Məhkəmə qərarları › İş №e-2(007)-1161/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1161/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1161/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “telefon nömrəsinə çıxan və daxil olan telefon nömrələri barədə məlumatların götürülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il üzrə istifadəsində olan ***-***-**-** nömrəsinə çıxan və daxil olan telefon nömrələri barədə məlumatların "xxxx" MMC-dən götürülüb ona verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını istifadəsində olan mobil nömrəsinə daxil olan və çıxan telefon nömrələri barədə məlumatların götürülməsi təşkil edir, hansı ki, qeyd olunan məsələ tərəflər arasında olan hüquqi münasibətlərə aid məsələ olmaqla müqavilə münasibətləri ilə tənzimlənir, bununla bağlı tərəflər öz aralarında müqavilə bağlamışlar. İddiaçı tərəfindən isə qeyd olunan mobil nömrə ilə bağlı cavabdehlə aralarında bağlanmış müqavilə, o cümlədən mübahisənin tərəflər arasında məhkəmədən kənar qaydada həll edilibedilməməsi barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Belə sübutlar olmadan ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsini həll etmək olmur, hazırkı halda qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Eyni zamanda iddiaçı qeyd olunan nömrənin istifadəçisi olduğunu qeyd etmişdir, əgər ***-***-**-** nömrənin sahibi İddiaçıdursa o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi müraciət etməklə ***-***-**-** nömrəsindən çıxan və daxil olan telefon nömrələri barədə məlumatları əldə edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “telefon nömrəsinə çıxan və daxil olan telefon nömrələri barədə məlumatların götürülməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar