Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1291/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ona məxsus mənzilin giriş-çıxışını məhdudlaşdıran hasarların sökülməsi, ona məxsus hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının və kommunal xətlərinin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasına xahiş etmişlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq nöqsanlara yol vermişdir ki, həmin nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılar iddia ərizəsində tələblərini aşağıdakı qaydada ifadə etmişlər: “Xahiş edirəm, mənə məxsus mənzilin giriş-çıxışını məhdudlaşdıran hasarların sökülməsi, mənə məxsus hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının və komunal xətlərin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənmiş dövlət rüsumunun və vəkilə ödədiyim pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarasınız” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Bununla bağlı, məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə 4 nəfər şəxs, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 iddia qaldırmışlar. İş materialları ilə aydın olur ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşir. Həmin mənzil mərhum X1 mülkiyyətindədir. Lakin iddiada əmlakın iddaçılarından birinin mülkiyyətində olduğu qeyd edilib (“mənim mülkiyyətimdədir” şəklində göstərilib). Məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində bəzi halları düzgün göstərməməklə, tələblərini aydın qeyd etməmiş, xahişlərini qeyrimüəyyən ifadə etmişlər. Göründüyü kimi, iddiaçıların tələbi konkret deyil, ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin forma və məzmununa əməl edilmədən tərtib edilmişdir. Beləliklə, hesab edirəm ki, qeyd olunan əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, məhkəməyə müraciət etmək hüququnun olması iddiaçılara izah edilməlidir. Göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1291/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1291/2024
01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver