Məhkəmə qərarları › İş №e-2(007)-169/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-169/2024

30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-169/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzil üzrə hər ikisinə (İddiaçı2 və İddiaçı1) məxsus olan payın dəyərinin məhkəmə tərəfindən müəyyən olunaraq Cavabdeh tərəfindən onlara ödənilməsi, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəfindən cavabdehə ödənilməsi, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(007)-2149/2023 saylı qərardadına əsasən onların Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, onlara göstərilən nöqsanların aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınıb (qərardadının surəti qoşmaya əlavə edilir). Məhkəmə qəbul etdiyi qərardadı onunla əsaslandırıb ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Hazırda isə iddiaçılar yaranmış mübahisə ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməyiblər. Bildirirlər ki, məhkəmə tərəfindən qeyd edilən hallar aradan qaldırılıb, bununla əlaqədar olaraq təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd etmək istəyirlər ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı2 1/3, İddiaçı1 1/3 və Cavabdeh 1/3 bərabər paylı mülkiyyətindədir. Bununla yanaşı, iddiaçılar İddiaçı2 və ` Murad oğlu Cavabdeh qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı2, X12 və Cavabdeh paylar üzrə ünvan 1 üzrə real naturada bölgüsünün aparılmasının təmin edilməsini xahiş ediblər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli məhkəmə iclasında müəyyən olunub ki, iş üzrə iddiaçı X12 xx.xx.2022-ci il tarixdə vəfat edib. Ona görə də, maraqlı şəxs İddiaçı1 və Cavabdeh vəsatətləri əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadı ilə iddiaçı X7 hüquqi varisi müəyyən olunanadək mülki işin icraatı dayandırılıb. İddiaçı1 X3nun vəsiyyət üzrə vərəsəsi kimi müəyyən olunduqdan sonra İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 vəsatəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnib (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-829/2022 saylı və xx.xx.2022-ci il tarixli Qərardadlarının surəti qoşmaya əlavə edilir). Beləliklə, X12 xx.xx.2022-ci il tarixdə vəfat edib. Bu barədə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən AZ- İİ № 262825 saylı “ölüm haqqında şəhadətnamə” əldə edilib, həmin şəhadətnamənin surəti 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənib (ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti qoşmaya əlavə edilir). X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnaməyə əsasən X12 öz bütün əmlakını övladı, yəni ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı1 vəsiyyət edib. Hazırda vəsiyyət edənin heç bir övladı olmadığı üçün başqa vərəsəsi yoxdur. X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamə Quba regional ASAN Xidmət Mərkəzində təsdiqlənib (vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surəti qoşmaya əlavə edilir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadı ilə (hakim: Fikrət Mirzəyev) iddiaçılar İddiaçı2 və X7 Cavabdeh qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair mülki işin icraatı iddiaçı X7 hüquqi varisi müəyyən olunanadək dayandırılması qərara alınıb (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-829/2022 saylı Qərardadının surəti qoşmaya əlavə edilir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022saylı Qərardadı ilə (hakim: Fikrət Mirzəyev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-829/2022 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı2 vəX7 Cavabdeh qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair mülki işin icraatının təzələnməsi qərara alınıb (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-829/2022 saylıQərardadının surəti qoşmaya əlavə edilir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022saylı qərardadı ilə (hakim: Fikrət Mirzəyev) iddiaçılar İddiaçı2 vəX7 hüquqi varisi İddiaçı1c avabdeh Cavabdeh qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair mülki iş üzrə məhkəmə-texniki-tikinti ekspertizasının təyin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilin İddiaçı2, İddiaçı1 və Cavabdeh paylarına uyğun olaraq (hər birinə 1/3 hissədə) naturada ayrılmasının mümkünlüyü barədə ekspert qarşısında sual qoyulması, ekspertizanın aparılmasının "xxxx" MMC-nin ekspertlərinə tapşırılması, ekspertlərin qəsdən yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşımaları haqqında xəbərdar edilmələri, ekspert rəyi alınanadək mülki iş üzrə icraatın dayandırılması, ekspertizanın 1 ay müddətində başa çatdırılması qərara alınıb (qərardadın surəti qoşmaya əlavə edilir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadından Cavabdeh, onun vəkil və nümayəndəsi Vəkil2 tərəfindən şikayət verilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e- 2(007)-829/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(103)-8165/2022 saylı qərardadı ilə Cavabdeh vəkili Vəkil2 şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(007)-829/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınıb. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e- 2(007)-49/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və X7 hüquqi varisi İddiaçı1 Cavabdeh qarşı mənzilin real naturada bölgüsü tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınıb (qərardadın surəti qoşmaya əlavə edilir). "xxxx" Qiymətləndirmə Mərkəzinin 15 fevral 2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilin mülkiyyətçilərin paylarına uyğun olaraq paylara uyğun olaraq naturada bölünməsi mümkün olmadığı bildirilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)-49/2023 saylı qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair iddiası təmin olunmaması qət edilib. (Qətnaməsin surəti qoşmaya əlavə edilir). Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırıb ki, hazırda İddiaçı2 payların 1/3 hissədə naturada bölünməsini tələb edir. Lakin ekspert rəyindən görünür ki, payların bərabər olaraq hər birinə 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün deyil. Ona görə də, iddia təmin olunmamalıdır. Məlumat üçün nəzərə çatdırmaq istəyirlər ki, xx.xx.2023-cü il tarixdə tərəflərindən “həmin mənzil üzrə fiziki bölgünün yəni paylı mülkiyyətçilərin hər hissəsinə düşən payın naturada real bölgüsünün mümkün olmamasını nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzil üzrə hər ikisinə (İddiaçı2, İddiaçı1) məxsus olan payın dəyərinin Cavabdeh tərəfindən onlara ödənilməsini, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəflərindən ona ödənilməsini, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” məqsədilə Cavabdehtəkliflə müraciət edilib. Tərəflərindən ünvanlanan müraciətdə qeyd edilənlərin 10 gün müddətində Cavabdeh tərəfindən qəbul edilməsini xahiş edilib, müraciətdə göstərilənlər icra olunmadığı halda, qanunvericiliyin onlara verdiyi hüquqlardan istifadə edərək məhkəməyə müraciət edəcəklərini bildiriblər (müraciətin surəti qoşmaya əlavə edilir). Qeyd edilən müraciət Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilib, lakin müraciətdə qeyd etdikləri müddət ərzində, 10 gün müddətində onlara cavab təqdim edilməyib (müraciətin göndərilməsini təsdiq edən sənədin surəti qoşmaya əlavə edilir). Əlavə olaraq işlə bağlı vacib nüansları nəzərə çatdırmaq istəryirlər ki, Bakı Şəhər Deputatları Sovetinin 17 avqust 1963-cü il tarixli, 2137 saylı orderi ilə mənzil X5 yaşamaq hüququ verilib (orderin surəti qoşmaya əlavə edilir). “Azneftkimya müəssisəsinin xx.xx.1991-ci il tarixli, 144 saylı Qərarı ilə mənzil X4 adına özəlləşdirilmiş, daha sonra 25 dekabr 1991-ci il tarixində həmin mənzilin özəlləşdirilməsinə dair “Azneftkimya” müəssəsi ilə müqavilə imzalanıb (xx.xx.1991-ci il tarixli 144 saylı Qərarın və xx.xx.1991-ci il tarixli müqavilənin surəti qoşmaya əlavə edilir). xx.xx.2022-ci il tarixli, 2V-681 reyestr №-li vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı1dır (vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qoşmaya əlavə edilir). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, 55 saylı mənzilin 1/3 hissədə mülkiyyətçisi İddiaçı2, 1/3 hissədə İddiaçı1dır (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qoşmaya əlavə edilir). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıların və cavabdehin adına xx.xx.2022- ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında Arayış verilib (yaşayış yeri üzrə qeydiyyat haqqında arayış qoşmaya əlavə edilir). Həmin mənzil X8 vəfat etdikdən sonra İddiaçı2, Aydın Seyidov və Cavabdeh arasında bərabər paylara uyğun olaraq vərəsəlik şəhadətnaməsi əsasında bölünüb. Aydın Seyidov xx.xx.2022-ci il tarixində vəfat etdiyindən xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə İddiaçı1 mərhumun vərəsəsi olması müəyyən olunub. Beləliklə, hazırda həmin mənzil üzrə fiziki bölgünün yəni paylı mülkiyyətçilərin hər hissəsinə düşən payın naturada real bölgüsünün mümkün olmamasını nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzil üzrə hər ikisinə (İddiaçı2 və İddiaçı1) məxsus olan payın dəyərinin Cavabdeh tərəfindən onlara ödənilməsini, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onların tərəfindən cavabdehə ödənilməsini, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini məqsədə müvafiq sayıram. Qeyd etmək lazımdır ki, hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti üzrə həmin mənzilin (yaşayış binasının) bazar qiyməti 125000- 143500 (bir yüz iyirmi beş min və bir yüz qırx üç min beş yüz) manat təşkil edir (həmin evə oxşar evlərin elanların surəti qoşmaya əlavə edilir). Cavabdeh xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia predmeti olan mənzil paylı mülkiyyət hüquqi əsasında hər birilərinə, yəni İddiaçı2, İddiaçı1 və ona 1/3 hissədə olmaqla paylar daşınmaz əmlakın dövlət reyestrində çıxarışla qeydə alınıb. Qeyd edilən mənzildə onunla birlikdə beş nəfər ailə üzvləri qeydiyyatda olmaqla yaşayır, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə son üç il ərzində həmin ünvanda yaşamayıblar. Məlum olduğu kimi mülki qanunvericilikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb etmək hüququ vardır. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisi öz payını satmaq istədikdə digər payçıların həmin payı satın almaqda üstünlük hüququ vardır. O, payı almaqda üstünlük hüququndan istifadə edərək iddiaçılara mənzilin real dəyərinə uyğun məbləğdə pul təklif etsə də, onlar bununla razılaşmayıb və daha çox məbləğ istəyiblər. Ona görə də, hesab edir ki, mənzilin dəyəri qiymətləndirilməli və buna uyğun razılaşma olmalıdır. Qeyd edilənlərə əsasən İddiaçı2 və İddiaçı1 ona qarşı olan iddia tələbinə baxarkən mülkiyyətçilərin paylarının düzgün müəyyən olunmasını və onun ailə üzvləri ilə həmin mənzildə faktiki yaşadıqları nəzərə alaraq tərəfindən payın real dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəflə mənzilin 100000 (yüz min) manatla açıq hərraca çıxarılması ilə bağlı aralarında razılıq əldə olunub. Bununla bağlı məhkəməyə ərizə təqdim edir. Cavabdeh izahat verərək bildirdi ki, hazırda 8 nəfər olmaqla, mübahisəli mənzildə yaşayırlar. Onun Quba rayonunda əmlakı var, həmin əmlaka çıxarış alması üçün məhkəmədə iddia qaldırıb. Əmlaka çıxarış əldə etdikdən sonra onu satıb əldə etdiyi vəsait hesabına iddiaçıların payını almaq istəyir. Bunun üçün ona vaxt verilməsini xahiş edir. Əgər iddia tərəf bununla razılaşmırsa əmlakın hərraca çıxarılmasına etiraz etmir. Əmlakın ekpert rəyində göstərilən məbləğdən aşağı qiymətə, yəni 100000 (yüz min) manata açıq hərraca çıxarılması ilə bağlı iddiaçı tərəflə razılağa gəliblər. Ekspert rəyində göstərilən qiymətdən aşağı qiymətlə, yəni 100000 (yüz min) manat məbləğlə razıdır. Qeyd edilən məbləğin payına düşən hissini ödəməyə hazırdır. Bununla bağlı məhkəməyə ərizə təqdim edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdehin Quba rayonunda yerləşən əmlakı ilə bağlı çıxarış verilməsi öhdəliyinin qoyulması tələbi ilə bağlı olan iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh həmin əmlakla mübahisəli mənzili əvəzləşdirmək istəyir. Mübahisə predmetinin 100000 (yüz min) manata açıq hərraca çıxarılması ilə bağlı tərəflər arasında razılıq var. Ekspert rəyində mənzilin sahəsi çox göstərildiyindən, mənzilin dəyəri də çox müəyyən edilib. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölgüsü” tələbinə dair iddiasının təmin olunmasə qət edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya çıxarışın surətindən görünür ki, ümumi sahəsi 58,10 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilinin 1/3 hissəsi İddiaçı2 adına xx.xx.2021-ci il tarixdə, 1/3 hissəsi Cavabdeh adına, 1/3 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ciil tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********00-05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********LQ30202 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - X10 və İddiaçı1 tərəfindən X6 ünvanlanmış müraciətdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hər ikisinə məxsus olan payın Cavabdeh tərəfindən onlara ödənilməsi, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəfindən ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdən bölünməsi təklif edilmiş, 10 gün müddətində pretenziyada göstərilənlərin qəbul edilməsi xahiş edilmiş, müraciətdə göstərilənlər icra olunmadığı halqa qanunvericiliyin onlara verdiyi hüquqlarından istifadə edərək məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1411-9/1355 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 125000 manat məbləğində, likvid dəyəri isə təqribən 112000 manat dəyərində müəyyən edilmişdir. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli LP-238/2023 rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin (təmir vəziyyəti nəzərə alınmaqla) hazırkı bazar qiyməti 11600 manat, likvid qiyməti 105000 manat təşkil edir. - "xxxx" MMC tərəfindən “FİDES” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 01/24-071 saylı məlumatın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi zamanı hesablamalarda mütəxəssisləri tərəfndən xüsusi olaraq əldə edilmiş daşınamz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 135000 manat, likvid dəyəri 115000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissədə İddiaçı2, 1/3 hissədə X7 və 1/3 hissədə Cavabdeh mülkiyyətlərində olub. İddiaçı2 və X1 Fərman Murad oğluna qarşı “payların naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə araşdırması davam edən zaman, xx.xx.2022-ci il tarixdə X13 vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X7 vərəsəsi İddiaçı1dır. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölgüsü” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Hazırda ümumi sahəsi 58,10 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilinin 1/3 hissəsi İddiaçı2 adına xx.xx.2021-ci il tarixdə, 1/3 hissəsi Cavabdeh adına, 1/3 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçılar tərəfindən cavabdehə mənzilin hər ikisinə məxsus olan payın Cavabdeh tərəfindən onlara ödənilməsi, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəfindən ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdən bölünməsi təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçıların bununla bağlı ərizəsinə cavab verməmişdir. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq hər ikisinə (İddiaçı2 və İddiaçı1) məxsus olan payın dəyərinin məhkəmə tərəfindən müəyyən olunaraq Cavabdeh tərəfindən onlara ödənilməsi, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəfindən cavabdehə ödənilməsi, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı tərəflər arasında paylarının kompensasiya edilməsi ilə bağlı razılıq olmayıb (cavabdeh onun payının dəyərinin iddiaçılar tərəfindən ödənilməsinə və ya onun tərəfindən iddiaçıların payının dəyərinin ödənilməsinə), lakin tərəflər mənzilin açıq hərraca 100000 (yüz min) manata çıxarılması ilə bağlı razılıq əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasınınmərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Belə ki, paylı mülkiyyətdə olan ünvan 1 saylı mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olan İddiaçı2, 1/3 hissəsinin mülkiyyətçisi olan X12 və mənzilin qalan 1/3 hissəsinin mülkiyyətçisi olan Cavabdeh ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı2 və X12 öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçılar mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə məhkəmə qətnaməsi mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/24-071 saylı məlumatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 135000 manat, likvid dəyəri 115000 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi zamanı "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli LP-238/2023 rəyinə əsasən həmin mənzilin (təmir vəziyyəti nəzərə alınmaqla) hazırkı bazar qiyməti 11600 manat, likvid qiyməti 105000 manat təşkil edir. Məhkəmə tərəfindən həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/1411-9/1355 saylı rəyinə əsasən rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 125000 manat məbləğində, likvid dəyəri isə təqribən 112000 manat dəyərində müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/1411-9/1355 saylı rəy nəzərdən keçirilərkən müəyyən edilib ki, ekspert tərəfindən mənzilin ümumi sahəsi 58,10 kv.metr olmasına baxmayaraq, mənzilin ümumi sahəsi 66,6 kv.metr kimi göstərilərək, 1 kv.metr üçün orta bazar qiyməti 1874 manat göstərilməklə, mənzilin bazar qiyməti 125000 manat müəyyən edilib. Məhkəmə iclasında isə tərəflər əmlakın qiyməti ilə bağlı razılığa gələrək, əmlakın 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmanı xahiş etmişlər. Məhkəmə hesab edir ki, tərəflərin razılığına uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzili 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar tələb etmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməli, iddia təmin edidiyindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, həmçinin aparılmış əmlakın qiymətləndirilməsinin dəyəri olan 300 manat məbləğində pul "xxxx" MMC-nin hesabına cavabdehdən tutularaq ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi Cavabdeh verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar