Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1334/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 12.06.2012-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən “borc verən” İddiaçı"xxxx" MMC-nin Əmlak Məsələləri Dövlət Komitəsində torpağın özəlləşdirilməsi məqsədi ilə 92.000 manat (doxsan iki min) məbləğində pul vəsaitini “borc alan” Cavabdeh MMC-yə verir, “borc alan” Cavabdeh MMC isə Əmlak Məsələləri Dövlət Komitəsində torpağın özəlləşdirilməsi məqsədi ilə 92.000 manat (doxsan iki min) məbləğində borc pulu götürərək müqavilənin şərtlərinə uyğun olaraq “borc verən” İddiaçı 12 iyun 2019-cu ilədək qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Borc müqaviləsindən də göründüyü kimi borc məbləği 12 iyun 2019-cu ilədək qaytarılmalı idi. Lakin həmin müddətdən xeyli müddətin keçməsinə baxmayaraq, borc alan tərəfindən heç bir ödəniş olunmamışdır. Göründüyü kimi, borc alan borc verənin pulunu mənimsəmişdir və hal-hazıradək də geri qaytarmamışdır. Qeyd olunanlara əsasən, Cavabdeh MMC-dən 12.06.2012-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 92.000 manat (doxsan iki min) məbləğində əsas borcun, ödənilmiş 366 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12.06.2012-ci il tarixli borc müqaviləs üzrə yaranmış 414.393,09 (dörd yüz on dörd min üç yüz doxsan üç ABŞ dolları, doqquz sent) ABŞ dolları məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 46.000 (qırx altı min) manat məbləğində pulun, ödənilmiş 366 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, İddiaçı ilə "Kommunal Məişət Xidməti” MMC arasında 12.06.2012-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən "borc verən” İddiaçı "Kommunal Məişət Xidməti” MMC-nin Əmlak Məsələləri Dövlət Komitəsində torpağın özəlləşdirilməsi məqsədi ilə 92.000 manat məbləğində pul vəsaitini "borc alan” "Kommunal Məişət Xidməti” MMC-yə verir, "borc alan” "Kommunal Məişət Xidməti” MMC isə Əmlak Məsələləri Dövlət Komitəsində torpağın özəlləşdirilməsi məqsədi 92.000 manat məbləğində borc pulu götürərək müqavilənin şərtlərinə uyğun olaraq "borc verən” İddiaçı 12 iyun 2019-cu ilədək qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Borc müqaviləsindən də göründüyü kimi borc məbləği 12 iyun 2019-cu ilədək qaytarılmalı idi. Eyni zamanda aralarında qarşılıqlı üzləşmə aktı tərtib olunub. Lakin həmin müddətdən xeyli müddətin keçməsinə baxmayaraq, borc alan tərəfindən heç bir ödəniş olunmamışdır. Göründüyü kimi, Cəmiyyət iddiaçının pulunu mənimsəmişdir və hal-hazıradək də geri qaytarmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddianı qəbul edir, 2010-cu ildə MMC-nin direktorudur. İddiaçı isə MMC-nin təsisçisi olmuşdur. Tərəflər arasında torpağın özəlləşdirilməsi məqsədilə borc müqaviləsi bağlanmışdır və həmin pul məbləği torpağın özəlləşdirilməsi üçün xərclənmişdir. Torpağı özəlləşdirməkdə məqsəd orada bazar tikmək və daha yüksək gəlir əldə etmək olmuşdur, yəni Cəmiyyətin maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyirdilər. Mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 16 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə edilməsi məqsədilə məhkəmə icıasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə 20 may 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə etməyin mümkün olmadığını, 20 may 2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Cavabdeh Nizamnaməsindən görünür ki, İddiaçı MMC-nin təsisçilərindən biridir və Nizamnaməni MMC-nin təsisçiləri tərəfindən İddiaçı 29.05.2008-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X4 imzalamışdır. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış çıxarışla müəyyən edilmişdir ki, İddiaçı VÖEN-i mövcuddur və həmin VÖEN əsasında o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Məhkəmə mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qənaətinə ona görə gəlmişdir ki, iş materiallarında olan Cavabdeh Nizamnaməsinə əsasən İddiaçı MMC-nin təsisçilərindən biridir və Nizamnaməni MMC-nin təsisçiləri tərəfindən İddiaçı 29.05.2008-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X4 imzalamışdır. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış çıxarışla müəyyən edilmişdir ki, İddiaçı VÖEN-i mövcuddur və həmin VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bundan başqa, məhkəmə proseslərində məlum olmuşdur ki, tərəflər arasındakı müqavilə kommersiya(sahibkarlıq) məqsədilə bağlanılmışdır. Belə ki, cavabdehin nümayəndəsi bildirdi ki, tərəflər arasında torpağın özəlləşdirilməsi məqsədilə borc müqaviləsi bağlanmışdır və həmin pul məbləği torpağın özəlləşdirilməsi üçün xərclənmişdir. Torpağı özəlləşdirməkdə məqsəd orada bazar tikmək və daha yüksək gəlir əldə etmək olmuşdur, yəni Cəmiyyətin maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyirdilər. Belə olan halda, tərəflər arasında müqavilə kommersiya məqsədilə bağlanıldığından, mübahisənin tərəfləri Məhdud Məsuliyyətli Cəmiyyət və VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan mübahisə kommersiya mübahisəsidir və ümumi məhkəmədə baxılması yol verilməz haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair e-2(007)-1334/2022 saylı mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 32 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair e-2(007)-1334/2022 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1334/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1334/2022
20.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver