Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1910/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən DİN DYPİ-nin xx.xx.2024-cü il tarixində qəbul etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi(BDYPİ) tərəfindən barəsində çıxarılmış və mübahisələndirilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 05 aprel 2024-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanda tərəfindən İXM-nin 327.1, 327.3, 327.2 maddələrinin tələblərinin pozulması iddiası ilə barəsində İXP6156950 nömrəli protokol vəTP6395870 nömrəli qərar tərtib olunmuşdur. Asanpay informasiya sisteminə baş verməsi iddia olunan inzibati xətanın foto-şəkilləri, qərar və digər məlumatlar yerləşdirilməmiş, sadəcə bu barədə onun elektron poçt ünvanına AsanPay sistemindən məlumat daxil olmuşdur. TP6395870 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətini xx.xx.2024-cü il tarixində Nərimanov rayon DYP idarəsindən əldə etmişdir. Sənədin üzərində həmin tarix qeyd edilmişdir. DYP İXM-nin tələblərini, xüsusən də 57.1-57.5-ci maddələrini nəzərə almamış, sözügedən qərarın surətini, eləcə də barəsində tərtib edilmiş İXP6156950 nömrəli inzibati xəta haqqında protokolun surətini kağız daşıyıcıda çap edərək poçt xidməti vasitəsilə qeydiyyatda olduğu, eləcə də faktiki yaşadığı ünvanlardan heç birinə göndərməmiş, bundan başqa, həmin qərarın və protokolun surətlərinin PDF variantını elektron ünvanıma da göndərməmişdir. Bu da həmin qərardan iddiaçının məhkməyə şikayət vermək və məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanlarının həyata keçirilməsində çətinlik yaratmışdır. O, AsanPay informasiya sistemində tərəfindən baş verməsi iddia olunan inzibati xətaya dair heç bir maddi sübut və dəlil yoxdur. Bu da yuxarıda qeyd olunan maddələr üzrə tərəfindən inzibati xətanın törədilməməsi anlamına gəlir. Buna görə də o, Asnpay informasiya sistemindən ona daxil olmuş çiy məlumatlar əsasında BDYP idarəsinə xx.xx.2024-cü il tarixində elektron qaydada şikayət yazaraq, tərəfindən sözügedən maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsini sübut edən foto-şəkillərin və ya video görüntülərin ona təqdim edilməsi və ya Asanpay informasiya sisteminə yüklənməsini xahiş etsə də, bu barədə ona əsaslandırılmış cavab verilməmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixində DYP əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbi barədə heç bir məlumata malik deyildir. İddiaçı tərəfindən İXM-nin 327.1, 327.2 və 327.3 maddələrinin tələbləri pozulmamışdır. Əks halda barəmdə protokol tərtib etmiş, sonra isə qərar vermiş DYP əməkdaşı sübutlarını ortaya qoysun. Belə sübutlar olmadığı təqdirdə, sözügedən protokol və qərar ləğv edilməlidir. Buna görə də vəsatət verir ki, bu inzibati xəta haqqında məhkəmə işinə qeydiyyatda olduğu Nizami rayon məhkəməsində baxılsın, çünki bu gün iş günlərində Bakı şəhərdə nəqliyyatın hərəkətindəki intensivliyi və tıxacları nəzərə alaraq, eləcə də yaşadığı evin Nizami rayon məhkəməsinə yaxın olduğunu bildirərək bu şikayətə inzibati xəta törədildiyi üzrə məhkəmədə yox, Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılsın.
İş materialları :
3. İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 idarə etdiyi “HYUNDAİ İX-35” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 75 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir.
X7:
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1910/2024 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir.
5. İddiaçı X4 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1910/2024 saylı qərardadından şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3754/2024 saylı qərardadı ilə X2 tərəfindən verilmiş şikayət təmin edilərək Nizami Rayon Məhkəməsinin 2(007)- 1910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 3754/2024 saylı qərardadı ilə qərara alınmışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindəki uyğunsuzluqla bağlı texniki məsələlər həll edilərək ərizəçinin şikayətinə müvafiq indeks verilməklə qanunla müəyyən edilmiş qaydada baxılmasının təmin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin.
7. İddiaçı X4 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-1910/2024 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
11. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1910/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaı Bakı Apellyasiya Məhkəməsi təərfindən ləğv edilərək geri qaytarıldıqdan sonra mülki işin icraata götürlməsi barədə qərar qəbul edilənədək iddiaçı X4 tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilmişdir.
Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva