Məhkəmə qərarları › İş №e-2(007)-1792/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1792/2022

03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1792/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçılar İddiaçı1, X2, İddiaçı3 Qurbətəli oğlunun və onların vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 manat İddiaçı2, 3600 manat İddiaçı3 və 5860 manat İddiaçı1 olmaqla, ümumilikdə 11960 (on bir min doqquz yüz altmış) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 126,40 (bir yüz iyirmi altı manat, qırx qəpik) manat pul vəsaitinin tutularaq iddiaçlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar Ağsu rayonu ərazisində özlərinə məxsus yük avtomaşınları ilə mişar daşı daşıyaraq satmaqla məşğul olurlar. 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən sonra dövlət tərəfindən zəlzələdən ziyan dəymiş evlərin tikinti və bərpa işləri aparılmasına başlanılmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Seymur adlı şəxs həmin tikinti və bərpa işləri aparan şəxslər olmuşlar. 2019-cu ilin iyul ayında ilk dəfə iddiaçı X19 adlı şəxslə razılaşaraq onun göstərdiyi yerə aparıb mişar daşlarını boşaltmış və ertəsi gün də Seymur ona daşın pulunu vermişdir. Bundan sonra Seymur aparılan tikinti işlərinin həcmi böyük olduğu üçün daha çox mişar daşı lazım olduğunu bildirmişdir. Bu səbəbdən İddiaçı1 sürücü yoldaşları olan İddiaçı2 və İddiaçı3 da bu işə qoşulmağı təklif etmiş, onlar da bu təkliflə razılaşmışlar. Bundan sonra Seymur iddiaçıları cavabdehlərlə tanış edərək həmin şəxslərin aparılan tikinti işlərində rəhbər şəxslər olmasını bildirmişdir. Beləliklə də iddiaçılar cavabdehlərin sifarişləri əsasında dəfələrlə müxtəlif yerlərdə gedən tikinti işlərinə aparıb mişar daşları vermişlər. Cavabdehlər əvvəllər verilən mişar daşlarının pullarını iddiaçılara ödəsələr də, sonradan cavabdehlər verilmiş mişar daşlarının pullarını ödəməmişlər. Bunun nəticəsində cavabdehlərin 4500 manat İddiaçı2, 3600 manat İddiaçı3 və 5860 manat İddiaçı1 olmaqla, iddiaçılara ümumilikdə 14960 manat borcları yaranmışdır. İddiaçılar dəfələrlə cavabdehlərdən pulun ödənilməsini tələb etmiş, lakin heç bir xeyiri olmamışdır. Yalnız müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cavabdehlər onlara borcun 1000 manatını geri qaytarmışlar. Sonuncu dəfə isə 2021-ci ilin oktyabr ayında iddiaçıların səyi ilə cavabdehlər İddiaçı2 olan borcdan 2000 manatı qaytarmışlar. Hal-hazırda cavabdehlərin 2500 manat İddiaçı2, 3600 manat İddiaçı3 və 5860 manat İddiaçı1 olmaqla, iddiaçılara ümumilikdə 11960 manat borcları qalmışdır. İşin yuxarıda qeyd olunan bütün halları iddia ərizəsinə əlavə edilmiş Ağsu rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında da öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarda cavabdehlərin iddiaçılardan mişar daşı almaları və bunun nəticəsində onların iddiaçılara ümumilikdə 11960 manat borcları qalması öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçılar min bir əziyyətlə daş daşıyıb öz ailələrini dolandırmaqla məşğul olur və onlara çatası öz halal pullarını bu vaxta kimi cavabdehlərdən ala bilmirlər. İddiaçılar dəfələrlə cavabdehlərin bu qanunsuz hərəkətləri barədə müxtəlif orqanlara şikayət etsələr də, heç bir nəticəsi olmamış və iddiaçılara bu barədə məhkəməyə müraciət etmələri izah edilmişdir. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Bütün yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 manat İddiaçı2, 3600 manat İddiaçı3 və 5860 manat İddiaçı1 olmaqla, ümumilikdə 11960 manat məbləğində pul tutularaq, iddiaçılara ödənilməlidir. Cavabdeh1 məhkəməyə etiraz verərək, ona münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində göstərilən mişar daşlarının alınmasında, dəyərinin ödənilməsində onun heç bir iştirakı olmayıb və ola da biliməzdi. Belə ki, 2019-cu ilin fevral ayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldıran zamanı o, Şamaxı rayonunda işləmiş və Ağsu rayonuna heç bir aidiyyəti olmamışdır. İddiaçıların iddia ərizəsində istinad etdikləri, sübut kimi məhkəməyə təqdim etdikləri Ağsu rayon Polis şöbəsinin xx.xx.2021 il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərara gəldikdə o, həqiqətən şöbədə bu məsələ araşdırılarkən Polis şöbəsində olmuş və izahat vermişdir. Həmin izahatın verilməsinin səbəbi isə onun oğlu Çingiz İsmayılovun şəxsi mülkiyyəti olan minik avtomobilinin iddiaçı Azadxan Fətəliyevin arvadı və özü tərəfindən zəbt olunması olmnşdur. Təbiidir ki, bir iş yoldaşı kimi Cavabdeh2 tanıyır. Onun Cavabdeh2 tanımağı ona əsas vermir ki, onun oğlunun şəxsi mülkiyyəti olan avtomobil iddaçılar tərəfindən zəbt olunsun və o, iddia ərizəsində göstərilən cavabdehlərin məsuliyyətinə şərik olsun. Ona görə iddiaçılar kimə və ya kimlərə mişar daşı satıblarsa həmin şəxslərə qarşı da iddia qaldırmalıdırlar. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, sürücüdür və daş satışı ilə məşğul olur. 2019-cu ilin yay aylarında Seymur adlı şəxs ona onların Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə Ağsuda zəlzələdən zərər çəkmiş evləri bərpa etməyə gəldiklərini, onlara daş lazım olduğunu demişdir. O, ilk dəfə daşı öz maşını ilə aparmış və ona pulu səhəri gün gəlib götürməsini demişlər. O da səhəri gün gedib pulu götürmüşdür. Sonra çox tələbat olduğunu görmüş, oradakı kariyerlərlə də danışıb aparıb tikintiyə daşı təhvil vermişlər. Ora onlar çay daşı, beton qrabel, atsep aparmış, hər bir çay daşının maşınını 120 manat, mişar daşının hər birini isə 60 qəpikdən verirdilər. Cavabdehlər aralarında olan şifahi razılıq əsasında onların pulunu 3-5 günə verirdilər, bunlar heç bir haqq-hesab aparmırdılar, onlarda o qədər inam yaratmışdırlar ki, onlar cavabdehlərin belə edəcəklərini ağıllarına belə gətirmirdilər. Ona cavabdehlərin 5860 manat, Azadxana 2500 manat borcu, iddiaçılara isə ümumilikdə 14000 manat borcları var idi. Onlar iddia tələbini verəndə onlara ödənilmiş məbləğləri çıxaraq borcu yazmışlar. Borc məbləğindən 2000, onlara əvvəldən verilmiş 1430 manat çıxılmışdır. 2000 manat borcun 1800 manatını karta vurmuş, 200 manatını da əlbəəl vermişlər. Onların nə qədər borcu olduğu cinayət işində də var. Bu işi o dediyinə görə iddiaçı Azadxanın həyat yoldaşı elə bilirdi ki, pulu o almışdır və vermir. Buna görə də Azadxanın həyat yoldaşı hər gün gəlib pulu ondan istəyirdi. Sonra o, cavadehlərlə rastlaşmış, Azadxanın yoldaşı onun pulunu verməsələr özünü avtomobilin altına atacağanı demiş, bunlar da Azadxanın kartına 2000 manat pul vurmuşlar, daha sonra inam yaratmaq üçün də avtomobilərini Azadxanın həyətində saxlamışlar ki, pulun qalanını 2 gün ərzində gətirib, avtomobili götürəcəklər. Bundan sonra bu gün sabah verəcəklərini desələr də, 1 ay keçmiş, pulu verməmişlər. Bundan sonra gecə vaxtı post patrul avtomobili gəlib ondan həmin adamların maşınını aldığı üçün şikayət olduğunu bildirmiş, o da demişdir ki, əgər onların avtomobilini almışdırsa qaynar xəttə zəng edərdilər, 1 ay bundan əvvəl onun avtomobilini əlindən almışlar. Onlar polislərlə Azadxanın həyətinə getmişlər və orada Azadxanın yoldaşı avtomobili vermək istəmirdi. Sonra İsmayıl ilə telefon əlaqəsi yaratmışlar, İsmayıl avtomobili vermələrini, 2 günə pulu qaytaracaqlarını demiş, onlar da avtomobili vermiş və avtomobili aparmışdırlar. Cavabdehlər isə sonra nə pul vermiş, nə də əlaqə saxlamışlar. O, həmçinin bildirdi ki, İsmayılı ay yarım sonra tanımış, sonradan münasibətləri qardaş kimi olmuşdur. O, ilk dəfə cavabdehlərdən şikayət edəndə əli gəlmirdi ki, ərizəni versin. O, ərizəni 15 gün özündə saxlamış, Məhəmmədi tapa bilmədikdən sonra şikayət etmişdir. O, dəfələrlə daşın pulunu istəyində İsmayıl demişdir ki, Məhəmmədə deyəcək ki, pulu versin. Məhəmməd demişdir ki, İsmayıl onların ağsaqlıdır, İsmayıl müəllim göstəriş verəndən sonra 960 mantalıq daş aparmışdır. O, həmin 960 manatın hansı puldan olduğunu, İsmayılın dediyi puldan olduğunu, yoxsa o biri borcdan verildiyini bilmir. O, Məhəmmədin icazəsi olmadan daş boşaltmamış, hər dəfə ona deyəndən sonra daşı aparmışdır. Bir neçə dəfə deyəsən, Məhəmmədin dostunun evinə də daş aparmışdır. Ona hər maşında 50-60 manat, maşının sınığını xərcini də nəzərə alanda isə 3 manat pul qalırdı. Onlar Ağsuda da təhqiqat aparılan zaman eyni izahatı vermişlər. Məhkəmə iclasında iddiaçı X12 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdehlər apardığı daşa görə 4500 manat pul verməli idilər, həmin pulun 2000 manatını karta yükləmişlər, cavabdehlərdə 2500 manat pulu qalmışdır. Məhkəmə iclasında İddiaçı3 Qurbətəli oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onun daşıdığı daşın 3600 manatını cavabdehlər verməmişlər. O, daş, qum və s. daşıyırdı, əvvələr daşıdığı daşın pulunu 2-3 günə verirdilər, sonra bu gün sabah ödəyəcəklərini, 1 həftəyə borcları verəcəklərini desələr də borc yığılıb qalmış, cavabdehlər ödəniş etməmişlər. Onlar daşı və qumu götürəndə heç bir sənədləşmə işi görmürdürlər. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavadehlər Fövqəladə Hallar Nazirliyinin adı ilə gəldiklərinə görə iddiaçılar da fikirləşmişdir ki, dövlət idarəsidir, yəqin ki, onları aldatmazlar. İddiaçılar Fövqəladə Hallar Nazirliyinə də bu məsələ ilə bağlı müraciət etmişlər, onların müraciətinə cavab olaraq bildirmişər ki, hüquq mühafizə orqanlarına müraciət edilsin. İddaçılar prezidentə, icra hakimiyyətinə, prokurorluğa, polisə müraciət etmişlər, onlar da iddiaçılara məhkəməyə müraciət etmələrini bildirmişlər. Bu məsələ ilə bağlı hallar Ağsu rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. İsmayıl müəllim polisdə pulun bir qisminin verildikdən sonra 13000 manata yaxın borc qalması barədə izahat vermişdir. o, iddiaçıların sadəcə 8500 manatı qəbul etmədiklərini, iddianın tam təmin edilməsini istədiklərini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək, iddianı qəbul etmədiyini, onun bu işlərdən xəbəri olmadığını, məbləğin miqdarını bilmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 onun yoldaşı olmuşdur, o da həmin vaxt Şamaxıda işləyirdi. Həmin vaxt Seymur da Ağsu rayonunda işləyirdi, Seymur Məhəmmədin işçisi idi. Əslində daşı Seymur götürmüşdür. Məhəmmədin avtomobili olmadığı üçün onunla Ağsuya getməyi xahiş etmiş və o da onunla ora getmişdir. Orada onun avtomobilini verməmiş, avtomobili bir ay həyətlərində saxlamışlar. Avtomobil oğlunun adına olduğundan oğlu şikayət etmiş və ondan sonar maşını vermişlər. Həmin vaxt onun səhvi ondan ibarət olmuşdur ki, o, iddiaçılar yerlisi olduğu üçün 102-yə zəng etməmişdir. Zülfü ona tez-tez zəng edirdi ki, Məhəmməd telefonu açmır, ona de ki pulu versin. Oradakı 2000 manatı Məhəmməd qardaşına zəng etdikdən sonra karta vurmuşlar. O, bir dəfə yerlisi üçün Zülfiyə daş demiş, Zülfi də aparıb daşı tökmüş, əvəzində də o, 960 manat pulunu vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən, yəni borcun 8500 manatını qəbul etdiyini, burada ümumi borcun məbləğinin bilinmədiyini, borc məbləğinin bu qədər olmadığını, maddi imkanı pis olduğu üçün pulu qaytara bilmədiyini və həmişə Zülfiyə gözləməsini, borcu ödəyəcəyini dediyini qeyd etdi. O, əlavə olaraq bildirdi ki, şahid qismində ifadə vermiş X5 dedikləri düzdür, amma Seymur onun göstərişi ilə daş aparmamış və ona borc məbləğinin bu qədər olduğunu deməmişdir. Əvvəl də Zülfigil ilə aralarında borc olmuş, onlar o borcu bağlamış, sonra yenə borc yaranmış və o, borcunun bu qədər olduğunu bilməmişdir. O, borcdan 1000 manat poçtla, 400 manat də bir dəfə göndərmiş, 2000 manatı da maşınla bağlı vermişdir. Onun həmin vaxt telefonu bağlı olmuşdur. Onların Zülfi ilə dost münasibətləri olmuşdur. Zülfinin ondan şikayət edəcəyinə inanmazdı. O, hal-hazırda 8500 manatı ödəyərək tərəflərlə barışıq əldə edilməsini istədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi X7 hazırda Cavabdeh2 1500 manatı gətirmiş, əgər tərəflər razı olarasa, yerdə qalan 7000 manat məbləği də ən geci 1 ay ərzində onlara ödəyəcəkdir. Tərəflər razı olmadığı təqdirdə isə, 8500 manat məbləği Cavabdeh2 qəbul etdiyindən, yerdə qalan borc məbləğinin olması isə iddiaçılar tərəfindən sübut edilmədiyindən iddianın qismən təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, bu günki gün İsmayıl müəllim burada cavabdeh deyil, çünki daş sifariş verməmiş, verdiyi sifarişin də pulunu vermişdir. İddiaçılar İsmayılı ondan ötrü cavabdeh seçiblər ki, Seymurun pulu yoxdur, pulu əldə etmək üçün İsmayılı cavabdeh kimi qoymuşlar. Həmçinin, bildirdi ki, bu məsələ ilə bağlı cavabdeh qismində Cavabdeh2 deyil, X11 çıxış etməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X10 şahid qismində ifadə verərək göstərmişdir ki, o, 1990-ci ildən 2021-ci ilədək Ağsu rayon İcra hakimiyyətində işləmiş, təzəlikcə pensiya çıxmışdır. Bu məsələ ilə əlaqədar iddiaçılar tərəfindən çoxsaylı ərizələr daxil olmuşdur. O, iddiaçıları danışmaq üçün dəvət etmiş, lakin Məhəmməd ilə danışa bilməmişdir. Cavabdeh İsmayıl ilə isə telefonla danışmış, İsmayıl iddiaçıların daş gətirdiklərini, amma indi hesablarında pul, borcun 12-14 min manat olduğunu, borcun ödəniləcəyini demişdir. O da ərizəçiləri çağırmış, ödəyəcəklərini bildirdiklərini, ərizə yazmamamalarını bildirdmişdir. Bu məsələni bilməyən adam yoxdur, iddiaçı tərəfin şikayət etmədiyi yer qalmamışdır. Bu hadisələr 2019-cu il tarixdə baş vermişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X11 şahid qismində ifadə verərək göstərmişdir ki, tərəflərin heç biri ilə qohum deyildir. Həmin vaxt adı yadında qallmadığı şirkətdə rəsmi işləmirdi, bu şirkət X14 və Şamaxı rayonunda olan dağılmış evlərin yenidən bərpası ilə məşğul idi. O və İsmayıl müəllim iş icraçısı idi, şirkətin rəhbəri Məhəmməd müəllim idi. O, usta işini təşkil edir, çatışmıyan materialları tapırdı, şirkətin bütün işlərini İsmayıl müəllim edirdi. Ona əmək haqqını Məhəmməd müəllim verirdi, İsmayıl müəllimə kimin əmək haqqı verməsini isə bilmir. O, Məhəmməd müəllimə dedikdən sonra daşı Zülfidən alırdı, nə qədər daş alındığını xatırlamasa da, son borc 11.700 manat olmuşdur. Borcun bu qədər olmasını Məhəmməd müəllim son anda bildi və etirazı oldu, haqqı-hesab apardı. Məhəmməd müəllim pulun bu qədər böyüməsindən narazı idi. Məhəmməd müəllimin hesablamasına görə borc 8000 manat idi, sonra dəqiqləşdirib borcun 11700 manat olduğunu demişdir. Daşla bağlı Zülfiyə əvvəl də borc yaranmış, həmin borcu bağlamışlar, lakin sonra yenidən borc yaranmışdır. Daşları Zülfi nisyə gətirirdi, pulunu sonra ödəyirdilər, belə bir göstərişdən onun xəbəri var idi. İş yekunlaşandan sonra dəqiqləşdirdikləri borc məbləği olan 11700 manatdan 2000, 400 və 1000 manat ödənilmişdir. Başqa yerə, başqa məqsədlə aparılan daşların pulları ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar İddiaçı1, X6 və Zeynalov X4 Məhəmməd Əli oğlu və Cavabdeh1 dəfələrlə çay daşı, mişar daşı, beton qrabel və atsep satmışlar. Əvəllər iddiaçıların satdıqları malların dəyəri ödənilsə də müəyyən müddətdən sonra nisyə alınmış malların dəyəri ödənilməmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ilin fevral ayında Şamaxı və Ağsu rayonlarında baş vermiş zəlzələdən sonra dövlət tərəfindən zəlzələdən ziyan görmüş evlərinin tikinti və bərpa işlərinin aparılması başlanılmış, həmin vaxt o, Şamaxı rayonunda, tanışı Cavabdeh2 isə Ağsu rayonunda bir neçə evin tikinti işləri üzrə nəzarətçi kimi işləyirmiş. Cavabdeh2 onun keçmiş tanışı olduğu üçün o, Şamaxıda işləsə də tez-tez Ağsu rayonuna gələrək Məhəmməd ilə görüşürmüş, həmin vaxt isə Ağsu rayon Ağabəyli kənd sakini İddiaçı1 onu bir-neçə dəfə Məhəmmədin yanında görmüşdür. Məhəmməd Ağsu rayonu ərazisində işlədiyi müddətdə İddiaçı1 bir neçə dəfə mişar daşları almış, həmin mişar daşlarının bir qisminin pulunu versə də onun bildiyinə görə təxminən 13.000 manat borcu qalmış, lakin onun özünün İddiaçı1 və ya başqa hər hansı bir şəxslərlə alış-verişi olmamış və heç kimə, o cümlədən Zülfiyə pul borcu olmamışdır. Təxminən 2021-ci ilin oktyabr ayının əvvələrində o, tanışı Cavabdeh2 ilə birlikdə Ağsu rayon Ərəbuşağı kəndinə gəlmişdir. Həmin kənd ərazisində oğlu Çingiz İsmayılova məxsus, lakin onun etibarnamə ilə idarə etdiyi Mersedes Benz E200 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən təsadüfən İddiaçı1lə rastlaşmışlar. Zülfi onların avtomobilinə əl işarəsi edərək avtomobili saxlatdırmış və onun idarə etdiyi avtomobilə əyləşərək Ağsu rayonu daş bazarı adlanan yerə avtomobili sürməyini demişdir. O isə məcbur qalaraq Zülfinin dediyi yerə avtomobili sürmüş və daş bazarına çatdıqdan sonra orada Zülfinin ailəsinə məxsus olan çayxanaya girərək stolların birində əyləşmişlər. Bundan sonra isə Zülfi Məhəmməddən borcunu verməsini tələb etməyə başlamış və borcunu verməyəcəyi halda onlara hədəqorxu gələrək onları buraxmayacağını və burada saxlayacağını bildirmişdir. O və Məhəmməd, Zülfiyə onları buraxmasını və Məhəmmədin tezliklə borcunu geri verəcəyini, həmçinin Zülfiyə Məhəmmədin pul borcunun olmasının ona heç bir aidiyyatı olmadığını, heç olmasa onu buraxmasını səhhətində problem olmasını desə də Zülfi Məhəmmədin borcunu verməyəcəyi halda onları heç bir yerə buraxmayacağını bildirmişdir. Onlar Zülfi ilə çayxanada söhbətləşən zaman təxminən bir saat sonra oraya adını sonradan bildiyi Azadxan və arvadı Aygün gəlmiş, Zülfi Məhəmmədə həmin şəxsləri təqdim edərək pul borcunun bir qisminin həmin şəxslərin pulu olmasını bildirmişdir. Bundan sonra isə Aygün onlarla mübahisə etməyə başlamış və onlardan pulunu istəmiş, lakin o, Aygün və əri Azadxana həmin pul borcunun ona aidiyyatı olmadığını bildirsə də Aygün buna məhəl qoymayıb orada vay-şüvənlik edərək onları öldürcəyini, heç bir yerə buraxmayacağını və tez pulu vermələrini tələb etmiş, lakin onlar üzərlərində pul olmadığı üçün pul verə bilmədiklərini və buna görə Zülfi və Aygün adlı şəxslər onları təxminən 5-6 saat müddətində Zülfiyə məxsus çayxanada saxlamış və getmələrinə imkan verməmişlər. Bundan sonra isə Məhəmməd və o, məcbur qalıb Bakı şəhərində yaşayan tanışlarına zəng edərək onlara pul göndərmələrini xahiş etmişlər və təxminən 1-2 saat müddətində 1800 manat pul tapmış və tanışı həmin pulu Zülfinin onlara verdiyi plastik karta yükləmişdir. Onlar həmin kartdan 1800 manat pulu çəkərək üstünə də Məhəmmədin üzərində olan 200 manat pulu qoyub 2000 manat düzəltmiş və Məhəmməd Zülfiyə həmin pulu vermiş, sonra isə onlar artıq getmək istəmiş, lakin Aygün və Zülfi onlara yenidən hədə-qorxu gələrək pul borclarını tam ödəməyi tələb etmiş və onları buraxmayacaqlarını bildirmişlər. Zülfi və Aygün onları artıq saxlamağın bir mənası olmadığını görüb, Zülfi onun idarə etdiyi avtomobili işarə edərək avtomobili girov götürəcəklərini və aparıb Aygünün evinin həyətində saxlayacaqlarını bildirmiş, lakin o, Aygün və Zülfiyə avtomobilin oğlu Çingiz İsmayılova məxsus olduğunu, həmçinin Məhəmmədin onlara olan borcunun ona heç bir aidiyyatının olmadığını bildirmiş, buna baxmayaraq Aygün avtomobilin qarşısına keçərək avtomobilə ziyanlıq yetirəcəyini, şüşələrini vurub qıracağını və avtomobili yandıracağını deyərək avtomobili onlara verməyi tələb etmiş, onlar çıxılmaz vəziyyətdə qaldığı üçün nə edəcəklərini bilməmiş, həmin vaxt Zülfi Aygün və əri Azadxanı onun avtomobilinə mindirmiş və ondan avtomobili idarə edərək Azadxanın evinə sürməyini tələb etmişdir. Material üzrə izahatı alınmış Cavabdeh2 eyni məzmunlu izahat verərək Cavabdeh1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2019-cu il tarixdə Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində zəlzələdən ziyan görmüş evlərinin tikintisi zamanı həmin tikinti işlərinə rəhbərlik edən Cavabdeh1 və Cavabdeh2 zəlzələdən ziyan görmüş evlərin tikintisi zamanı mişar daşları almaq üçün X16 və X8 ilə şifahi formada razılaşmış, həmin razılaşmanın müqabilində Azadxan Fətalıyev və İddiaçı1, İsmayıl və Məhəmmədə mişar daşları satmış və həmin mişar daşlarının satılması nəticəsinədə tərəflər arasında borc münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 Ağsu rayonuna gələn zaman Ağsu şəhəri ərazisində təsadüfən İddiaçı1lə rastlaşmış, bu zaman İddiaçı1 onlardan pul borcunu tələb etməyə başlamış və onlarla söhbət etmək üçün onları Ağsu rayon Navahı kəndi ərazisində yerləşən çayxanaya dəvət etmişdir. Həmin çayxanada Cavabdeh1 və Cavabdeh2 əvvəlcə İddiaçı1lə daha sonra isə Azadxan Fətalıyev və həyat yoldaşı Aygün Fətalıyeva ilə aralarında olan pul borcu ilə bağlı söhbət etməyə başlamışlar. Söhbət zamanı İsmayıl və X1 4500 manat borcunun 2000 manatını ödəmiş, qalan 2500 manat pulu isə qısa müddətdə ödəyəcəklərinə söz vermişlər. Lakin həmin vaxt tərəflər arasında tam razılıq əldə olunmadığı üçün Cavabdeh1 oğlu Çingiz İsmayılova məxsus avtomobili qalan pul borcunun ödənilməsinə inam yaratmaq üçün öz razılığı ilə Ağsu rayon Daşdəmirbəyli kəndində Azadxan Fətalıyevin yaşadığı ünvana aparmışdır. Araşdırma zamanı Çingiz İsmayılovun müraciətində göstərdiyi, yəni İddiaçı1 və Aygün Fətalıyevanın ona məxsus avtomobili atası Cavabdeh1 hədə-qorxu gələrək Cavabdeh1 əlindən alması barədə xüsusatlar öz təsdiqini tapmamışdır. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2500 manat İddiaçı2, 3600 manat İddiaçı3 və 5860 manat İddiaçı1 olmaqla, ümumilikdə 11960 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 126,40 manat pul vəsaitinin tutularaq onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbində qeyd olunana pul məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsi ilə bağlı bildirir ki, hazırki mübahisə zamanı malları Cavabdeh2 sifariş verdiyindən, əvvəllər sifariş verilmiş malların dəyəri onun tərəfindən ödənildiyindən və hazırda tələb olunan pul məbləği də Cavabdeh2 tərəfindən ödənilməli olması qismən etiraf edildiyindən, onun tərəfindən və iş üzrə mövcud olan digər sübutlarla da Cavabdeh1 hazırki mübahisəyə aidiyyətinin olmaması təsdiq edildiyindən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini qaytarmağı öhdəsinə götürür; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə eyni zamanda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 nisyə mal almaqla iddiaçılar qarşısında öhdəlik götürdüyündən, nisyə aldığı malların dəyərini iddiaçıya qaytarmalı olduğundan, iddia tələbini qismən, yəni tələbdə qeyd olunan pul məbləğinin 8500 manat hissəsini qəbul etdiyindən, borc məbləğinin 8500 manat olması halını sübut edə bilmədiyindən iddia tələbində qeyd olunan borc məbləğini ödəməlidir. Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda həmin malların bir qisminin pulunun Cavabdeh2 tərəfindən verildiyini, lakin buna baxmayaraq onun bildiyinə görə təxminən 13.000 manat borc qaldığını bildirmiş, material üzrə izahatı alınmış Cavabdeh2 da eyni məzmunlu izahat verərək Cavabdeh1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə Cavabdeh2 borcunun 8500 manat qalması dəlili ilə bağlı qeyd edir ki, o, iddiaçılara ödəniş etdikdən sonra həmin məbləğdə borcu qalmasını bildirsə də bu hal onun tərəfindən müvafiq sübutlarla təsdiq edilməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən məhkəməyə iddiaçılara konkret verilmiş sifarişlər və onun tərəfindən aparılmış ödənişlərlə bağlı sənədlər təqdim edilməmişdir. Halbuki, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən o, iddiaçılardan aparılmış ödənişlərin təsdiq edilməsi barədə sənədlər tələb etməli idi. Belə təsdiqedici sənədlər olduğu halda onun tərəfindən ödənişlərin aparılması müəyyən oluna bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2̇ oğlundan 2500 manat Fətalı̇ yev Azadxan Mı̇ sı̇ r oğlunun, 3600 manat İddiaçı3̇ oğlunun, 5860 manat İddiaçı1̇ Ağabəy oğlunun xeyrinə olmaqla ümumilikdə 11960 manat və dövlət rüsumuna görə ödənilmiş 126,40 manat vəsaitin əvəzi iddiaçıların xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təəmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2̇ oğlundan 2500 manat Fətalı̇ yev Azadxan Mı̇ sı̇ r oğlunun, 3600 manat İddiaçı3̇ oğlunun, 5860 manat İddiaçı1̇ Ağabəy oğlunun xeyrinə olmaqla ümumilikdə 11960 manat və dövlət rüsumuna görə ödənilmiş 126,40 manat vəsaitin əvəzi iddiaçıların xeyrinə tutulsun . İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar