Məhkəmə qərarları › İş №e-2(007)-1405/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1405/2024

11.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1405/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi İddiaçı Cavabdeh qarşı şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraicət edərək, ona dəymiş maddi ziyanın qarşılanmasını xahiş etmiş, avtomobilin üzərində olan mühərrik nömrəsini texniki pasporta olan mühərrik nömrəsi ilə uyğunsuz olduğundan avtomobili sata bilmədiyini, bunun üçün DYP mühərrikin üzərində olan nömrəni avtomobilin texniki pasportunda qeydə almalı olduğunu, belə bir sənəd verə bilinməyəcəksə buna görə gələcəkdə ona dəyəcək maddi zərərin qarşılanması qeyd etmişdir. Şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən müvafiq nöqsanlara yol vermişdir ki, həmin nöqsanlar aradan qaldırılmadan ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, hazırkı ərizə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olsa da, ərizəçi müraciətini Bakı İnzibati Məhkəməsinə ünvanlamış, həmçinin iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, özünü ərizəçi kimi (iddiaçı kimi deyil) göstərərək, şikayət ərizəsi ilə (iddia ərizəsi ilə deyil) məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də ərizəçi məhkəməyə düzgün qaydada müraicət etməmişdir. Ərizəçi ərizəsində tələbini aşağıdakı qaydada ifadə etmişdir: “Xahiş edirəm, mənə dəymiş maddi ziyan qarşılansın. Hansı ki, mühərrik alınarkən 1925 AZN ödənilmişdir. Bu məbləğ geri ödənilsin. Avtomobilimin üzərində olan mühərrik nömrəsini texniki pasporta olan mühərrik nömrəsi ilə uyğunsuz olduğundan avtomobili sata bilmirəm. Bunun üçün DYP mühərriyin üzərində olan nömrəni avtomobilin texniki pasportunda qeydə almalıdır. Belə bir sənəd verə bilinməyəksə buna görə gələcəkdə mənə dəyəcək maddi zərərin qarşılanması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Bununla bağlı, məhkəmə qeyd edir ki, ərizəçi xahişini düzgün ifadə etməməmiş, cavabdehə qarşı yönəlmiş tələbini konkret və aydın şəkildə göstərməmişdir. Göründüyü kimi, ərizəçinin tələbi konkret deyil, ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin forma və məzmununa əməl edilmədən tərtib edilmişdir. Beləliklə, hesab edirəm ki, qeyd olunan əsaslara görə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar