Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1445/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona 1925 AZN məbləğin, avtomobilə yeni texniki pasport alınması üçün xüsusi razılıq sənədinin cavabdeh tərəfindən verilməsi üçün qətnamə çıxararılmasını, belə bir sənəd verə bilinməyəcəksə 1000 AZN məbləğində təzminatın ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən (Leyla və Kremlin Hall şadlıq sarayının arasında, eyni sırada LEXUS adlı mağaza) ehtiyat hissələri mağazasından avtomobili (Toyota Camry - **-KJ-*** qeydiyyat nişanlı) üçün xx.xx.2022-ci il tarixində ümumi dəyəri 1925 AZN təşkil edən mühərrik alıb. Mühərrikin dəyişdirilməsi orada icra edilib. O, mühərriki telefon vasitəsi ilə Şəhriyar adlı şəxsin təşəbbüsü ilə alıb. Yəni bu mağazanın onun tərəfindən işlədildiyini və daha əvvəllər bu mağazada onu gördüyündən və burada müdür olduğunu bildiyindən mühərrikin alınması üçün ilkin olaraq ona müraciət edib. Cavabdeh isə, “Mən xaricdəyəm” bildirərək mağazaya yaxınlaşmasını və mühərriyi oradan alacağını bildirib. Bundan sonra o, mağazada Aqil adlı şəxslə əlaqə qurmağa başlayıb və maşını tam Aqil adlı şəxsdən təhvil aldıqdan sonra ödənişi hansı formada icra edəcəyini soruşub. Ona cavabdehə məxsus şəxsi kart hesabına köçürə biləcəyini bildiririb (4169 7377 0755 0840 – Kapitalbank). O, nəzərdə tutulmuş məbləği qeyd edilən karta köçürüb. Mühərrik təhvil verilərkən 10000 km məsafə sürülərkən hər hansısa problem yaranacaqsa, bunun qarşılanması şifahi şəkildə razılaşdırılıb. Yəni zəmanət verilib. Lakin 8000 km sürüldükdən sonra avtomobildən yağ axmağa başlayıb. Dəfələrlə Şəhriyara və Aqilə bununla bağlı müraciət etsə də, ona “yaxın vaxtlarda baxarıq” deyərək üzərlərindən atıblar. Hətta 3 gün maşını onların mağazasının qarşısında saxlayıb getsə də, avtomobili təmir etməyiblər. Bundan sonra xx.xx.2023-cü il tarixində o, yeni mühərrik alaraq onlara məxsus mühərriyi aparıb mağazanın qarşına qoyub və özlərinə təhvil verib. Aqil isə bildirib ki tezliklə mühərrik düzəldilərək satılacaq və onun ödənişi geri qaytarilacaqdır. Baxmayaraq ki, artıq 4 ay keçib, hələ də pul geri ödənilməyib. Mühərrik dəyişdirilərkən sənəd yaxud hər hansı bir kassa qəbzi ona təqdim edilməyib. Bunun üçün ayrıca Vergilər Nazirliyinə müraciət etsə də, Vergilər Nazirliyində müraicəti təmin edilməyib. Bildirir ki, mühərrik ona satılarkən, DYP-də qeydiyyata alınması üçün cavabdeh ona xüsusi icazə sənədi verməli idi. Bu sənəd əsasında DYP maşının texniki pasportunu yeniləməli idi. Hansı ki, yeni mühərrikin nömrəsi maşının texniki pasportunun üzərində əks edilməli idi. Bu sənəd ona təqdim edilməyib. Eyni zamanda bununla bağlı DİN-ə 10 dəfəyə yaxın online qaydada müraciət etsə də, 1 ilə yaxın bununla bağlı ona geri dönüş olmayıb. Yalnız xx.xx.2024-cü il tarixində bir dəfə 34 nömrəli bölməyə dəvət olunaraq, şikayət ərizəsi yenidən yazılıb. Sonradan dəfələrlə yenidən bölməyə müraciət etsə də, Cavabdeh ölkədə olmadığı bildirilib. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, cavabdehdən 1925 AZN məbləğin geri ödənilməsi və avtomobilin ilkin üzərində olan yararsız mühərrəkə görə 1000 manat kompensasiyanın ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X2 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X4 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahat verərək bildirmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun işlədiyi mağazadan mühərrik alıb. Mağazanın adı “LEXUS Servis”dir. Aqil adlı şəxs orada işçidir, həm də Cavabdeh bacısının yoldaşıdır. İddiaçı mühərriki alanda orada idi, amma artıq bir ildən çoxdur ki, işdən çıxıb. İddiaçı mühərrikin pulunu onun kartına göndərib, o da, həmin pulu məxaric edərək Cavabdeh verib. Cavabdeh onun dayısı oğludur. Cavabdeh ona 5000 manat borcu var. Ona Gürcüstan Respublikasından avtomobil gətirməsi üçün pul verib, o, isə avtomobili gətirməyib. Pulu qaytarmağı üçün mobil telefon vasitəsi ilə ona yazsa da, onu qara siyahıya atıb. Hazırda cavabdehin harada olduğunu bilmir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/13762 saylı məktubu və ona əlavə edilmiş çıxarışdan görünür ki, X1 məxsus olan 416973******0840 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə 1925 manat məbləğində pul mədaxil edilmişdir. - Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 409809******4767 saylı hesabdan 416973******0840 saylı hesaba 1925 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh istifadəsində olan “Toyota Camry” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün mühərrik alıb. Bundan sonra isə iddiaçının avtomobilində olan köhnə mühərrik cavabdehin istifadəsində qalıb, bir müddət sonra isə cavabdehdən aldığı mühərriki ona qaytarmış, lakin mühərrik üçün ödədiyi pul hazırkı vaxtdadək ona qaytarılmayıb. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni mühərrik üçün ödədiyi 1925 manat məbləğin və avtomobilin ilkin üzərində olan yararsız mühərrəkə görə 1000 manat kompensasiyanın ona ödənilməsini xahiş etmişdir. Belə ki, iddiaçı mühərrikin dəyəri olan 1925 manat məbləğində pulu X1 məxsus karta köçürmə etməklə, yəni onun vasitəçiliyi ilə Cavabdeh ödəyib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 əvvəllər cavabdehə məxsus servis mərkəzində işlədiyini və cavabdeh tərəfindən onun kartına köçürülən vəsaiti cavabdehə verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2925 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cı maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlərin dövlət rüsumu ödəməkdən azad olunduqlarını, iddiaçının məcburi köçkün olduğunu və iddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 21, 52, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2925 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, iddia üzrə ödənilməli olan 49,25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1445/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1445/2024
10.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver