Məhkəmə qərarları › İş №e-2(007)-1349/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1349/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1349/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb edilməklə “uşaqla ünsiyyətdə yaranan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb edilməklə “uşaqla ünsiyyətdə yaranan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə iddiaçılar - İddiaçı2 və İddiaçı1 nəvələri İddiaçı1 Nicat qızı ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olmalarına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğulları Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan xx.xx.2018-ci il tarixdə İddiaçı1 Nicat qızı adlı övladları dünyaya gəlmişdir. Oğulları ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulmuşdur. Hal-hazırda ailə faktiki olaraq mövcud deyildir. Belə ki, cavabdeh onları nəvələri İddiaçı1 Nicat qızı ilə ünsiyyət qurmağa, onu görməyə mane olaraq imkan, şərait yaratmadığından, onu görməkdən məhrum edildiklərindən ərizə ilə rəsmi qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişlər. Müraciətlərinə baxıldıqdan sonra üçüncü şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, 07 saylı Protokolundan Çıxarışa əsasən onların nəvələri İddiaçı1 Nicat qızı ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü saat 10:00 dan saat 16:00-dək baba və nənənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında görüş vaxtı verilməsi qərara alınmışdır. Məhz bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh nəvələri ilə görüşmələrinə imkan vermişdir. Lakin, xx.xx.2022-ci il tarixdə nəvələrilə görüşmək istəsələrdə imkan verməmişdir. Onların isə qanunvericiliyin tələblərinə əsasən baba və nənə kimi nəvələri ilə ünsiyyət qurmaq hüquqları vardır. Onlar nəvələri ilə ünsiyyətdə olmaq, onunla görüşmək, vaxtlarının müəyyən hissəsini ona sərf etmək istəyirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onlar Yasamal rayonunda, cavabdeh isə Keşlə qəsəbəsində yaşayır. Onlara da görüş üçün 3 saat vaxt verilmişdir, onlar da 3 saatı yolda keçirirlər, tıxac olur, 40 dəqiqə yoldur. Cavabdeh Elmira uşaqla görüşməyə imkan vermir, uşaqla görüşə maneə yaradır. Onlara deyirlər ki, gəl evdə uşaqla görüş, evdə isə onları cavbadehin valideynləri təhqir edirlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Nəbiyeva X1 şənbə günləri 12:00-dən 18:00-dək görüşə etiraz etiraz etmədiyini, baba və nənənin uşaqla görüşünə pis baxmadığını və qalmamaq şərti ilə uşaqla görüşə biləcəklərini, uşağın 4 yaşı olduğunu qeyd etmişdir. O əlavə olaraq bildirmişdir ki, əvvəlcə uşaqla görüşə maneə olmurdu. Sonra o, hikahın pozulmasına dair məhkəmyə ərizə verdikdə iddiaçı heç bir hərəkət etməmiş, heç maraqlanmamış, ona görə onların uşaqla görüşməsini istəməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X2 iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 saylı Protokolundan Çıxarışdan görünür ki, Komissiya tərəfindən İddiaçı1 və İddiaçı2 nəvələri İddiaçı1 Nicat qızı ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü saat 10:00 dan saat 16:00-dək baba və nənənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında görüş vaxtı verilməsi qərara alınmışdır. - Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Nəbı̇ yeva Elmı̇ ra Nazı̇ m qızı ilə Nəbı̇ yev Nı̇ cat Zakı̇ r oğlu arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində bağlanılımış və 399 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü Nəbı̇ yeva Maral Nicat qızının anası Nəbı̇ yeva Elmı̇ ra Nazı̇ m qızının yanında saxlanılması, Nəbı̇ yev Nı̇ cat Zakı̇ r oğlundan xx.xx.2018-ci il təvəllüdlü Nəbı̇ yeva Maral Nicat qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlanılmaqla hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıların oğlu Nümayəndə Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində qeyd etdirməklə birgə nikaha daxil olmuşdur. Yaşadıqları nigah müddətində bir övladları,yəni iddiaçıların nəvəsi İddiaçı1 Nicat qızı xx.xx.2018-ci il tarixində dünyaya gəlmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə oğlu və cavabdeh arasında bağlanmış nikahın pozulması, uşağın anası ilə qalması və hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 saylı Protokoluna əsasən Komissiya tərəfindən İddiaçı1 və İddiaçı2 nəvələri İddiaçı1 Nicat qızı ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü saat 10:00 dan saat 16:00-dək baba və nənənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında görüş vaxtı verilməsi qərara alınmışdır. Hazırda İddiaçı1 və İddiaçı2 uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 10-cu maddəsinə əsasən, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Həmin qərarın 4-cü bəndinə əsasən Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Nümayəndə ilə Cavabdeh münasibətləri pozulduqdan və birgə nikahlarından olan azyaşlı İddiaçı1 Nicat qızı anasının yanında yaşadığı üçün iddiaçılar nəvələri ilə görüş hüququnun təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müvafiq görüş vaxtı verilməsi qərara alınmışdır. Həmin qərar olmasına baxmayaraq cavabdeh iddiaçı ilə nəvəsinin görüşməsinə mane olmuşdur. İddiaçı Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mübahisənin məhkəmə tərəfindən həll edilməsi üçün müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisə üzrə araşdırma aparmış Qəyyumluq və Himayəçilik Komissiyası, uşağın mənafeyini nəzərə alaraq İddiaçı1 və İddiaçı2 nəvəsi İddiaçı1 Nicat qızı ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00 dan saat 16:00-dək görüş vaxtı kimi müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, Komissiyanın rəyini nəzərə alaraq və qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, uşağın yaşı, səhhəti, nəzərə alınmaqla, iddiaçılar İddiaçı1 və İddiaçı2 uşaqla hər həftənin şənbə günüsaat 11:00 dan saat 16:00-dək görüş vaxtı kimi müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Nəbı̇ yeva Maral Əlı̇ məmməd qızına və Nəbı̇ yev Zakı̇ r Qardaşbala oğluna nəvələri xx.xx.2018-ci il təvəllüdlü Nəbı̇ yeva Maral Nicat qızı ilə ünsiyyət saxlaması üçün hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüş günü təyin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nəbı̇ yeva Maral Əlı̇ məmməd qızına və Nəbı̇ yev Zakı̇ r Qardaşbala oğluna nəvələri xx.xx.2018-ci il təvəllüdlü Nəbı̇ yeva Maral Nicat qızı ilə ünsiyyət saxlaması üçün hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüş günü təyin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar