Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-12/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və cavabdehlərin yaşayış sahələrini boşaltması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və cavabdehlərin yaşayış sahələrini boşaltması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4 və Cavabdeh5 qarşı "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi, həyətyanı sahənin texniki pasportdakı vəziyyətə gətirilməsi və cavabdehlərin qeydiyyatdan çıxarılmaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 4 saylı evin həyətyanı sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4 və Cavabdeh5 tərəfindən özbaşına tikilmiş və istifadələrində olan ümumi sahəsi 300 kv.m olan yaşayış otaqlarının sonuncuların hesabına sökülməsi, həyətyanı sahənin evin texniki pasportunda qeyd olunan vəziyyətə gətirilməsi və cavabdehlər Cavabdeh2, Vahabov X9, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil vəsatət verərək Cavabdeh6 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
3. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi ev 4-ün həyətyanı sahəsində Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş 46.6 kv.m tikilinin, eləcə də digər cavabdehlər Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ayri-ayrılıqda zəbt olunmuş qalan 206.4 kv.m torpaq sahəsində özbaşına tikilmiş qanunsuz tikililərin sonuncuların hesabına sökülməsi, cavabdehlər tərəfindən zəbt olunmuş ümumilikdə 253 kv.metr həyətyanı torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 06 sentyabr 2011-ci il tarixli seriya MA qeydiyyat №-si ******* olan Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 saylı ev onun mülkiyyətindədir. O, həmin evdə qeydiyyatda olmaqla yaşayır. Yuxarıda göstərilən Çıxarışa əsasən evin yaşayış sahəsi 123 kv.metr göstərilmiş, yaşayış evinin reyestr nömrəsi **********59-10301 saylı olan texniki pasportunda faktiki həyətyanı torpaq sahəsi 690.7 kv.metr göstərilmişdir. Həmin həyətyanı torpaq sahənin tikinti altı sahəsi 190.4 kv.metr, digər sahəsi isə 500.3 kv.metr qeyd olunmuşdur. Lakin, Cavabdeh1 vərəsə kimi həmin evin bir hissəsində yaşamaqla yanaşı tikinti norma və qaydalarını pozaraq, müvafiq qaydada icazə alınmadan, onun razılığı olmadan evə bitişik cəmi sahəsi 40 kv. metr olan 3 yaşayış otağı özbaşına tikdirmiş və həmin otaqları özünün qanunsuz sahibliyinə və istifadəsinə götürmüşdür. Cavabdeh1 özbaşına tikinti işlərinin aparılması və evə bitişik 3 yaşayış otağının qanunsuz inşası nəticəsində evin texniki təhlükəsizliyi və dayanıqlığı pozulmuşdur. Bundan başqa, Cavabdeh1 evin ümumi istifadədə olan həyətyanı sahəsində evin texniki pasportunda qeyd olunmayan özbaşına olaraq təxminən əlavə olaraq 260 kv.metr torpaq sahəsində ayrı-ayrı yaşayış otaqları tikdirərək qeyri-qanuni olaraq digər cavabdehlərin qanunsuz istifadəsinə və sahibliyinə vermişdir. Belə ki, evin texniki pasportunda 1 və 4 nömrə ilə qeyd edilmiş otaqlara yaxın hissədə olan, texniki pasportda göstərilməyən özbaşına tikilmiş otaq Cavabdeh1 tərəfindən Cavabdeh2 qeyri-rəsmi satılmış və hazırda sonuncunun istifadəsindədir. Bundan başqa, texniki pasportda 14 və 15 nömrə ilə qeyd edilmiş otaqlara yaxın hissədə, həyətyanı sahənin giriş hissəsinin sol tərəfində olan, texniki pasportda qeyd olunmayan otaq Cavabdeh1 tərəfindən cavabdeh Vahabov X8 qeyri-rəsmi qaydada satmış və hazırda sonuncunun və onun ailə üzvləri cavabdehlər Cavabdeh4 və Cavabdeh5 istifadəsindədir. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onun mülki hüquqları pozulmuş, mülkiyyətində olan evin 500.3 kv.metr həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüququndan məhrum olmuşdur. Bundan başqa, mülkiyyətində olan evin 500.3 kv. metr həyətyanı torpaq sahəsinin təxminən 300 kv.metr hissəsində qanunsuz tikililər olduğundan həmin torpaq sahəsini özəlləşdirmək hüququnu həyata keçirə bilmir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki qanunvericiliyə əsasən müvafiq qaydada icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4 və Cavabdeh5 qeyri-qanuni istifadəsində olan sözbaşına tikilmiş və qanunsuz olaraq istifadə etdikləri yaşayış otaqları sökülməli, onun mülkiyyətində olan evin 500,3 kv.metr həyətyanı torpaq sahəsinin ərazisi tam bərpa olunmalı, cavabdehlər Cavabdeh2, Vahabov X9, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan yaşayış evinə qeydiyyatdarı ləğv olunmalıdır.
İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar:
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsində İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və cavabdehlərin qeydiyyatdan çıxarılması" tələbinə dair e- 2(007)-12/2025 №li mülki işə baxılır. Məhkəməyə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli **********59-10301 reyestr nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 saylı evin D hissəsi onun mülkiyyətindədir. Digər ½ hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Yuxarıda göstərilən Çıxarışa əsasən evin yaşayış sahəsi 123 kv.metr , yaşayış evinin tikinti altı sahəsi isə 186,9 kv.metr göstərilmişdir. Eyni zamanda, hal-hazırda qüvvədə olan onun adındakı **********59-10301 saylı reyestr nömrəli evin texniki pasportunda həyətyanı torpaq sahəsi 690.7 kv.metr göstərilmiş, həyətyanı torpaq sahənin tikinti altı sahəsi 190.4 kv.metr, digər boş sahəsi isə 500.3 kv.metr qeyd olunmuşdur. Məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli 3-21-3-30/2-16700/2025 nömrəli məktubunda göstərilmişdir ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 üvnanında yerləşən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasporta əsasən 0.06907 ha ( 690.7 kv.m) olsa da, faktiki olaraq 0.06319 ha (631.9 kv.m ) təşkil edir (0.00588 ha azalıb). Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 üvnanında yerləşən istifadədə olan 0.06907 ha torpaq sahəsi üzərində ümumi sahəsi 123.0 kv.m olan fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla) və Cavabdeh1 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir. Texniki pasporta əsasən ərazi daxilində tikintialtı sahəsi 253.0 kv.m əlavə tikililər mövcuddur. Qeyd olunan tikililərin 46.6 kv.m hissəsi Cavabdeh1, qalan 206.4 kv.m hissəsi isə digər cavabdehlər tərəfindən tikilmişdir. Faktiki göstərilən torpaq sahəsi ilə texniki pasport arasında konfiqurasiya dəyişikliyi və perimetrik ölçülərdə fərqi mövcuddur. Faktiki olaraq göstərilən 0.06319 ha (631.9 kv.metr) torpaq sahəsinin koordinatları və ümumi ərazinin baş planı da məktuba əlavə edilmişdir. Göründüyü kimi, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 üvnanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin dəqiqləşdirilmiş ölçüsü 631.9 kv.metrdir. Həmin torpaq sahəsində cavabdehlər tərəfindən 253.0 kv.m özbaşına tikilmiş qanunsuz tikililər yerləşir. Bu qanunsuz tikililər sökülməli, 253.0 kv.m torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Beləliklə, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin tikinti altına düşməyən boş qalan hissəsi 441.5 kv.metr olmalıdır. (631.9 kv.m. - 190.4 kv.m =441.5 kv.m ) Hazırki iş üzrə cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi ev 4-n həyətyanı sahəsində 253 kv.metr torpaq sahəsini zəbt edərək orada ayrı-ayrılıqda özbaşına olaraq qanunsuz tikililər inşa etmişlər. Belə ki, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onun mülki hüquqları pozulmuş, mülkiyyətində olan evin 253 kv.metr həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüququndan məhrum olunmuşdur. Bundan başqa, mülkiyyətində olan evin 441.5 kv. metr həyətyanı torpaq sahəsinin 253 kv.metr hissəsində qanunsuz tikililər olduğundan həmin torpaq sahəsini özəlləşdirmək hüququnu həyata keçirə bilmir.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin İddiaçı adına olan **********59-10301 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarış qətnamə ilə ləğv olunsa da, daşınmaz əmlakın **********59-10301 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli texniki pasportu ləğv olunmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, həmin evdə böyüyüb vərəsədi. Heç kim onu evdən çıxarda bilməz. Ona görə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
11. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-600/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı Şəhəri 15 Saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X2 və Bakı Şəhəri 23 Saylı Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(007)- 600/2020 nömrəli qətnaməsi ləğv edilmiş, ünvan 2 ünvanda yerləşən evə dair ünvan 3 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X3 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" qismən, ½ hissədə etibarsız sayılmış, Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X3 adına ünvan 2 ünvanda yerləşən evə dair verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) "Qeydiyyat Vəsiqəsi" qismən, ½ hissədə ləğv edilməsi, İddiaçı və X1 adlarına verilmiş ünvan 2 ünvanda yerləşən evə dair “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, ½ hissədə etibarsız sayılması, İddiaçı və X4 arasında 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə ünvan 2 ünvanda yerləşən evə dair miras payın bağışlama müqaviləsi tam etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 2 ünvanda yerləşən evə dair verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışın qismən, ½ hissədə ləğv edilməsi qət edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********59-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi iddiaçının adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
15. Daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********59-10301 olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi İddiaçı və başqalarıdır. Faktiki sahə 0.06907, tikinti altı sahə 0.01904, digər sahələr 0.05003 ha-dır.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03 dekabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı səhəri, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 4 saylı fərdi yaşayış evi tarixsiz olaraq X10 adına ilkin qeydiyyata alınmışdır. Onun vəfatından sonra 23 saylı DNK-nın İ-H-70 saylı, xx.xx.1991-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin fərdi yaşayış evi X3 mülkiyyətinə keçmişdir. 15 saylı NK-nın 2 “V” 34 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və 3M 28 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Miras payın bağışlanma müqaviləsi” əsasında sözügedən mülk İddiaçı adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda saxlanılan 1963-cü il tarixli texniki pasportda olan məlumatlara əsasən bəhs edilən fərdi yaşayış evi yalnız “A” tikilisindən ibarətdir, kiril hərfi ilə qeyd olunan “B” işarəsi isə sözügedən fərdi yaşayış evinə aid olmayan digər tikilinin şaquli proyeksiyasını ifadə edir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 18 fevral 2019-cu il tarixdən Bakı səhəri, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 4 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********59-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.018690 ha yaşayış məntəqəsinin torpaqları ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi ½ hissədə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh6 06 fevral 2009-cu il tarixdən Bakı səhəri, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 4/1 saylı fərdi yaşayış evində qeydiyyatdadır.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyun 2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 ünvanında yerləşən istifadədə olan 0.06907 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.0 kv.m olan fərdi yaşayış evi İddiaçı (1/2 hissə olmaqla) və Cavabdeh1 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir (fərdi yaşayış evinin reyestr nömrəsi **********59-10301). Məhkəmə qərarında qeyd olunan sökülməsi nəzərdə tutulan tikililər (özbaşına tikililər) qeydiyyatdan keçməmişdir. Həmin tikililərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması və tikililərin sökülməsi idarənin səlahiyyətləri xaricindədir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar olaraq bildiririk ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasporta əsasən 0.06907 ha olsa da, faktiki olaraq 0.06319 ha təşkil edir (0.00588 ha azalıb). Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 ünvanında yerləşən istifadədə olan 0.06907 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.0 kv.m olan fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla) və Cavabdeh1 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir. Texniki pasporta əsasən ərazi daxilində tikintialtı sahəsi 253.0 kv.m əlavə tikililər mövcuddur. Qeyd olunan tikililərin 46.6 kv.m hissəsi iddiaçı, qalan 206.4 kv.m hissəsi isə digərləri tərəfindən tikilmişdir. Faktiki göstərilən torpaq sahəsi ilə texniki pasport arasında konfiqurasiya dəyişikliyi və perimetrik ölçülərdə fərqi mövcuddur. Faktiki olaraq göstərilən 0.06319 ha torpaq sahəsinin koordinatlarını və ümumi ərazinin baş planını Sizə göndəririk.
22. 05 may 2025-ci il tarixli yerli müayinə aktından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-12/2025saylı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş ünvan 1-ə yerində müayinə keçirildi. Cavabdehlərə məlumat verilməsinə baxmayaraq, evlərində yox idilər, evlərin qapısı bağlı idi. İddiaçı və onun vəkilnümayəndəsi Vəkil yerli müayinədə iştirak etdilər. Yerli müayinə zamanı müəyyən olundu ki, sözügedən torpaq sahəsində 6 ayrı fərdi ev tikilmişdir. Lakin həmin evlər qanunsuz tikilmişdir və ayrı-ayrı şəxslərə məxsusdur. İddiaçının yaşadığı ev isə bir otaqdan ibarət idi. Müayinə yerində foto çəkilişdən istifadə edilmişdir.
İşin faktiki halları:
23. Məhkəmə iclasında müəyyən olundu ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 4 ünvanında yerləşən 0.06907 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.0 kv.m olan fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla) və Cavabdeh1 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir. Texniki pasporta əsasən ərazi daxilində tikintialtı sahəsi 253.0 kv.m əlavə tikililər mövcuddur. Qeyd olunan tikililərin 46.6 kv.m hissəsi iddiaçı, qalan 206.4 kv.m hissəsi isə cavabdehlər tərəfindən tikilmişdir. Sözügedən torpaq sahəsində ayrı-ayrı zamanlarda (ən son 5 il öncə) 6 ayrı fərdi yaşayış evi tikilmişdir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 18 fevral 2019-cu il tarixdən, Cavabdeh6 isə 06 fevral 2009-cu il tarixdən Bakı səhəri, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 4 saylı fərdi yaşayış evinə rəsmi qeydiyyata alınmışlar. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi ev 4-ün həyətyanı sahəsində Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş 46.6 kv.m tikilinin, eləcə də digər cavabdehlər Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ayri-ayrılıqda zəbt olunmuş qalan 206.4 kv.m torpaq sahəsində özbaşına tikilmiş qanunsuz tikililərin sonuncuların hesabına sökülməsi, cavabdehlər tərəfindən zəbt olunmuş ümumilikdə 253 kv.metr həyətyanı torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əssən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun:
1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
27. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı:
Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı adına ünvan 2 ünvanda yerləşən evə dair verilmiş seriya MA, nömrəsi ******* olan, **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarış qismən ½ hissədə ləğv edilmişdir.
30. Hazırda qüvvədə olan çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən istifadədə olan 0.06907 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.0 kv.m olan fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla) və Cavabdeh1 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir. Reyestr nömrəsi **********59- 10301 olan, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi İddiaçı və başqalarıdır.
31. Göründüyü kimi İddiaçı adına olan ünvan 2 ünvanda yerləşən evə dair verilmiş seriya MA, nömrəsi 0266303, reyestr nömrəsi **********59-10301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarış qismən ½ hissədə ləğv edilmişdir. xx.xx.2011-ci il qeydiyyat tarixli daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********59-10301 olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi İddiaçı və başqalarıdır.
32. İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, İddiaçı adına olan ünvan 2 ünvanda yerləşən evə dair verilmiş MA seriyalı, ******* nömrəli, **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışın qismən ½ hissədə ləğv edilməsi qət edilsə də qətnamədə texniki pasporta heç bir münasibət bildirilməmişdir. Ona görə texniki pasport qüvvədədir və qanunsuz tikili tikmiş cavabdehlər texniki pasport üzrə ona məxsus torpaqdan həmin tikililəri sökərək boşaltmalıdırlar.
33. Beləliklə, İddiaçı adına olan **********59-10301 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarış ləğv olunmuşdursa demək ki, həmin çıxarışa əsasən verilmiş daşınmaz əmlakın **********59-10301 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli texniki pasport da ləğv olunmuşdur.
34. Həmçinin İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən əmlaka tərəflərin ½ payı müəyyən olunsa da, nə ev nə də torpaq sahəsi naturada bölünməmiş və tərəflərin faktiki sahələri müəyyən olunmamışdır.
35. Bunadan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli məktubundan görünür ki, texniki pasporta əsasən ərazi daxilində tikintialtı sahəsi 253.0 kv.m əlavə tikililər mövcuddur. Qeyd olunan tikililərin 46.6 kv.m hissəsi iddiaçı, qalan 206.4 kv.m hissəsi isə cavabdehlər tərəfindən tikilmişdir.
36. Sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən 6 ayrı fərdi yaşayış evi tikilmişdir və iş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, cavabdehlər ünvan 4 ünvanında yerləşən əmlaka rəsmi olaraq qeydiyyata alınmışlar.
37. İddia tələbində iddiaçı Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi ev 4-ün həyətyanı sahəsində Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş 46.6 kv.m tikilinin, eləcə də digər cavabdehlər Cavabdeh2, Vahabov X9, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda zəbt olunmuş qalan 206.4 kv.m torpaq sahəsində özbaşına tikilmiş qanunsuz tikililərin sonuncuların hesabına sökülməsini tələb edir.
38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və yaşayış məntəqələrinin torpaqları İddiaçı və Cavabdeh1 arasında naturada bölünməmişdir. İddiaçı iddia etsə də ki, ona məxsus torpaq sahəsində qanunsuz tikililər tikilmişdir, bunu yetəri qədər sübut edə bilməmişdir. Belə ki, sonuncu çıxarışa əsasən fərdi yaşayış evinə dair İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə payları müəyyən edilsə də torpaq üzərində paylar müəyyən edilməmişdir. Bu səbəbdən sözügedən sökülməsi tələb edilən qanunsuz tikililərin kimin ərazisində tikilməsi müəyyən olunmur.
39. İddia tələbi cavabdehlər tərəfindən zəbt olunmuş ümumilikdə 253 kv.metr həyətyanı torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də təmin edilə bilməz. Çünki bu tələb əsas tələbdən törəmədir və əsas tələb təmin edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir.
40. Odur ki, sadalanan hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
42. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
43. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və cavabdehlərin yaşayış sahələrini boşaltması" tələbinə dair iddiası rədd edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və cavabdehlərin yaşayış sahələrini boşaltması" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova