Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-173/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, pul vəsaitinə pay hüququnun tanınması” tələbinə dair digər iddiaları üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 290 manat dövlət rüsumunun tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)- 3395/2024 saylı mülki iş üzrə, İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, pul vəsaitinə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı1 dəyəri 400 manat olan 5 qramlıq boyunbağı, dəyəri 450 manat olan 5 qramlıq alyans üzük, dəyəri 280 manat olan 3 qramlıq üzük, dəyəri 450 manat olan 6 qramlıq setka üzük, dəyəri 750 manat olan 10 qramlıq-qalın əl işi bilərzik, dəyəri 700 manat olan 8 qramlıq əl işi sırğa, dəyəri 300 manat olan 3 qramlıq məscidi klonun, ümumi dəyəri 3330 manat olan qızıl-zinət əşyalarımın özünə qaytarılması, 35000 manat pulun yarısına pay hüququnun tanınmaqla bölünüb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-3395/2024 saylı qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “qızıl-zinət əyalarının qaytarılması və pul vəsaitinə hüququnun tanınması” tələbinə dair 2(007)-3395/2024 nömrəli mülki iş, İddiaçı1 Cavabdeh və qeyrilərinə qarşı “pul” tələbinə dair 2(007)-2516/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş, bir icraatda birləşdirilmiş 2(007)-2516/2024 nömrəli mülki iş saxlanılmaqla 2(007)-3395/2024 nömrəli mülki işin icraatına xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə ilkin iddia tələbi üzrə İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə xitam verilməsini, həmçinin, digər iddia üzrə İddiaçı2 iddia tələbindən imtina etdiyini, mülki iş üzrə icraata xitam verilməsini və məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını, ilkin iddia üzrə barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, həmçinin digər iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, digər iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.5-ci maddəsinə əsasən, iddiçının iddiadan imtina etməsi, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, pul vəsaitinə pay hüququnun tanınması” tələbinə dair digər iddiaları üzrə mülki işin icraatına xitam verilsin. İlkin iddia tələbi üzrə İddiaçı1 və Cavabdeh aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. İddiaçı1 İsmayıl oğlu mübahisə predmeti olan pul vəsaitinin cavabdeh oğlu Cavabdeh bağışlanmış və ailənin ümumi problemlərinə xərclənmiş olan vəsait olmasını qəbul edərək pulun geri qaytarılması barədə hazırkı iddiasından imtina edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir (2.1, a).
2. Cavabdeh mübahisə predmeti olan pul vəsaitinin atası və iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1 İsmayıl oğluna məxsus olmasını və ona üzərində sərəncam verilməsi üçün verildiyini qəbul edərək vəsaitin ailənin ümumi xərcləri və gərəkli problemlərinə xərcləndiyini bildirməklə iddiaçının iddiasından imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə öz razılığını bildirir (2.1, b).
3. Tərəflər sazişin müddəalarına riayət etməklə ailə münasibətlərində ümumi anlaşmanın müvəffəqiyyətlə bərpa olunması məqsədilə bütün iddialarından imtina edir və müqavilənin 2.1-ci maddəsində qeyd olunmuş əsaslarla iş üzrə icraata xitam verilməsinə öz razılığını bildirirlər (2.1, v).
4. Tərəflər razılığa gəlirlər ki, sazişdə qeyd olunan şərtlərə birgə riayət etməklə biri-birilərinə qarşı sözügedən mübahisəli vəziyyətlərə dair və yaxud gələcəkdə digər məzmunlu iddialar verməyərək, ərizələrin təqdim olunmasını, rəsmiləşdirilmənin təmin edilməsini həyata keçirəcək və iş üzrə icraatlara xitam verilməsini qeyd şərtsiz təmin edəcəklər (2.2).
5. Hazırkı razılaşmanın icrası qaydasını tərəflər birlikdə müəyyən edirlər və saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 2.1, 2.2 və 3.2-ci bəndindəki vəzifələrin icrasına başlanılır (3.1).
6. Tərəflər (və ya vəkil və nümayəndələri) bu sazişin imzalarla təsdiq edilmiş nüsxəsini Bakı şəhər Nizami Rayon Məhkəməsinə təsdiq olunması üçün təqdim edirlər (3.2).
7. Bu saziş imzalarla təsdiqlənir və məhkəmə tərəfindən qəbul edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda mülki iş üzrə icraata barışıq sazişi əsasında xitam veriləcəkdir (4.1).
8. Bu sazişin hər hansı müddəasının öz qüvvəsini itirməsi və ya hər hansı səlahiyyətli məhkəmənin qərarı yaxud hər hansı orqanın tərəflər üçün öhdəlik yaradan qərarı ilə səhv və ya etibarsız elan olunması sazişin digər müddəalarının səhv və ya etibarsız hesab olunması üçün əsas deyil. Buna görə də belə olan halda tərəflər danışıq yolu ilə müvafiq müddəaların dəyişdirilməsi ilə bağlı elə razılığa gələcəklər ki, həmin müddəalar bu sazişin şərt və tələblərinə uyğun gəlsin (4.2).
9. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər (4.3).
10. Bu saziş, məhkəmə tərəfindən təsdiq edildiyi gündın qüvvəyə minir və tərəflər üçün hüquqlar və vəzifələr müəyyən edir (4.4).
11. Bu sazişdə tərəflərin razılaşdıqları müddəaların pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcəkdir (4.5).
İddiaçı1, Cavabdeh və İddiaçı2 izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Qumru Əliyeva