Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1297/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh 2014-cü il tarixdən tanıyır, birlikdə polis əməkdaşı kimi işləyiblər. Lakin sonradan Natiqin xidmət yeri dəyişdiyi üçün bir müddət münasibətləri kəsilib.Təsadüfən 2020-ci ilin sentyabr ayında rastlaşıblar və bir-birinə telefon nömrələri veriblər. 2020-ci il noyabr ayında Natiq istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən iddiaçının istifadəsində olan 050 ***- **-** nömrəsinə yığıb ondan 350 manat pul istəmiş bir həftəyə qayataracağını bildirmişdir. Həmin ilin sonlarında yenidən görüşmüşlər və cavabdeh bildirmişdir ki, təcili 3500 manat pul lazımdır, əlində işi var onu yekunlaşdırıb qısa vaxt ərzində pulu qaytaracaqdır. İddiaçı Natiqə inanıb həmin məbləği ona verdi. Aradan bir müddət keçdikdən sonra Natiq bildirmişdir ki, bəs o, işi yekunlaşdıra bilmir, 2500 manat da pul lazımdır. Əgər 2500 manat olarsa o, əlindəki işini yekunlaşdırıb pulunu, 6350 manatı birlikdə qaytaracaqdır. İddiaçı buna görə 2021-ci ilin yanvar ayının sonunda 2500 manatı da Natiqə vermişdir. Natiq 10 gün müddətində pulu tam olaraq qaytaracağını bildirmişdir. Natiqin dediyi vaxt başa çatsa da cavabdeh vədinə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək 6350 manatı geri qaytarmamışdır. Bundan sonra barəsində cinayət işinin açılması üçün Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin idarədə araşdırma aparılmış, izahatlar alınmış, Cavabdeh isə izahatında borcunu etiraf etmişdir. Lakin hazırda pulu olmadığını, 2022-ci ilin fevral ayından etibarən hər ay 300-400 olmaqla borcu qaytaracağına söz vermişdir. Lakin hələ də Cavabdeh iddiaçıya olan borcunu qaytarmayıb. Nərimanov RPİ tərəfindən araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilməklə mübahisənin mülki məsələ olması nəzərə alınmış və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 6350 manat borcun və 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X2 “cinayət işinin başlanmasının rədd olunması haqqında” qəbul etdiyi 01 fevral 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, aparılan araşdırma zamanıizahatı alınmış Cavabdeh İddiaçı hissə-hissə 6350 manat aldığını etiraf etmiş ,hər ay 300-400 manat olmaqla borcu qaytaracağını bildirmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə hissə-hissə olmaqla 6350 manat borc pul vermişdir. Cavabdeh 2022ci ilin fevral ayından etibarən hər ay 300-400 olmaqla borcu qaytaracağına söz vermiş,lakin oz vədinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı Cavabdeh 6350 manat borc və 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh 6350 manat borc və 100 manat dövlət rüsumu cəmi 6450 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1297/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1297/2022
01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver