Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1308/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə Cavabdeh MMCyə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən mərhum oğlu X4 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə (işçi vəfat etdikdə) əsasən xitam verilməsi ilə bağlı son haqq-hesab olaraq hesablanmış 1730.19 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "AzTrade” MMC ilə onun mərhum övladı X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən oğlu həmin cəmiyyətdə işə başlamışdır. xx.xx.2022-ci il tarixdə X7 vəfat etmiş və buna görə oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə (işçi vəfat etdikdə) əsasən xitam verilmişdir. İddiaçının oğlu vəfat etdikdən sonra son haqq hesab olaraq ona 1730.19 manat hesablanmış və həmin pul ona ödənilməli olduğu halda cavabdehin təqsiri ucbatından mərhum oğlunun bank hesabına ödənilmişdir. Lakin oğlunun kart hesabı bloklandığından həmin pulu çıxara bilməmişdir. Mərhum oğluna məxsus kart hesabından pulun çıxarılması üçün "xxxx"ın Şəki filialına müraciət etsə də, ona bunun bank sirri təşkil etdiyindən heç bir məlumat verilə bilməyəcəyi bildirilmiş və yenidən Cavabdeh MMC-yə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı bununla bağlı Cavabdeh MMC-yə müraciət edərək mərhum oğluna məxsus son haqq hesab olaraq hesablanmış 1730.19 manatın ona ödənilməsini tələb etsə də, hal-hazıradək cavabdeh iddiaçıya həmin pulu ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş materialları :
3. AZ-İİ seriyalı, 404938 nömrəli, xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd edilmişdir.
4. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1-2022 nömrəli “işdən azad olunma” barədə əmrdən görünür ki, X7 xx.xx.2022-ci il tarixdən cəmiyyətin sürücü köməkçisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən (işçi vəfat edikdə) tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi əmr edilmişdir. Və istifadə edilməmiş əmək məzuniyyətinə görə 8 gün pul əvəzi ödənilməsi əmr edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli elektron müraciət vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat emiş oğlu X4 vəfatı ilə əlaqədar işəgötürən Cavabdeh MMC tərəfindən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ödənilməli olan müavinətin ödənilməməsindən şikayət etmişdir.
6. “MüştəriBank” Korparativ Bank tərəfindən verilən xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən 1.730,19 manat ödəniş edilmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş X4 ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə X1 1.730,19 manat ödəniş edilmişdir. Ümumi hesabda 1872.13 manat pul vardır.
8. X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/2-H- 27084/3/2023 saylı məktubdan görünür ki, İddiaçı övladı X6 vəfatı ilə əlaqədar vərəsələrinə müavinətin ödənilməməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, bundan əvvəl X11 Xidmətinə daxil olmuş müraciətə baxılarkən Cavabdeh MMC tərəfindən X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən X4 vəfatı ilə əlaqədar cəmiyyətin işəgötürəni ilə aralarında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə (işçi vəfat etdikdə) əsasən xitam verildiyi son haqq-hesab olaraq 1730.19 manat hesablandığı və qanunvericiliklə müəyyən edilmiş qaydada bank hesabına ödənildiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, həmin məbləğin 1293.87 manatı işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinətdir. Məktubda həmçinin vətəndaşın qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri İddiaçı və X10 olan xx.xx.1998-ci il təvəllüdlü Sayıq Sayıqzadənin və xx.xx.1997-ci il təvəllüdlü Aygül Sadıqzadənin doğumunun Şəki rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı məlum olmuşdur. xx.xx.2022-ci ildə vəfat etmiş S.Sayıqzadənin ölümü xx.xx.2022-ci ildə, xx.xx.2011-ci ildə vəfat etmiş İ.Həmidovanın ölümünün isə xx.xx.2011-ci ildə həmin qeydiyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmçinin araşdırma ilə Sayıq Sayıqzadənin xx.xx.2021 -ci ildə Şəki “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2003-cü il təvəllüdlü Şəkər Əyyubova (Sayıqzadə) ilə nikaha daxil olduğu, həmin nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Səid Sayıqzadənin doğumunun sözügedən qeydiyyat şöbəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.
10. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 37.31 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi arayışlardan da görünür ki, haqqhesab cədvəli DSMF-yə göndərilmədiyi üçün dəfn üçün müavinət pulunu ala bilmir. Cavabdeh onu aldatmışdır. Cavabdeh tərəfindən son haqq-hesab pulu DSMF-yə vurulmadığı üçün haqq-hesab cədvəli geri qaytarılmışdır. İddiaçı şəxsiyyət vəsiqəsini, mərhumun ölüm haqqında şəhadətnaməsini təqdim etsə də, ona dəfn üçün müavinət verilmir. Vərəsəlik şəhadətnaməsini almaq üçün 6 ay gözləmək istəmir. Əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, oğlunun həyat yoldaşı ilə birlikdə şirkətə yaxınlaşmışdır. Şirkətdə ona bildirmişlər ki, pul oğlunun kartına köçürülmüşdür. O, pulu almaq üçün "xxxx"a yaxınlaşmışdır. Lakin ona "xxxx"dan pulu verilməmiş və bildirilmişdir ki, bunun üçün vərəsəlik şəhadətnaməsi almalı, 6 aylıq müddəti gözləməlidir. Qeyd etmişdir ki, nə üçün oğlunun ölümü ilə bağlı verilməli olan pulu almaq üçün vərəsəlik şəhadətnaməsi almalı, 6 ay gözləməlidir. Cavabdeh səhv edib. Cavabdeh pulu kart hesabına köçürməli deyildi. Pul ona verilməli idi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı qeyd edir ki, sənədlər təqdim olunub, lakin DSMF-dən imtina cavabı alınmışdır. DSFM tərəfindən tələb olunan sənədlərin siyahısı var. Cavabdeh MMC-nin HR-sı Şəbnəm xanım tərəfindən iddiaçıya həmin sənədlərin siyahısı təqdim edilmişdir. Həmin sənədlərdən 1-2-si əksikdir. İddiaçı tərəfindən bələdiyyə sənədi, vərəsənin bank rekvizitləri təqdim edilmədiyi üçün DSMF-yə sənədləri göndərə bilməmişlər. Əksik olan sənədlər təqdim edilsə, DSMFyə göndəriləcək və o zaman iddiaçı dəfn üçün müavinət pulunu ala biləcək. Banka köçürülən pul ilə bağlı isə qeyd etmişdir ki, həmin pul vəsaitini onlar geri çəkə bilmirlər. İddaçı vərəsəlik şəhadətnaməsini alsa, bankdakı pulu gedib götürə bilər. Əvvəlki məhkəmə iclasında verdiyi izahatında isə bildirmişdir ki, son haqq-hesab əmr verildiyi gün verilməli olduğundan işçinin kart hesabına köçürülmüşdür. Şəxsin vəfatı ilə bağlı verilən müavinət isə iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etmədiyi üçün verilməmiş və kart hesabına köçürülmüşdür. Qeyd etmişdir ki, həmin pul vəsaiti bankdan geri qaytarılsa və ya ümumiyyətlə karta köçürülməsə idi belə iddiaçıya əlbəəl verilməyəcəkdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və Cavabdeh MMC tərəfindən son haqq-hesab olaraq ödənilmiş 1730.19 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı övladı X7 09 oktyabr 2022-ci il tarixdə ölmüşdür.
15. Ölümündən sonra əmək müqaviləsinə işçinin vəfatı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə **********1-2022 nömrəli əmr ilə xitam verilmişdir.
16. Əmək müqaviləsinə xitam verildikdən sonra xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən işçinin kart hesabına 1730.19 manat pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaitinin 1293.87 manatı işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən məbləğ, 436.32 manat isə son haqq-hesab olaraq köçürülmüşdür.
17. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almadığı üçün "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin X2 hesabına köçürülmüş vəsaiti verməkdən imtina edilmişdir.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2 iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :
68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: d) tərəflərin iradəsindən asılı olmayan hallar; 74.1 Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. 74.1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. 77.7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 174.1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 174.2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin :
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1249. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
24. İddiaçı Cavabdeh MMC-yə qarşı olan “pul” tələbini Cavabdeh MMC tərəfindən vəfat etmiş oğlu X2 hesabına köçürülən 1.730.19 manat son haqq-hesab məbləğinin ona ödənilməli olması ilə əsaslandırmışdır.
25. Məhkəmə ilk növbədə iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.
26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
27. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyə əsasən əmək müqaviləsi işəgötürən ilə işçi arasında fərdi qaydada, sərbəst surətdə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmə əsasları öz əksini tapmışdır. Onlardan biri də tərəflərin iradəsindən asılı olmayan hallardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsində “tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilmə əsasları” sadalanır ki, həmin əsaslardan biri də işçinin vəfatıdır.
30. İşin məhkəmə tərəfindən araşdırılan faktiki hallarından görünür ki, İddiaçı oğlu X7 ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin "e" bəndinə əsasən (işçinin vəfatı ilə əlaqədar) xitam verilmişdir. X3 tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə 8 gün pul əvəzinin ödənilməsi əmr edilmişdir.
31. Cavabdeh MMC tərəfindən 28 oktyabr 2022-ci il tarixdə 1730.19 manat məbləğində pul vəsaiti son haqq-hesab olaraq X2 hesabına köçürülmüşdür.
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
33. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
34. İşin faktiki hallarından göründüyü kimi mübahisəli vəsaitin X2 hesabına köçürülməsi əsasları fərqlidir.
35. Məhkəmə son haqq-hesab olaraq ödənilmiş 436.32 manat pul vəsaiti ilə bağlı qeyd edir ki, işəgötürən olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə 8 gün pul əvəzinin ödənilməsi əmr edilmişdir.
36. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə əmək haqqı (391.37 manat) ödənişi həyata keçirilmiş və o, xx.xx.2022-ci il tarixdə ölmüşdür.
37. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrdən ibarətdir.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, X2 hesabına köçürülmuş 436.32 manat məbləğində pul vəsaiti istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanaq ödənilmiş məbləğdir.
39. Məhkəmə qeyd edir ki, ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə keçir (MM 1133m). Qanunüzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəzsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM 1133.2m). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir (MM 1151.1m). Qanun üzrə vərəsələrdən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
40. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə qeyd edir ki, 436.32 manat məbləğində pul vəsaiti miras əmlak kimi qiymətləndirilməlidir. Belə ki, həmin pul vəsaiti X4 miras aktivinə daxil olmuş, onun həmin pul vəsaitini cavabdehdən tələb etmək hüququ olmuşdur.
41. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə əsasən X2 hesabına köçürülən 1293.87 manat pul vəsaiti ilə bağlı məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən həmin vəsait vəfat edən işçinin vərəsələrinə ödənilməli olan orta aylıq əmək haqqının 3 misli miqdarında olan müavinətdir.
42. Məhkəmə qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
43. İşçinin vəfatı ilə əlaqədar ödənilən orta aylıq əmək haqqının 3 misli miqdarında olan 1293.87 manat məbləğində müavinət isə onun vərəsələrinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
44. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X4 atası (iddiaçı) İddiaçı, arvadı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Əyyubova (Sayıqzadə) Şəkər və uşağı Səid Sayıqzadə onun qanun üzrə birinci növbə vərəsələridir.
45. İşin məhkəmə tərəfindən arardırılan halları ilə müəyyən edilmişdir ki, X7 barəsində vərəsəlik işi açılmamış, İddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsi alınmamışdır.
46. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək işin məhkəmə tədqiq edilmiş hallarına əsasən qeyd edir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır.
47. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı oğlu X4 vəfatından sonra cavabdeh tərəfindən oğlunun kart hesabına köçürülmüş vəsaitin əldə edilməsi üçün Cavabdeh MMC-yə, "xxxx" ASC-yə, X11 Xidmətinə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsi alınmadığı üçün mübahisəli pul vəsaiti Cavabdeh MMC və "xxxx" ASC tərəfindən ödənilməmişdir.
48. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
49. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.
50. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.
51. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
52. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
53. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
54. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
55. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
56. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə İddiaçı pul vəsaitini əldə etməyə yönəlmiş hərəkətlərini mirasın faktiki qəbuluna yönəlmiş hərəkətlər olaraq qiymətləndirir.
57. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmədə iddia qaldırmaq hüququ olmasına baxmayaraq məhkəmə hesab edir ki, onun hazırki iddia tələbi təmin edilə bilməz.
58. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən son haqq-hesab məbləği olan 436.32 manat məbləğində pul vəsaiti və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən 1293.87 manat məbləğində pul vəsaiti X2 hesabına köçürülmüşdür.
59. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər
60. Belə olan halda məhkəmə qeyd edir ki, işəgötürən olan Cavabdeh MMC tərəfindən 436.32 manat məbləğində pul vəsaitinin əmək müqaviləsinə xitam verildikdən (xx.xx.2022ci il) sonra xx.xx.2022-ci il tarixdə də vəfat edən işçinin kart hesabına köçürülməsi son haqq-hesabın ödənilməsi müddəti ilə bağlı qanunvericinin tələbindən irəli gəlmişdir.
61. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki. son haqq-hesab işçiyə əmək müqaviləsinə xitam verildikdə sonuncu iş günü verilməli olduğundan və onlarda isə vərəsələr ilə bağlı məlumat olmadığından həmin vəsait X4 plastik kart hesabına köçürülmüşdür.
62. Məhkəmə vəfat edən işçinin vərəsələrinə ödənilməli olan 1293.87 manat məbləğində vəsaitin işçinin kart hesabına köçürülməsi ilə bağlı isə qeyd edir ki, işəgötürən olan cavabdeh tərəfindən vəfat edən işçinin vərəsələri olub-olmadığı müəyyən edilmədən həmin vəsaitin kart hesabına köçürülməsi pozuntu olsa da, işəgötürən olan cavabdehin üzərinə həmin vəsaitin təkrar ödənilməsinə dair öhdəlik qoyulması, həmin vəsaitin yenidən cavabdehdən tutulması üçün əsas deyil.
63. Belə ki, qanunvericinin tələbinə əsasən həmin vəsait vəfat edən işçinin vərəsələrinə verilməlidir. Belə olan halda isə, Cavabdeh MMC tərəfindən ilk öncə vərəsələrin olub-olmaması və ya varsa, kimlər olması müəyyən edilməli idi. Lakin işin görünən halı odur ki, cavabdeh tərəfindən vərəsələr müəyyən edilmədən müavinət işçinin kart hesabına köçürmüşdür.
64. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən həmin vəsaitin işçinin kart hesabına köçürülməsi, onun öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmadığını göstərir.
65. Bu zaman cavabdehin məqsədinə də nəzər yetirmək lazımdır. Belə ki, cavabdeh tərəfindən həmin vəsaitin işçinin kart hesabına köçürülməsi zamanı təbiki həmin kart sahibinin vəfat etməsindən məlumatlı idi. Onun məqsədi həmin vəsaitin onun ailə üzvləri tərəfindən götürülməsi olmuşdur.
66. İşin araşdırılan hallarından görünür ki, iddiaçı vərəsəlik şəhadətnaməsi almadığı üçün Sayıqzadə Sayığın kart hesabına köçürülmüş vəsait "xxxx" ASC tərəfindən verilməmişdir.
67. İddiaçı məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, o, "xxxx" ASC-yə müraciət etdikdə bank tərəfindən 6 aylıq müddət keçmədiyi və o, vərəsəlik şəhadətnaməsi almadığı üçün pul vəsaiti ona verilməmişdir. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, oğluna verilməli olan pulu almaq üçün nə üçün 6 ay gözləməli və gedib vərəsəlik şəhadətnaməsi almalıdır. Cavabdeh tərəfindən həmin pul vəsaiti ona verilməli idi, karta köçürülməli deyildi. Bu səbəbdən cavabdehə qarşı iddia qaldırmışdır.
68. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, pul Sayıqzadə Sayığın kart hesabına köçürülməsə idi belə, İddiaçı vərəsəlik şəhadətnaməsi olmadan həmin vəsait ona verilməyəcəkdi. Çünki onlarda başqa vərəsə olub-olmaması barədə məlumat yoxdur.
69. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almadan vəsaitin əldə edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Halbuki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etsə idi, bankdan həmin vəsaiti asanlıqla əldə edə bilərdi. Bunu da qeyd etmək zəruridir ki, iddiaçı hər bir halda, istər vəfat edən oğluna ödənilən müavinət və son haqq-hesabı nağd formasında işəgötürən tərəfindən ona ödənilməsini tələb etdik də, istərsə də, artıq vəfat etmiş oğlunun kart hesabına köçürülmüş vəsaiti tələb etdik də, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim etməlidir.
70. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki mübahisə predmeti olan pul vəsaiti Sayıqzadə Sayığın "xxxx" ASC-də olan hesabındadır. Belə olan halda, iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə almaq ilə həmin pul vəsaitini əldə edə bilər.
71. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən ödənilmiş pul vəsaitinin işçinin vərəsələrini müəyyənləşdirmədən birbaşa kart hesabına köçürülməsi zamanı pozuntuya yol verilməsi, hazırki iddia tələbi daxilində işə baxan məhkəmə üçün iddia tələbinin təmin edilməsi üçün əsas deyil.
72. Belə olduqda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı olan “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir.
73. Məhkəmə əlavə olaraq iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, mərhum oğlunun dəfn xərcləri üçün vəsaitin cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı (cavabdeh iddia tələbi irəli sürməsə də mübahisələndirirdi) qeyd edir ki, qanunvericiliyin tələbinə görə dəfn üçün müavinət sosial müavinət kimi müəyyən edilmişdir. Bu müavinətin işəgötürən tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilən sosial müavinətin alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir.
Məhkəmə xərcləri :
74. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 37.31 manat dövlət rüsumu ödənilmişdir.
75. İddia tələbi rədd edildiyi üçün Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
76. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçının Cavabdeh MMC-yə qarşı “pul”nə dair iddia tələbi təmin edilməməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə Cavabdeh MMCyə qarşı 1730.19 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva