Məhkəmə qərarları › İş №e-2(007)-1498/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1498/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1498/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi həyət evinin və alqı-satqı üçün verilən pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi həyət evinin və alqı-satqı üçün verilən pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 4.5 sot torpaq sahəsində 145 kv.m sahəsi olan fərdi həyət evinin geri alınaraq ona qaytarılması və onun tərəfindən həmin evin alqı-satqısı üçün ödənilmiş 17.000 (on yeddi min) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin məzmunu ilə tanış olmuş və iddia tələbində göstərilənlər tam əsaslıdır. Ona görə də həmin iddia tələbini qəbul edir. İddia tələbi ilə bağlı iddiaçı ilə onun arasında olan fərdi söhbətlərin nəticəsi olaraq qarşılıqlı razılaşma olmuş, onunla iddiaçı arasında barışıq sazişi bağlanmışdır. Buna görə də həmin barışıq razılaşmasını qəbul edib məhkəmədən müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh ilə iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra bir neçə dəfə görüşmüş, onunla fərdi söhbətlər etmiş və apardıqları söhbətlər əsasında qarşılıqlı razılaşma əldə edərək onunla cavabdeh arasında mübahisənin məhkəmə prosesində barışıq yolu ilə həll edilməsi barədə razılaşmışlar və aralarında barışıq sazişi imzalanmışdır. Odur ki, həmin barışıq sazişini məhkəməyə təqdim edərək Cavabdeh ilə iddiaçı olaraq onun arasında bağlanmış həmin sazişin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X4 iddiaçının ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, 2.1. Satıcı, yəni İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400 (dörd yüz) kv.m olan torpaq sahəsində inşa edilmiş yarımtikili evin alınması üçün razılaşdırılmış satış qiymətindən, yəni 23.000 manatdan həmin iş üzrə alıcı olmuş, indiki halda Cavabdeh tərəfindən nağd qaydada ödənilən 13.000 (on üç min) manat və evin əlavə təmirinə xərclənmiş 4000 (dörd min) manat nəzərə alınmaqla, cəmi 17.000 (on yeddi min) manat pulu sonuncuya qaytaracaqdır. 2.2. Alıcı, yəni Cavabdeh İddiaçı evin alınması üçün nağd qaydada ödədiyi 13.000 (on üç min) manat və evin təmirinə görə çəkdiyi 4000 manat olmaqla, cəmi 17000 (on yeddi min) manat pulu geri alacaqdır və həmin pulun əvəzində X1 onun satdığı evi həmin gün, yəni 17.000 manat pulun ona ödənildiyi gün iddiaçıya geri qaytaracaqdır. 3.1. Barışıq razılaşması məhkəmə qərardadı ilə təsdiq edildikdən və qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində İddiaçı yarımtikili evin alınması üçün ödənilmiş 13000 manat, evin təmirinə xərclənmiş 4.000 manat olmaqla, cəmi 17000 manat məbləğində pulu Cavabdeh ödəməyi öhdəsinə götürür. 3.2. Cavabdeh isə İddiaçı tərəfindən 2022-ci ildə ona satılmış yarımtikili evin satış qiymətinin əvəzi olaraq razılaşdırılmış qiymətin, yəni 23000 manatın ödənilən 13000 manatı və evin təmirinə xərclənmiş 4000 manatı olmaqla, cəmi 17000 manatı sonuncudan almaqla, satılmış evi eyni gündə geri qaytarmağı öhdəsinə götürür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını, barışıq sazişlərinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişləri qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “fərdi həyət evinin və alqı-satqı üçün verilən pulun qaytarılması” ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. O cümlədən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi həyət evinin və alqı-satqı üçün verilən pulun qaytarılması” tələbinə dair 2(007)-1498/2024 saylı mülki iş üzrə İddiaçı ilə Cavabdeh aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. Barışıq Sazişinin predmeti: 1.1. Satıcı, yəni İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400 (dörd yüz) kv.m olan torpaq sahəsində inşa edilmiş yarımtikili evin alınması üçün razılaşdırılmış satış qiymətindən, yəni 23.000 manatdan həmin iş üzrə alıcı olmuş, indiki halda Cavabdeh tərəfindən nağd qaydada ödənilən 13.000 (on üç min) manat və evin əlavə təmirinə xərclənmiş 4000 (dörd min) manat nəzərə alınmaqla, cəmi 17.000 (on yeddi min) manat pulu sonuncuya qaytaracaqdır. 1.2. Alıcı, yəni Cavabdeh İddiaçı evin alınması üçün nağd qaydada ödədiyi 13.000 (on üç min) manat və evin təmirinə görə çəkdiyi 4000 manat olmaqla, cəmi 17.000 (on yeddi min) manat pulu geri alacaqdır və həmin pulun əvəzində X1 onun satdığı evi həmin gün, yəni 17.000 manat pulun ona ödənildiyi gün iddiaçıya geri qaytaracaqdır.

2. Tərəflərin öhdəlikləri: 2.1. Barışıq razılaşması məhkəmə qərardadı ilə təsdiq edildikdən və qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində İddiaçı yarımtikili evin alınması üçün ödənilmiş 13000 manat, evin təmirinə xərclənmiş 4.000 manat olmaqla, cəmi 17000 manat məbləğində pulu Cavabdeh ödəməyi öhdəsinə götürür. 2.2. Cavabdeh isə İddiaçı tərəfindən 2022-ci ildə ona satılmış yarımtikili evin satış qiymətinin əvəzi olaraq razılaşdırılmış qiymətin, yəni 23000 manatın ödənilən 13000 manatı və evin təmirinə xərclənmiş 4000 manatı olmaqla, cəmi 17000 manatı sonuncudan almaqla, satılmış evi eyni gündə geri qaytarmağı öhdəsinə götürür.

3. Digər müddəalar: 3.1. Saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən və qəbul edilmiş qərardad qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində sazişin şərtləri onun tərəfləri tərəfindən könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə qəbul edilmiş qərardad icra vərəqəsi qüvvəsinə malik olduğundan, həmin qərardad əsasında icra vərəqəsi verilməsi və aidiyyəti üzrə icra olunması üçün göndərilməsi üçün Məhkəməyə ərizə ilə müraciət ediləcəkdir. 3.2. İddiaçı və Cavabdeh hazırkı mübahisə ilə bağlı iddia tələbi üzrə icraata xitam verilməsi ilə bağlı ərizələri məhkəməyə təqdim edirlər. Tərəflər öhdəlik götürürlər ki, gələcəkdə bir-birlərinə qarşı hazırki Sazişin predmeti olan əmlak və pul ilə bağlı hər hansı bir iddiaları olmayacaqdır. 3.3. Bu Saziş tərəflərin hər birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edildi. 1 (bir) nüsxəsi məhkəməyə təqdim edilir. Həmin barışıq sazişləri təsdiq edilsin və e-2(007)-1498/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Tərəflərə izah olunsun ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda qərardad məcburi icraya yönəldiləcəkdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar