Məhkəmə qərarları › İş №e-2(007)-1282/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1282/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1282/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi "Gidromaşservis” QSC-nin maraqlı şəxs Cavabdeh qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi "Gidromaşservis” QSC-nin maraqlı şəxs Cavabdeh qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırdı ki, hüquqlarını təmsil etdiyi "xxxx" QSC ilə maraqlı şəxs fərdi sahibkar Cavabdeh arasında 21 noyabr 2019-cu il tarixli 54/19 saylı, 06 may 2019-cu il tarixində isə 18/19 saylı qeyriyaşayış sahəsinin icarəyə götürülməsi haqqında 06 may 2019-cu il tarixli, 18/19 saylı və 21 noyabr 2019-cu il tarixli, 54/19 saylı iki icarə müqaviləsi bağlanıb. 01 noyabr 2022-ci il tarxli 3 saylı əlavəyə əsasən 06 may 2019-cu il tarixli, 18/19 saylı müqaviləyə xitam verilib. 01 dekabr 2021-ci il tarixli 2 saylı əlavəyə əsasən 21 noyabr 2019-cu il tarixli, 54/19 saylı müqaviləyə xitam verilib. 01 oktyabr 2022-ci il tarixli Təhvil-Təslim Aktına əsasən 06 may 2019-cu il tarixli 18/19 saylı müqaviləyə xitam verilib və icarə obyekti təhvil verilib. Bütun yuxarıda qedy edilənlərə baxmayaraq maraqlı şəxs Cavabdeh yuxarıda qeyd edilən icarə obyektlərə dair 54/19 saylı 21 noyabr 2019-cu il tarixli müqavilə üzrə 12630 manat məbləğində, 06 may 2019-cu il tarilxi 18/19 saylı müqavilə üzrə isə 41300 manat məbləğində, ümumilikdə 53930 manat məbləğində ödənilməyən borcu qalıb. Qeyd edilən borcun ödənilməsinə dair "xxxx" QSC mediasiyaya müraciət edib və tərəflər arasında borcun hissə-hissə ödənilməsinə dair razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən maraqlı şəxs X1 carı ilin fevral ayından başlayaraq ödənişlər həyata keçirməli idi, lakin maraqlı şəxs bu günə qədər har-hansı ödəniş etməyib. Buna görə də, məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişlər.Qeyd olunanlara əsasən "Gidromaşservis” QSC ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13- 00282 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri abarədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhərindəki 13 saylı Mediasiya Təşkilatında "xxxx" QSC ilə maraqlı şəxs fərdi sahibkar Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən:

1. 2-ci tərəf, Cavabdeh 21 Noyabr 2019-cu il tarixli 54/19 №-li müqaviləyə əsasən 12 630 (on iki min altı yüz otuz) manat məbləğində və 06 May 2019-cu il tarixli 18/19 №-li müqaviləyə əsasən 41 300 (qırx bir min üç yüz) manat məbləğində yaranmış borcu tam şəkildə qəbul edir.

2. 2-ci tərəf, Cavabdeh 2023-cü ilin fevral ayından başlayaraq 5 ay müddətində hər ay üzrə 1 000 (bir min) manat, növbəti 5 ay müddətində hər ay üzrə 1 500 (bir min beş yüz) manat, növbəti 5 ay müddətində hər ay üzrə 2 000 (iki min) manat, növbəti aylar üzrə isə 2 500 (iki min beş yüz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürür.

3. 2-ci tərəf, Cavabdeh borcun ödənilməsinə 2023-cü ilin fevral ayından başlayır (fevral ayı da daxil olmaqla) və hər ayın 1-20 aralığında ödənişi ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılaşır ki, 2-ci tərəf, Cavabdeh ödənişi İddiaçı QSC'nin mühasibatlığına nağd olaraq ödəyir və ödənişi həyata keçirtdikdən sonra bununla bağlı qəbzi təhvil alır. -Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. -Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərər və birlikdə “Tərəflər” adlandırılacaqdır. -Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. -Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. -Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. -Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. -Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. -Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. -Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. -Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. -Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. -Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. -Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. -Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. -Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: -Bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; -Bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; -Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; -Yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); -Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. -Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görəməsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. -Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. -Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. -Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. -Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. -Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. -Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. -Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Həmin sazişin mətnindən görünür ki, Cavabdeh tərəfindən sazişin icra olunmasına başlama müddəti(ilkin ödəniş) 2023-cü ilin fevral ayından başlayır, 5 ay müddətində hər ay üzrə 1 000 (bir min) manat, növbəti 5 ay müddətində hər ay üzrə 1 500 (bir min beş yüz) manat, növbəti 5 ay müddətində hər ay üzrə 2 000 (iki min) manat, növbəti aylar üzrə isə 2 500 (iki min beş yüz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İşin hallarından görünür ki, Bakı şəhərindəki 13 saylı Mediasiya Təşkilatında "xxxx" QSC ilə maraqlı şəxs fərdi sahibkar Cavabdeh arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır.Həmin sazişin əsas şərtlərinə əsasən:

1. 2-ci tərəf, Cavabdeh 21 Noyabr 2019-cu il tarixli 54/19 №-li müqaviləyə əsasən 12 630 (on iki min altı yüz otuz) manat məbləğində və 06 May 2019-cu il tarixli 18/19 №-li müqaviləyə əsasən 41 300 (qırx bir min üç yüz) manat məbləğində yaranmış borcu tam şəkildə qəbul edir.

2. 2-ci tərəf, Cavabdeh 2023-cü ilin fevral ayından başlayaraq 5 ay müddətində hər ay üzrə 1 000 (bir min) manat, növbəti 5 ay müddətində hər ay üzrə 1 500 (bir min beş yüz) manat, növbəti 5 ay müddətində hər ay üzrə 2 000 (iki min) manat, növbəti aylar üzrə isə 2 500 (iki min beş yüz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürür.

3. 2-ci tərəf, Cavabdeh borcun ödənilməsinə 2023-cü ilin fevral ayından başlayır (fevral ayı da daxil olmaqla) və hər ayın 1-20 aralığında ödənişi ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılaşır ki, 2-ci tərəf, Cavabdeh ödənişi İddiaçı QSC'nin mühasibatlığına nağd olaraq ödəyir və ödənişi həyata keçirtdikdən sonra bununla bağlı qəbzi təhvil alır. Lakin Cavabdeh həmin sazişin icrasına 2023-cü ilin fevral ayından başlamalı olduğu halda bunu etməmiş,1000 manatlıq ilkin ödənişi həyata keçirməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizəni əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Gidromarşservis” QSC ilə maraqlı şəxs fərdi sahibkar Cavabdeh arasında xx.xx.2023cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13-00282 saylı barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar