Məhkəmə qərarları › İş №e-2(007)-1570/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1570/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1570/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X20 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 94,2 m2, yaşayış sahəsi 74 m2 olan 5 otaqlı mənzil sahəsi və Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən, ümumi sahəsi 120,6 m2 olan qeyriyaşayış sahəsi 2022-ci ilin may ayından başlayaraq tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 19/21 saylı mənzil əvvəlki mülkiyyətçi tərəfindən xx.xx.2018-ci il tarixində Cavabdeh icarəyə verilmişdir. İddiaçı qeyd edilən mənzili aldığı zaman, yəni xx.xx.2022-ci il tarixində əvvəlki mülkiyyətçi ilə Cavabdeh arasında olan icarə müqaviləsinin müddəti faktiki olaraq bitmişdir. İcarəyəverən tərəfindən icarə obyektinin boşaldılması ilə bağlı həm şifahi, həm də yazılı formada cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq mənzil boşaldılmamışdır. Beləliklə, İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulurdu. Bununla bağlı, İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən mənzilin Cavabdeh və X8 tərəfindən boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-821/2023 №-li qətnaməsi ilə qeyd edilən mənzil sahəsinin Cavabdeh və X8 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3478/2023 №-li qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qüvvədə saxlanılmışdır. Ancaq bundan sonra, 04 dekabr 2023-cü il tarixində qeyd edilən mənzil, məhkəmə tərəfindən verilmiş icra vərəqi əsasında Cavabdeh və Ağayev Ceyhun tərəfindən boşaldılaraq İddiaçı təhvil verilmişdir. Beləliklə, qeyd etmək olar ki, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2023cü il tarixədək İddiaçı mülkiyyət hüququ davamlı şəkildə pozulmuşdur və bu fakt yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə faktiki olaraq öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehin hərəkəti nəticəsində İddiaçı öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüququndan istifadə edə bilmirdi. İddiaçı ona məxsus əmlakı icarəyə verə bilməmişdir və bu səbəbdən zərər görmüşdür. Məlumat üçün bildirir ki, həmin əmlak iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında digər şəxsə icarəyə verilmişdir. Hesab edir ki, X1 əmlakı xx.xx.2022ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixədək (faktiki olaraq 18 ay) icarəyə verərək gəlir əldə edə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzildən 18 ay qanunsuz istifadəsinə görə iddiaçıya 90000 (doxsan min) manat (hər ay üçün 5000 manat) ödəməlidir. Göstərilənlərə əsasən, Cavabdeh tərəfindən, ünvan 2 ünvanında yerləşən əmlakdan qanunsuz istifadəsi nəticəsində iddiaçıya vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2023cü il tarixinədək aylıq 5000 (beş min) manat hesablanmaqla ümumilikdə 90000 (doxsan min) manat və ödənilmiş 361 (üç yüz altmış bir) manat dövlət rüsumunun, cəmi 90361 (doxsan min üç yüz altmış bir) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onu, ünvan 3 ünvanında yerləşən əmlakdan qanunsuz istifadə nəticəsində iddiaçıya vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək aylıq 5.000 (beş min) manat hesablanmaqla 90.000 (doxsan min) manat və 361 (üç yüz altmış bir) manat dövlət rüsumunun, cəmi 90.361 (doxsan min üç yüz altmış bir) manat ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ilə e-2(006)821/2023 saylı qətnaməsi ilə qeyd edilən mənzil sahəsinin Cavabdeh və X8 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3478/2023 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli ilə xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. 04 dekabr 2023-cü il tarixdə icra sənədinə əsasən mənzil boşaldılaraq təhvil verilmişdir. Qeyd edir ki, X13 10 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-l №1049797 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı 990.000 (doqquz yüz doxsan min) manata satmamışdan qabaq, satın almaqda üstünlük hüququna malik olan şəxsə, yəni iddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili alması təklifi ilə bağlı iddiaçıları rəsmi olaraq xəbərdar etməli idi. İddiaçı Bakı şəhəri, Səbail rayon Məhkəməsinə yaşayış otağından çıxarılma tələbi ilə müraciət edən zamanda sözügedən ünvana işığın, suyun verilməsinin dayandırılmasına dair Azərişıq və Azərsu-ya müraciət etmiş və bir müddət sözügedən ünvana işığın, suyun verilməsi Azərişıq və Azərsu tərəfindən dayandırılmışdır. İddiaçı ilk olaraq yaşayış otağından çıxarılma tələbi ilə Bakı şəhəri, Səbail rayon Məhkəməsinə müraciət etmiş, paralel olaraq müvəqqəti təminat tədbiri olaraq mülki iş yekunlaşana qədər yaşayış otağından istifadəyə qadağa edilməsi barədə Bakı şəhəri, Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Qısa olaraq qeyd etmək olar ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-80/2022 saylı qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 16(009)-13/2022 saylı qərardadı ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-80/2022 saylı qərardadında məhkəmə kolleqası qeyd etmişdir ki, iddiaçı Cavabdehlər X13, X11 və İddiaçı qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində X11 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini aylıq 550 (beş yüz əlli) manat icarə haqqı ödənilməklə daha 1 (bir) il müddətinə qüvvədə olunması hesab edilməsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 147.000(bir yüz qırx yeddi min) manat pulun, qiymətləndirmə üçün ödənilən 300 (üç yüz) manat rüsumun, məhkəmə üçün ödənilən 439 (dörd yüz otuz doqquz) manat dövlət rüsumunun, vəkil üçün ödənilən 500 (beş yüz) manat dövlət rüsumunun, cəmi 148.239 (bir yüz qırx səkkiz min iki yüz otuz doqquz) manat pulun cavabdehlər X4, İddiaçı, X6 müştərək qaydada tutularaq Cavabdeh ödənilməsi və 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində X11 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış müqavilə əsasında cavabdehlərin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 20.000 (iyirmi min) manat ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilən Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin e-16(006)-66/2022 saylı müvəqqəti təminat tədbirinə dair qərardadda əsasən 2(006)-4317/2022 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər ünvan 3 ünvanında yerləşən mənzilə obyektin fəaliyyətinə maneə yaradılması cavabdehlər X10, X9, İddiaçı və başqa şəxslərə (həmçinin, Azərişıq, Azəriqaz, AzərSu) qadağan edilmişdir. Həmin qərardaddan apellyasiya qaydasında şikayət verilsə də şikayət təmin edilməmişdir (qərardad etiraz ərizəsinə əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarxli 16(103)-327/2023 saylı qərardadına əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(006)-66/2022 saylı qərardadı ilə tətbiq edilmiş- ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a (mülkiyyətçiyə) məxsus hissəsində, yəni- 94.2 kv/m, 5 otaq olan ərazidə “41 Club Karaoke” adlı iaşə obyektinin fəaliyyətinə maneələrin yaradılmasının cavabdehlər X10, X9, İddiaçı və başqa şəxslərə (həmçinin "xxxx" ASC və "xxxx" ASC-yə) qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Halbuki iddiaçı iddia ərizəsində həmin hüququn itirilməsini xx.xx.2022-ci il tarixdən qeyd edərək məhkəməyə yalan məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, etiraz ərizəsinə əlavə edilən qətnamələrə baxsaq, mülki mübahisənin hələ də yekunlaşmadığını görərik. İddiaçının iddia ərizəsində qeyd etdiyi mənzilin aylıq kirayə haqqısını 5.000 (beş min) manat olaraq qeyd etsə də həmin mənzilin aylıq icarə haqqısı 550 (beş yüz əlli) manat təşkil etmişdir. Bununla bağlı məhkəmədə mübahisə dövründə Cavabdeh həmin icarə müqaviləsinin 14 faiz vergisini hər ay vaxtında ödəmişdir(icarə müqaviləsi və vergi ödənişləri etiraz ərizəsinə əlavə edilir). Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsini, mənzildə yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin iddiaçı Cavabdeh geri qaytarılmasını, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla cavabdeh Şahin Həsənovdan tutularaq iddiaçı Cavabdeh ödənilməsini, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun cavabdeh Şahin Həsənovdan tutularaq iddiaçı Cavabdeh ödənilməsini, iddianın qalan və cavabdehlər Afət Həsənova və İddiaçı aid hissələrdə rədd edilməsini, üçüncü şəxs Ceyhun Ağayevin müstəqil iddiasının rədd edilməsini, iş üzrə ödənilmiş dövlət rüsumunun üçüncü şəxsə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin cavabdeh Şahin Həsənovdan, qalan 50 manat məbləğinin isə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. Nəsimi Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh mənzilə çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini icarəyə verəndən tələb etmək hüququ vardır. Əks halda cavabdeh Şahin Həsənov iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün cavabdeh Şahin Həsənovun razılığının olub-olmaması, cavabdeh Şahin Həsənovun obyektin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir, iddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, obyektdə aparılmış təmir- tikinti işlərinin dəyəri ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin ekspert rəyi ilə müəyyən edilən məbləğdən Şahin Həsənov tərəfindən iddiaçıya ödənilmiş 14.000 manat çıxılaraq qalan (30.900- 14.000 =) 16.900 manat məbləğ cavabdeh Şahin Həsənovdan tutularaq iddiaçıya ödənilməklə iddia göstərilən hissədə qismən təmin edilməlidir. Rayon Məhkəməsi iddiaçı Cavabdeh məxsus olan və obyektdə yerləşən ümumi dəyəri təxminən 116.035,0 manat olan mallara münasibətdə qeyd etmişdir ki, göstərilən malların siyahısı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir. Həmin siyahıdan görünür ki, həmin malların bəziləri daşınar bilən əmlak, bəziləri isə obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq mallardır. Buna görə də məhkəmə hesab edir ki, obyektdə iddiaçıya məxsus daşınar bilən mallar iddiaçıya geri qaytarılmalı, obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq malların isə ekspert rəyində göstərilən dəyərləri hesablanmaqla Şahin Həsənovdan tutularaq iddiaçıya ödənilməlidir. Nəsimi Rayon Məhkəməsi həmçinin iddianın iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddianın “müqavilənin 1 il müddətinə qüvvədə olunması hesab edilməsi” hissəsinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz. Rayon Məhkəməsi iddianı digər cavabdehlər Afət Həsənova və İddiaçı aid hissədə əsassız hesab edərək bu mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə adıçəkilən cavabdehlər arasında hər hansı öhdəlik münasibətləri yaranmamış, icarə müqaviləsi iddiaçı ilə Şahin Həsənov arasında bağlanmaqla müqavilə tərəfləri deyildirlər. Ona görə də iddiaçının iddia tələbi cavabdehlər Afət Həsənova və İddiaçı aid hissələrdə təmin oluna bilməz. Rayon Məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevin iddiasına münasibətdə isə qeyd etmişdir ki, qeyd edilən “İcarə müqaviləsində” icarəçi qismində Ceyhun Ağayev deyil, iddiaçı Cavabdeh çıxış etdiyindən, Ceyhun Ağayev həmin müqavilənin tərəfi olmadığından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İddiaçı Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra- Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və onun iddiasının “müqavilənin 1 il müddətinə qüvvədə olunması hesab edilməsi” hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. Əsasları Cavabdeh iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, Cavabdeh Şahin Həsənovun sürücüsünə 9 aylıq icarə haqqını əvvəlcədən ödəməklə 5.000 manat pul vermişdir. Bu fakt müqavilə öhdəliklərinin tərəflər arasında davam etdiyini təsdiq edir. Lakin həmin faktı təsdiq edən videoyazı Rayon Məhkəməsinə təqdim edilməsinə və sübut kimi qəbul edilməsinə baxmayaraq qətnamədə münasibət bildirilməmişdir. Rayon Məhkəməsi qətnamənin mübahisə edilən hissəsində sübutları tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 10. İş üzrə üçüncü şəxs Ceyhun Ağayev də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və müstəqil iddianın təmin edilməsini Məhkəmədən xahiş etmişdir. Məzmunu müstəqil iddianın məzmununa və iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olan üçüncü şəxsin apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi mövqedə yalnız Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsaslanmışdır. Digər təqdim edilən sübutlar araşdırılmamışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşmayan cavabdeh Şahin Həsənov da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini Məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il, 2(103)-5471/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X7 apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh iddiası təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə qərar qəbul edilməmişdir. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməlidir. Qeyd edir ki, hal-hazırda iddia ərizəsini təqdim edən şəxs İddiaçı X7 (keçmiş Baş Prokuror, Eldar Həsənovun qardaşı) yaxın adamıdır. Bu günə qədər müxtəlif yollara, müxtəlif adlarla hüquq-mühafizə orqanlarına, dövlət idarələrinə təsir göstərərək onun illərlə üzərində əziyyət çəkdiyi, yeganə gəlir yeri olan iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün hər cür yola əl atmışlar. İaşə obyektinə verilən işığın, suyun, qazın süni şəkildə dayandırılması, sözügedən əmlakdan istifadəyə qadağa edilməsi barədə məhkəmələrə təzyiq göstərilməsi, X11 (keçmiş Baş Prokuror, Eldar Həsənovun qardaşı) tərəfindən “yuxarıda onsuzda adamlarımız var, nə olur olsun onsuzda sizə bir qəpik də verməyəcəm və Səni obyektdən çıxaracam” hədəsi ilə ifadə edilən sözlər başıma gələn hadisələrə sübutdur. Bu günkü gündə də X2 Baş Prokuror, Eldar Həsənovun qardaşı) məhkəmələrə təzyiq göstərməkdə davam edir. X11 (keçmiş Baş Prokuror, Eldar Həsənovun qardaşı) hərəkətləri onu öldürmək həddinə çatdırmışdır. Onsuzda bununla bağlı bütün yuxarı instansiya orqanlarına müraciət etməkdə davam edəcək. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib əlavə olaraq izahatında göstərmişdir ki, sözügüdən obyekt çıxarış ilə Seyidə məxsus olmuş, onun xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh tərəfindən həmin obyekt qanunsuz şəkildə istifadə edilmiş və boşaldılmamışdır. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdə həmin obyektdən istifadə etmiş, lakin iddiaçıya heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh obyekti boşaltmamış, bunun nəticəsində məhkəməyə müraciət edilmişdir. Yalnız icra məmuru gəldikdən sonra obyekt Seyidə təhvil verilmişdir. Bu qeyd edilən müddət ərzində iddiaçıya heç bir icarə haqqı ödənilməmişdir. Bununla da, İddiaçı maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyindən görünür ki, həmin obyektin icarə qiyməti beş-altı min manat təşkil edir. Onlar da həmin dövr üçün hər ay 5000 manat olmaqla, cəmi 90.000 manat maddi ziyanın iddiaçının xeyrinə ödənilməsini tələb edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etirazında göstərdiklərini müdafiə edib izahatında göstərmişdir ki, o, İddiaçı tanımır. Onun icarə haqqının qiyməti 5000 manat olmamışdır. O, Şahin müəllimlə müqavilə bağlamışdır və hər ay ona icarə haqqını ödəməklə obyekti istifadə etmişdir. Qeyd edilən dövrdə də, icarə haqqını ödəməklə o, orada fəaliyyət göstərmişdir. Hətta məhkəmə prosesləri gedəgedə o obyekti işlətmişdir. Hətta onlar qaz və işığı kəsmişdilər, məhkəmə yolu ilə qaz və işıq yenidən bərpa edilmişdir. O, İddiaçı bu hadisələr zamanı bir dəfə zəng etmiş, sonuncu isə ona telefonda demişdir ki, “get Şahinlə danış, mənlə yox”. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 821/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X13, X11 və İddiaçı qarşı «icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsində yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169- 9/8982 nömrəli ekspert rəyində göstərilən ümumi dəyəri 116035,0 manat olan əmlakların daşına bilən hissəsi Cavabdeh geri qaytarılmış, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərləri hesablanmaqla cavabdeh X4 tutularaq Cavabdeh ödənilmiş, yaşayış sahəsinin əsaslı təmir xərclərinə görə 16900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumu cavabdeh X4 tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan və cavabdehlər X13 və İddiaçı aid hissələrdə rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər X13, X11 və İddiaçı qarşı «təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs X5 aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdeh X4, qalan 50 manat məbləği isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3478/2023 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-821/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3795/2023 saylı qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3478/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sifarişçi İddiaçı sifarişi əsasında icraçı "xxxx" MMC tərəfindən verilmiş M-14/2024 saylı arayışdan görünür ki, aparılmış araşdırmalara, hesablamalara və təhlillərə əsasən, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 90-110 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin aylıq icarə haqları qeyri-yaşayış sahələrinin mərtəbəliliyindən, təmirliliyindən və təchizatından asılı alaraq 2022-2023-cü illərdə 5500-6000 manat təşkil etmişdir. - “İcarəyə verən”- İddiaçı ilə “İcarəçi”- "xxxx" MMC-nin direktoru C.R.Ağayev arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan ünvan 8 ünvanında, ümumi sahəsi 94.2 kv. metr olan yaşayış sahəsini (DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********95-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən) (bundan sonra “İcarə sahəsi” adlandırılacaq) “İcarəçi”yə icarə verməyi, “İcarəçi” isə həmin sahəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Bu icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə imzalanır və “İcarəçi” icarə sahəsində təmir işləri apardığı üçün bu icarə müqaviləsi xx.xx.2023-cü il tarixindən qüvvəyə minir. - “İcarəyə verən”- İddiaçı ilə “İcarəçi”- X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan ünvan 8 ünvanında, ümumi sahəsi 94.2 kv. metr olan yaşayış sahəsini (DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********95-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən) (bundan sonra “İcarə sahəsi” adlandırılacaq) “İcarəçi”yə icarə verməyi, “İcarəçi” isə həmin sahəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Bu icarə müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanır və “İcarəçi” icarə sahəsində təmir işləri apardığı üçün bu icarə müqaviləsi xx.xx.2024-cü il tarixindən qüvvəyə minir. - Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-821/2023 saylı icra sənədinin icrası ilə bağlı ünvan 6 ünvanına gəlinmişdir. Əvvəlcədən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, borclu X8 icra yerində iştirak etməmişdir. Onunla mobil telefon vasitəsilə əlaqə saxlanılmışdır (**********). Borclu hazırda psixiatriya xəstəxanasında müalicə aldığını və icra yerində iştirak edə bilməyəcəyini bildirmişdir. Bir qədər sonra digər borclu Cavabdeh ünvana yaxınlaşmışdır. Ünvana daxil olmuşlar. Tərəflərin iştirakı ilə ünvanda olan əşyalar tam olaraq boşaldılmışdır. Mənzilin giriş qapılarının açarları dəyişdirilmişdir. Mənzil tələbkar İddiaçı təhvil verilmişdir. - Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil tam payda İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci ildə reyestrdə qeydə alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 237/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi, mənzildə yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin iddiaçı Cavabdeh geri qaytarılmasını, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla cavabdeh Şahin Həsənovdan tutularaq iddiaçı Cavabdeh ödənilməsini, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun cavabdeh Şahin Həsənovdan tutularaq iddiaçı Cavabdeh ödənilməsini, iddianın qalan və cavabdehlər Afət Həsənova və İddiaçı aid hissələrdə rədd edilməsini, üçüncü şəxs Ceyhun Ağayevin müstəqil iddiasının rədd edilməsini, iş üzrə ödənilmiş dövlət rüsumunun üçüncü şəxsə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin cavabdeh Şahin Həsənovdan, qalan 50 manat məbləğinin isə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5471/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X7 apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh iddiası təmin edilməmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, X11 ünvan 6 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla Cavabdeh icarəyə vermişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 360.46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, X11 ünvan 6 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla Cavabdeh icarəyə vermişdir. Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla isə, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2022-ci ildə isə tam payda İddiaçı xüsusi mülkiyyəti kimi reyestrdə qeydə alınmışdır. Hazırda iddiaçı, sözügedən mənzilin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (18 ay) olan müddətdə ona təhvil verilməməsi səbəbindən aylıq 5000 manat icarə haqqı təşkil etməsi nəzərə alınmaqla, əldən çıxmış faydanın əvəzi qismində 90.000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək aylıq 5.000 manat icarə haqqı hesablanmaqla, cəmi 90000 manat pulun Cavabdeh tərəfindən ona ödənilməməsi, həmin vəsait hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. İşin faktiki hallarını və məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən X11 ünvan 6 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla Cavabdeh icarəyə vermişdir və tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. Cavabdeh sözügedən məbləğdə icarə haqqını X9 ödəmiş, məhkəmə iclasında verdiyi izahatında da, hazırkı iddiaçı ilə hər hansı münasibətinin olmadığını, icarə haqqını Şahin Həsənova verdiyini, hazırkı iddiaçı ilə bu barədə əlaqə saxladıqda isə sonuncunun Şahin Həsənovla danışmasını bildirdiyini qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(102)-3795/2023 saylı qərarının təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, “...40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə bağlı işin hallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdehla Şahin Həsənov arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2021-ci ildə başa çatmış, bundan sonra Şahin Həsənov obyekti satmaq istədiyi üçün icarə münasibətlərini davam etdirməmiş, 2022-ci ilin yanvar ayında Şahin Həsənov obyekti arvadı - cavabdeh Afət Həsənovaya bağışlamış, sonuncu da 2022-ci ilin may ayında obyekti İddiaçı satmışdır. Mübahisəli daşınmaz əşyanın satılması Cavabdeh məlum olmuş, o, obyekti boşaltmaq üçün Şahin Həsənovdan təmirə çəkdiyi xərci istəmiş, sonuncu da iki dəfəyə 14.000 manat ödədikdən sonra qalan vəsaiti ödəmədiyi üçün obyekti boşalmaqdan imtina etmiş, tərəflər arasında yaranmış mübahisə obyektin başqa şəxsə - İddiaçı satılması ilə yox (satın almaqda üstünlük hüququndan istifadə), obyektin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı yaranmışdır ki, həmin mübahisə də başqa mülki işin predmetidir...”. Qeyd olunan qərarla, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3478/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Digər yandan, işdə olan sübutlarla da təsdiq olunur ki, digər yandan hazırkı cavabdehlə İddiaçı arasında icarə ilə bağlı hər hansı hüquq münasibəti mövcud olmamış, sözügedən mənzilin hazırkı cavabdeh tərəfindən boşaldılmamasına səbəb icarə müqaviləsi bağladığı Şahin Həsənovla, habelə mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə çəkişmələri olmuşdur, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra isə, xx.xx.2023-cü il tarixdə icra məmurlarının iştirakı ilə həmin sahə boşaldılmış və hazırkı iddiaçıya təhvil verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı cavabdehlə əvvəlki icarədar Şahin Həsənov arasında bağlanmış mübahisə predmeti olan mənzilin icarə haqqı 550 manat müəyyən edilmişdir, iddiaçının məhkəməyə təqdim etdiyi Sifarişçi İddiaçı sifarişi əsasında icraçı "xxxx" MMC tərəfindən verilmiş M-14/2024 saylı arayışda isə həmin məbləğin 2022-2023-cü illərdə 5000-6000 manat həddində olması qeyd edilmiş və iddiaçı məhz 5000 manat məbləğdən aylıq icarə haqqı hesablanmaqla, 90000 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən arayış mötəbər sübut qismində qəbul edilərək qiymətləndirilə bilməz, digər yandan isə yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar