Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1374/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər "xxxx" MMC-nin rəhbəri X2 və Seyidova Föqanə M.Tağı qızına qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi, cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nin rəhbəri X2 və Seyidova Föqanə M.Tağı qızına qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi, cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində N 08-76/22 nömrəli Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi ekspert rəyinin etibarsız hesab edilməsini, "xxxx" MMC-nin direktoru - X1, "xxxx" MMC-in mühasibi - Seyidova Föqanə M.Tağı qızının CM-in 297.1 və 308.1 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində N 08-76/22 nömrəli Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi ekspert rəyinin, "xxxx" MMC-nin direktoru - X1, "xxxx" MMC-in mühasibi - Seyidova Föqanə M.Tağı qızının CM-in 297.1 və 308.1 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barəsində xüsusi qərar çıxarılması təşkil edir, qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-49/2022 nömrəli qətnaməsində "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, N 08-76/22 nömrəli ekspert rəyinə istinad olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, N 08-76/22 nömrəli ekspert rəyinə mötəbər sübut kimi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ekspertin rəyindən narazı olması məsələsi ayrıca icraatda deyil Yasamal Rayon Məhkəməsində işə baxılarkən həll olunmalı məsələ idi. Həmçinin qanunverici iddiaçıya konstitusion hüququ olan məhkəməyə təkrar müraciət hüququ vermişdir. Belə ki, qətnamədən narazı qalan İddiaçı Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-49/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilərdi. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-nin rəhbəri X2 və Seyidova Föqanə M.Tağı qızına qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi, cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1374/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1374/2023
31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver