Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1114/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sultanova Nigar Paşa qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Sultanova Nigar Paşa qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin üzərinə Sultanova Nigar Paşa qızı və İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” üzrə İddiaçı tərəfindən ödənilən 3500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu X6 qoyulmuşdur, cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin olmasının nəzərə alınmasını xahiş etmişdir.
3. Məhkəmənin təşəbbüsü ilə Sultanova Nigar Paşa qızı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə Sultanova Nigar Paşa qızı və İddiaçı 12 iyun 2018-ci il tarixə kimi ünvan 1 ünvanda yerləşən mənzili 30.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. İddiaçı gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi Sultanova Nigar Paşa qızına 10.000 manat ödəmiş, qalan 20.000 manatı alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2017-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sultanova Nigar Paşa qızı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m. yaşayış sahəsi 15 kv.m. olan 1 otaqlı mənzilini 40.000 manata İddiaçı satmış, alıcı müqavilənin şərtlərinə görə 10.000 manat beh müqaviləsi bağlanarkən və alqı-satqı müqaviləsi zamanı 7.000 manat olmaqla, ümumilikdə 17.000 manat məbləğdə pulu Sultanova Nigar Paşa qızına vermiş, qalan 23.000 manat pulu 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Sultanova Nigar Paşa qızı cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sultanova Nigar Paşa qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin, 10 nömrəli mənzillə bağlı Sultanova Nigar Paşa qızı ilə İddiaçı arasında Cavabdeh bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir. Quba Rayon Məhkəməsinin 2(027)- 1178/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia rədd edilmişdir. Həmin mülki işə tərəflərin müvafiq şikayətləri üzrə apellyasiya və kassasiya instansiya məhəmələri tərəfindən baxılmış, sonuncu dəfə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabına xx.xx.2017-ci il tarixdə 10.000 manat, xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 11.500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reyestr nömrəli “Alqı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alqı-satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” Sultanova Nigar Paşa qızına ödənilmişdir. Əmlakın dəyərinin qalan 11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işində heç bir rəsmi sənəd əlavə edilməmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, X1 Nigar Paşa qızına xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X2 İlqara xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. Qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X7 tərəfindən iddiaçıya çatası 6.500 (altı min beş yüz) manat pulun onun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 36500 (10000+7000+11500+1000+500+6500=36500) manat müqavilə üzrə ödəniş edildiyi təsdiqini tapır. Beləliklə müqavilə üzrə cavabdeh qalan 23.000 manatı son tarix kimi 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixədək 36500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1545/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, iddiaçı Sultanova Nigar Paşa qızının kassasiya şikayəti isə təmin edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reyestr nömrəli “Alqı-satqı müqaviləsi” üzrə qalıq 3500 manatı Sultanova Nigar Paşa qızına ödəmək istəsə də Sultanova Nigar Paşa qızı ödənilməli olan məbləğin 11000 manat olmasını bəhanə edərək qəbul etməmişdir. Ona görə də iddiaçı Bakışəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reyestr nömrəli “Alaı-satqı müqaviləsi” üzrə 3500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına ödənilməsi və daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müqavilədə göstərilən öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin verilməsini xahiş etmiş, lakin cavabdeh qanunsuz olaraq bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur.
Tərəflərin izahatları:
5. Məhkəmənin əvvəlki iclasında iştirak emiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin hərəkətsizliyi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına mane olur ki, bu da mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də cavabdehin imtinasını qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Sultanova Nigar Paşa qızı məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
9. Sultanova Nigar Paşa qızı məhkəmə iclasından sonra xx.xx.2024-cü il tarixdə saat 15:02-də (iclas 11:10-a təyin edilmişdir) məhkəməyə teleqram ünvanlayaraq sağlamlığının kəskin şəkildə dəyişməsi səbəbindən xx.xx.2024-cü il saat 11:10-a təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
11. Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 3005 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək ödənilməmiş qalan 3500 pul vəsaitinin notariusun depozit hesabı vasitəsi ilə Sultanova Nigar Paşa qızına ödəməklə daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınması üçün alqı-satqı müqaviləsində göstərilən öhdəliklərinin tam icra edildiyini təsdiq edən bildirişin verilməsini xahiş etmiş, lakin Bakı şəhəri 50 saylı Notariat Ofisi bildirmişdir ki, notariat işində olan sənədlərə əsasən müqavilə ilə müəyyən edilmiş əmlakın dəyərinin ödənilməsi öhdəlikləri tam icra edilmədiyindən və satıcı Sultanova Nigar Paşa qızına nəğd şəkildə ödənilmiş 8000 manat pul vəsaitinin ümumi satış qiymətinə daxil edilməsi barədə məhkəmə göstərişi olmadığından iddiaçıya müvafiq bildirişin verilməsi mümkünsüzdür.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1545/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Sultanova Nigar Paşa qızı cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 50 saylı notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməməsi, yəni mənzilin pulu tam şəkildə ona ödənilməməsi əsası ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzili ilə bağlı cavabdehlə iddiaçı arasında Cavabdeh bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı Sultanova Nigar Paşa qızı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5398/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-486/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (Apellyasiya instansiyası məhkəməsində ikinci icraat) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020ci il tarixli qətnaməsi ləğv iş üzrə yeni qətnamə çıxarılmaqla, 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3752/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat) Sultanova Nigar Paşa qızının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1545/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sultanova Nigar Paşa qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə ödənilmiş, bundan əlavə İddiaçı əri X1 Nigar Paşa qızına xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X2 İlqara xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. Qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli hökmdə də mənzilə görə İddiaçı əri X7 tərəfindən Sultanova Nigar Paşa qızına çatası 6.500 (altı min beş yüz) manat pulun sonuncunun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir. Bununla da İddiaçı tərəfindən Sultanova Nigar Paşa qızına xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 36500 (otuz altı min beş yüz) (10000+7000+11500+1000+500+6500=36500) manat müqavilə üzrə ödəniş edildiyi təsdiqini tapır. Sultanova Nigar apellyasiya baxışı zamanı 3500 (üm min beş yüz) manat pulu qəbul etməkdən imtina etdiyini bildirmişdir.
14. Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə- 817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” nin surətindən görünür ki, həmin müqaviləyə əsasən Sultanova Nigar Paşa qızı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m. olan 1 otaqlı mənzilini 40.000 manata İddiaçı satmış, alıcı müqavilənin şərtlərinə görə beh müqaviləsi bağlanarkən 10.000 manat və alqı-satqı müqaviləsi zamanı 7.000 manat olmaqla, ümumilikdə 17.000 manat məbləğdə pulu Sultanova Nigar Paşa qızına vermiş, qalan 23.000 manat pulu 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi”nə əsasən Sultanova Nigar Paşa qızı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m. olan 1 otaqlı mənzilini 40.000 manata İddiaçı satmış, həmin müqavilə əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən İddiaçı tərəfindən Sultanova Nigar Paşa qızına xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında 10.000 manat, xx.xx.2017-ci il tarixdə “alğı-satqı müqaviləsi”ni rəsmiləşdirərkən 7.000 manat, xx.xx.2018ci il tarixdə isə 11.500 manat olmaqla, ümumilikdə 28500 manat notariusun depozit hesabı vasitəsi ilə, xx.xx.2018-ci il tarixdə 1.000 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 6.500 manat olmaqla, ümumilikdə 8.000 manat nəğd şəkildə ödənilmişdir. Bakı şəhəri 50 saylı Notariat Ofisi 8.000 manat pul vəsaitinin ümumi satış qiymətinə daxil edilməsi barədə məhkəmə göstərişi olmadığından iddiaçıya müvafiq bildirişin verilməsindən imtina etmişdir. Hazırda iddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisinin üzərinə Sultanova Nigar Paşa qızı və İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” üzrə İddiaçı tərəfindən ödənilən 3500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X3 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Qərarı:
49-cu hissəsinin 5-ci və 6-cı abzasları: Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. 152-ci hissəyə əsasən əgər kreditor icranın qəbulunu yubadırsa və onun olduğu yer məlum deyildirsə, borclu pulları və ya qiymətli kağızları kreditora verilməsi üçün notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulduğundan, borclu öz öhdəliyindən azad edilir
19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.
20. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi:
22. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
23. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə ödənilmiş, bundan əlavə İddiaçı əri X1 Nigar Paşa qızına xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1.000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X2 İlqara xx.xx.2017-ci il tarixdə 6.500 manat məbləğində pul vermişdir. Qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli hökmdə də mənzilə görə İddiaçı əri X7 tərəfindən Sultanova Nigar Paşa qızına çatası 6.500 (altı min beş yüz) manat pulun sonuncunun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir. Bununla da İddiaçı tərəfindən Sultanova Nigar Paşa qızına xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 36500 (otuz altı min beş yüz) (10.000+7.000+11.500+1.000+500+6.500=36500) manat müqavilə üzrə ödəniş edildiyi təsdiqini tapır. Həmçinin qətnamədən görünür ki, Sultanova Nigar apellyasiya baxışı zamanı 3500 (üm min beş yüz) manat pulu qəbul etməkdən imtina etmişdir.
24. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübut edildiyindən və həmin qətnamənin hazırki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıması nəzərə alınaraq Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” üzrə alıcı qismində İddiaçı tərəfindən nəğd şəkildə edilmiş ödənişlərin cavabdeh tərəfindən nəzərə alınmaması, eyni zamanda qeyd olunan müqavilə üzrə qalıq 3.500 manatın depozit hesabına qəbul edilməməsi və nəhayət nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsindən imtina edilməsi iddiaçının hüquqlarının qeydə alınmasını mümkünsüz etmiş, bu isə iddiaçının gələcəkdə əmlakı barəsində sərəncam vermək imkanından məhrum edilməsi deməkdir ki, məhkəmə bunu mülkiyyət hüququnun pozulması kimin qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri:
25. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Beləliklə, iddia təmin edilməli, Sultanova Nigar Paşa qızı və İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reyestr nömrəli “alqı-satqı müqaviləsi” üzrə İddiaçı tərəfindən ödənilən 3.500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməli və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Sultanova Nigar Paşa qızı və İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reyestr nömrəli “alqı-satqı müqaviləsi” üzrə İddiaçı tərəfindən ödənilən 3.500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin icrası Bakı şəhəri 50 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova