Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1623/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Kərı̇ mov Ceyhun Yaşar oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə cavabdeh Bakı şəhərı̇ 30 saylı Notarı̇ at Ofisinə qarşı “icra qeydinin icra edilməməli hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərı̇ mov Ceyhun Yaşar oğlu cavabdeh Bakı şəhərı̇ 30 saylı Notarı̇ at Ofisinə qarşı “icra qeydinin icra edilməməli hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müəyyən olunduğu kimi Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 29 noyabr 2024-cü il tarixli icra qeydinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 4308 manat 54 qəpiyin tutulması qeyd edilib. Lakin həmin icra qeydinin əsassız və qanunsuz hesab edirlər. Öncə həmin sənədin “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbləri pozulmaqla verildiyini vurğulamaq lazımdır. Belə ki, icra qeydinin aparılması barədə borcluya müəyyən edilmiş müddətdə bildiriş göndərilməyib. Həmin maddəyə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi barədə məlumatı Nizami icra şöbəsindən əldə etdikdən sonra adıçəkilən notariat ofisinə müraciət edilib. xx.xx.2024-cü il tarixində 30 saylı norariat ofisindən icra qeydinin surətini əldə ediblər. Qeyd etmək lazımdır ki, kreditin son qaytarılma tarixi xx.xx.2025-ci il müəyyən edilib. Təəsüflər olsun ki, bank tərəfindən həyata keçirilmiş ödənişlər tam nəzərə alınmayıb və kreditin qaytarılması vaxtından əvvəl tələb edilib. Xaricdə təhsil aldığından kreditin davamlı ödənilməsində uyğunsuzluq olsa da, borcun kredit müddəti ərzində qaytarılmasında hər zaman israrlı olub. Hazırki kredit müqaviləsi üzrə verilmiş borc istehlak krediti kimi dəyərləndirilməlidir. Hesab edir ki, qeyd olunanlar borcun notariusun icra qeydi vasitəsilə qaytarılmasının icra edilməməli hesab edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 29 noyabr 2024-cü il tarixli İcra qeydinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 4308 manat 54 qəpiyin tutulması qeydinin icra emilməməli hesab edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizələr ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində icra qeydinin tarixinin 29 fevral 2024-cü il kimi qəbul edilməsini, məhkəmə prosesində üzürlü səbəblərdən iştirak edə bilməyədindən onun iştirak olmadan iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq, məhkəmə baxış iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və mübahisənin həllinin məhəməyə həvalə etdiklərini qeyd etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, bankla Kərı̇ mov Ceyhun Yaşar oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müqaviləyə əsasən Bank Kərı̇ mov Ceyhun Yaşar oğluna 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 5700 məbləğində kredit xətti açılmışdır xx.xx.2024-cü il tarixədək əsas borc 3600,69 manat, faiz borcu 682,45 manat olmaqla, cəmi 4283,14 manat, rüsum üzrə cəmi tələb olunan məbləğ 25,4 manat təşkil edir; - "xxxx" ASC tərəfindən borclu Kərı̇ mov Ceyhun Yaşar oğluna göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli TAM Kart çərçivə müqaviləsinə əsasən ona 36 ay müddətinə 5700 manat məbləğində tam kart kredit kartı açılmışdır. Kredit müqaviləsinə əsasən o, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öz öhdənizə götürmüşdür. O, kredit vəsaitindən istifadə etmiş, lakin hesablanmış 3600,69 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsini bir sıra müddəalarını pozmuşdur. Yuxarıdakıları nəzərə alaraq, bildirirlər ki, borc 20 gün müddətində ödənilmədiyi halda ’’Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır; - Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 29 fevral 2024cü il tarixdə verilmiş icra qeydin surətindəndən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə qeydiyyatda olan İddiaçı ******************** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4283 manat 54 qəpik (dörd min iki yüz səksən üç manat əlli dörd qəpik) tutulması, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 4308 manat 54 qəpik (dörd min üç yüz səkkiz manat əlli dörd qəpik) pul tutulması təklif edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Kərı̇ mov Ceyhun Yaşar oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli TAM Kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən Kərı̇ mov Ceyhun Yaşar oğluna 36 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 5700 manat məbləğində tam kart kredit kartı açılmışdır, borc alan Kərı̇ mov Ceyhun Yaşar oğlu isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün Kərı̇ mov Ceyhun Yaşar oğlu barəsində icra qeydinin aparılması xahiş edilmişdir. Kərı̇ mov Ceyhun Yaşar oğluna xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun 20 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Həmin bildiriş Kərı̇ mov Ceyhun Yaşar oğlunun qeydiyyat ünvanına, hazırda iddia tələbində göstərilən ünvanına göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Bundan sonra 30 saylı notariat ofisi tərəfindən 29 fevral 2024-cü il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 30 saylı notariat ofisi "xxxx" ASC-nin xeyrinə Kərı̇ mov Ceyhun Yaşar oğlundan 387501944********** saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4283 manat 54 qəpik tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, 4308 manat 54 qəpik pulun tutulması təklif edilmişdir. Hazırda iddiaçı Kərı̇ mov Ceyhun Yaşar oğlu həmin icra qeydinin icra edilməməli hesab edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "xxxx" ASC ilə borclu Kərı̇ mov Ceyhun Yaşar oğlu arasında bağlanılmış xx.xx.2022-ci il tarixli TAM Kart çərçivə müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 224-cü maddəsinə əsasən notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirmişdir, "xxxx" ASC isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 29 fevral 2024-cü il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Kərı̇ mov Ceyhun Yaşar oğlunun “Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 29 fevral 2024-cü il tarixli İcra qeydinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə 4308 manat 54 qəpiyin tutulması qeydinin icra emilməməli hesab edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bank tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, bankla iddiaçı arasında mövcud olan mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Kərı̇ mov Ceyhun Yaşar oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 29 noyabr 2024-cü il tarixli İcra qeydinə əsasən İddiaçı "xxxx" ASCnin xeyrinə 4308 manat 54 qəpiyin tutulması qeydinin icra emilməməli hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kərı̇ mov Ceyhun Yaşar oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 29 noyabr 2024-cü il tarixli İcra qeydinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 4308 manat 54 qəpiyin tutulması qeydinin icra emilməməli hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1623/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1623/2024
24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver