Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1350/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə qarşı “inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə qarşı “inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfidən qəbuledilmiş 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini, barəsində olan 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimənin və 4 (dörd) balın Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən silinməsi üçün qəbul ediləcək məhkəmə qərarının əsas olması həmin qərarda qeyd edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı barəsində BPİ DYPİ tərəfindən 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Hazırda İddiaçı inzibati xəta ilə bağlı işə mülki icraat qaydasında baxılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi, qərarla bağlı yazılmış cərimənin və cərimə ballarının silinməsini, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, İddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərardan müvafiq birinci instansiya məhkəməsinə inzibati icraat qaydasında şikayət verə bilər və qeyd olunan xarakterli mübahisələrə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cərimə və cərimə ballarının silinməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə qarşı “inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və s.” tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, inzibati xəta haqqında qərarlardan inzibati icraat qaydasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1350/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1350/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver