarixli ABHD-3115/18 saylı məktubundan görünür ki, "Amrahbank” ASC nin "Nərimanov” filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 23-3792 saylı 12700 ABŞ Dolları məbləğində kredit müqaviləsinə əsasən zaminlik daşıyan İddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi tam icra etmişdir və cavabdehin tələbkar "Amrahbank” ASC qarşısında heç bir borcu yoxdur. Nəticədə cavabdehin iddiaçıya cəmi 4792 manat borcu yaranmışdır. Eyni zamanda tələbkar "Amrahbank” ASC cavabdehin qətnamə üzrə olan borcunu ödəməsi ilə əlaqədar olaraq icra işinə xitam verilməsi üçün müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh "Amrahbank” ASC nin "Nərimanov” filialı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 23-3792 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və kredit müqaviləsinə əsasən zaminlik daşıyan İddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi icra edərək borc məbləğini ödəmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında borcu yaranmış və zamin olaraq İddiaçı borclu Cavabdeh kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranmışdır. Belə olan halda, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunmuş İddiaçı pensiyasından tutulmuş 1606,15 manat və nağd şəkildə banka ödənilmiş 3186,31 manat olmaqla, cəmi 4791,46 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi “4792,46 manat (dörd min yeddi yüz doxsan iki manat, qırx altı qəpik) əsas borcun tutulması” hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yetirmədiyi üçün zamin kimi öhdəliyini yerinə yetirmək və yerdə qalan borc məbləğini ödəmək, eyni zamanda həmin ərəfədə qayınanası X2 ağır xəstələnməsi (Sinəsinin xərçəng xəstəliyinə məruz qalması) səbəbindən "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlayaraq bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 7000 manat məbləğində kredit götürülmüşdür. Eyni zamanda işə əlavə edilmiş sənəd və sübutlar əsasında xx.xx.2018-ci il tarixli qəbzdən, "Amrahbank” ASC-nin xx.xx.2018-ci il tarixli, ABHD-3114/18 və ABHD-3115/18 saylı məktublardan da görünür ki, həmin tarixdə kredit götürüldükdən sonra İddiaçı öhdəliyini yerinə yetirmiş və 3186,31 manat borc məbləğini tamamilə ödəyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasını təmin etmişdir. Belə olan halda məhkəmə kredit müqaviləsinin illik 28% dərəcəsi ilə bağlanmasını və 3186,31 manat nağd şəkildə "xxxx" ASC-yə ödənilməsini nəzərə alaraq 3186 manat * 28% = 892 manat məbləğində maddi ziyanın Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 2000 manat məbləğində pulun Cavabdeh tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5684,46 manat məbləğ pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçüni iddiaçının ödəməkdən azad olduğu 177,76 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5684,46 manat məbləğ pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı azad olduğu dövlət rüsumuna görə 177,76 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1114/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1114/2022
14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver