Məhkəmə qərarları › İş №e-2(007)-1291/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1291/2023

17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1291/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cərimə və cərimə ballarının silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cərimə və cərimə ballarının silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VAZ 21074 markalı, 90BR627 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilən yol hərəkəti qaydalarının pozulmasına görə İddiaçı yazılmış cərimələrin və cərimə ballarının silinməsi üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı barəsində Bakı Şəhəri Nizami Rayon Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, EQ2999991 saylı, xx.xx.2020-ci il tarixli, EQ3188514 saylı, xx.xx.2020-ci il tarixli, EQ3187721 saylı, xx.xx.2020-ci il tarixli, EQ3093984 saylı, xx.xx.2020-ci il tarixli, EQ3139804 saylı, xx.xx.2020-ci il tarixli, EQ3306390 saylı, xx.xx.2020-ci il tarixli, EQ3363972 saylı, xx.xx.2020-ci il tarixli, EQ3200070 saylı, xx.xx.2020-ci il tarixli, EQ3544557 saylı, xx.xx.2020-ci il tarixli, EQ3546234 saylı, xx.xx.2020-ci il tarixli, EQ3577497 saylı, xx.xx.2020-ci il tarixli, EQ3612351 saylı, xx.xx.2020-ci il tarixli, EQ3584411 saylı, xx.xx.2020-ci il tarixli EQ3659492 saylı, xx.xx.2020-ci il tarixli, EQ3669338 saylı, xx.xx.2020-ci il tarixli, EQ3775500 saylı, xx.xx.2020-ci il tarixli, EQ4194645 saylı, xx.xx.2020-ci il tarixli, EQ4334962 saylı, xx.xx.2020-ci il tarixli, EQ4361503 saylı, xx.xx.2020-ci il tarixli, EQ4208990 saylı, xx.xx.2020-ci il tarixli, EQ4402486 saylı, xx.xx.2020-ci il tarixli, EQ4402745 saylı, xx.xx.2020-ci il tarixli, EQ4402429 saylı, xx.xx.2020-ci il tarixli, EQ4402385 saylı, xx.xx.2020-ci il tarixli, EQ4417024 saylı, xx.xx.2020-ci il tarixli, EQ4432349 saylı, xx.xx.2020-ci il tarixli, EQ4452512 saylı, xx.xx.2020-ci il tarixli, EQ4478882 saylı, xx.xx.2020-ci il tarixli, EQ4511574 saylı, xx.xx.2020-ci il tarixli, EQ4566241 saylı, xx.xx.2020-ci il tarixli, EQ4552682 saylı, xx.xx.2020-ci il tarixli, EQ4749720 saylı, xx.xx.2020-ci il tarixli, EQ4718822 saylı, xx.xx.2020-ci il tarixli, EQ4614773 saylı, xx.xx.2020-ci il tarixli, EQ4576539 saylı, xx.xx.2020-ci il tarixli, EQ5257663 saylı, xx.xx.2020-ci il tarixli, EQ5262315 saylı, xx.xx.2020-ci il tarixli, EQ5188640 saylı, xx.xx.2020-ci il tarixli, EQ5258179 saylı, xx.xx.2020-ci il tarixli, EQ5263037 saylı, xx.xx.2020-ci il tarixli, EQ5263038 saylı qərarlar qəbul olunmuşdur. Hazırda İddiaçı inzibati xəta ilə bağlı işə mülki icraat qaydasında baxılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarlarla bağlı yazılmış cərimələrin və cərimə ballarının silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, İddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərarlardan müvafiq birinci instansiya məhkəməsinə inzibati icraat qaydasında şikayət verə bilər və qeyd olunan xarakterli mübahisələrə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cərimə və cərimə ballarının silinməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cərimə və cərimə ballarının silinməsi” tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilsin və ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılsın. İddiaçı izah edilsin ki, inzibati xəta haqqında qərarlardan inzibati icraat qaydasında Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar