Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1910/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçın cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğvi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçın cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-188 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə və cavabdehdən ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 08 yanvar 2025-ci il tarixli icra qeydi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinadən İddiaçı PHŞ-dən hazırki iddia tələbi üzrə İİİ şəxs Maraqlı şəxs MMC-nin (VÖEN: **********) xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1838,12 manat məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1863 manat 12 qəpik pulun tutulması təklif olunmuşdur. Yuxarıda sözügedən icra qeydi xx.xx.2025-ci il tarixdə 8İ-188 nömrəli reyestrlə informasiya sisteminə daxil edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, hazırki iddia ilə qanuniliyini və əsaslılığını mübahisələndirdikləri Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli, 8İ-188 nömrəli reyestr qeydiyyatlı “icra qeydi”nin ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, Maraqlı şəxs MMC ilə aralarında hər hansı bir müqavilə, o cümlədən icra qeydində göstərilən xx.xx.2023-cü il tarixli müqavilə bağlanmamış və Klinikanın sözügedən müəssisəyə bu və ya digər məbləğdə, o cümlədən 1863 manat 12 qəpik məbləğində borcu yoxdur. Qeyd edir ki, Klinikanın mühasibat uçot sənədlərində Maraqlı şəxs MMC ilə İddiaçı PHŞ arasında xx.xx.2023-cü il tarixdə abunə müqaviləsinin bağlandığı, eləcə də sözügedən müqavilə əsasında Maraqlı şəxs MMC-yə 1838,12 manat məbləğində borcun yarandığı barədə hər hansı sənəd və ya məlumat aşkarlanmamışdır. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”ə İddiaçı PHŞ tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 18-1-86/2-167/2024 saylı cavab məktubunda da borcun yarandığı barədə hər hansı sənəd və ya məlumat aşkarlanmadığı tələbkarın diqqətinə çatdırılmışdır. Yuxarıda göstərilən xüsusatlarla yanaşı, nəzərə çatdırır ki, İddiaçı PHŞ, Tibbi Ərazi Bölmələri İdarəetə Birliyi PHŞ-nin tabeliyində olan tibb müəssisəsidir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Klinika fəaliyyəti üzrə aldığı xidmətləri (işləri) qanunvericiliklə müəyyən olunan qaydada kotirovka və ya tender üzrə satınalma müqavilələri əsasında əldə edir.
Cavabdehin etirazı:
3. Cavabdeh "xxxx" MMC-nin baş icraçı direktoru iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı PHŞ cavabdeh “Bakı Şəhəri 30 saylı Notariat Ofisi” na qarşı xx.xx.2025-ci il tarixli, 8İ-188 reyest nömrəli “icra qeydi” nin ləğv edilməsinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri 30 saylı Notariat notariusu X1 xx.xx.2025-ci il tarixli, 8İ-188 reyest nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ilə razı deyillər və hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, icra qeydinin aparılmasına əsas olmuş “Bakcell MMC” ilə İddiaçı PHŞ arasında bağlanmış ***-**** saylı 06 aprel 2023-cü il tarixli “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair Müqavilə” yə əsasən Maraqlı şəxs MMC iddiaçıya mobil rabitə xidmətlərini göstərir, iddiaçı isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ abunəçi tərəfindən şirkətin təqdim etdiyi və hazırki müqavilənin 2 saylı qoşmasında əks olunmuş tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1 saylı qoşmasına görə isə 20 (iyirmi) ədəd nömrə İddiaçı PHŞ-nə təqdim edilmiş, sonuncu həmin nömrələri qəbul etmişdir. Həmin müqavilənin 4.4. maddəsinə əsasən korporativ abunəçi şirkətin təqdim etdiyi xidmətlər ilə bağlı yaranmış borca görə tam məsuliyyət daşıyır və onun vaxtında ödənilməsinə zəmanət verir. Müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilmədiyi üçün Maraqlı şəxs MMC tərəfindən İddiaçı PHŞ-nə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş və 25 dekabr 2023-cü il tarixinə yaranmış 1838,12 məbləğində borcun ödənilməsi xahiş edilmişdir. Yaranmış borc məbləği 20 gün müddətində ödənilmədiyi üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən icra edilməmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə icra qeydinin aparılması üçün 30 saylı notariat ofisinə müraciət edilmiş, Notariat Ofisinin notariusu X5 tərəfindən xx.xx.2025ci il tarixli, 8İ-188 reyest nömrəli icra qeydi aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 maddəsinin tələblərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarına əsasən Lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə yaranmış borcun ödənilməsi üzrə icra qeydinin aparılması üçün müvafiq təşkilatın borcu müəyyən edən sənədləri və borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir. Göründüyü kimi, tərəflərindən qanunvericiliyin tələblərinə riayət edilmiş və 30 saylı Notariat Ofisinin notariusu X5 tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-188 reyest nömrəli icra qeydi qanunauyğun şəkildə tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı PHŞ-nin cavabdeh “Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı xx.xx.2025-ci il tarixli, 8İ-188 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. İddiaçı PHŞ-nə və cavabdeh Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
6. Cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X1 xx.xx.2025-ci il tarixli, 8İ- 188 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı publik hüquqi şəxsdən Maraqlı şəxs MMC-nin xeyirinə 1863 manat 12 qəpik və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır.
10. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-188 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
11. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış ***-**** saylı 06 aprel 2023-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən, Bu Müqavilə üzrə "Şirkət" "xxxx"yə Mobil Rabitə Xidmətləri göstərir, "xxxx" isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ abunəçi tərəfindən "Şirkətin" təqdim etdiyi və hazırki Müqavilənin 2 saylı Qoşmasında əks olunmuş Tariflərin arasından seçilmiş Korporativ tarif əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Bu Müqavilə üzrə "Şirkət" "xxxx"yə Şirkətin şəbəkəsindən istifadə etmək üçün "Sim Kart" paketləri ilə birlikdə 20 (iyirmi) ədəd Nömrə təqdim edir. Müqavilə üzrə Nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırki Müqaviləyə Qoşma olunur. "xxxx" isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə (2 saylı Qoşmada göstərilmiş Tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqının vaxtı vaxtında ödənilməsini təmin edir.
12. "xxxx" MMC-nin İddiaçınə ünvanladığı 29 dekabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Sizin barənizdə 25 aprel 2023-cü il tarixli, abunə müqaviləsi mövcuddur. Həmin sənədə görə Maraqlı şəxs MMC tərəfindən sizə göstərilən mobil rabitə xidmətlərinin müqabilində müəyyən edilmiş, tarif planına uyğun xidmət haqqı ödəmək öhdəliyiniz yaranmışdır. xx.xx.2023-cü il tarixdən (Sonuncu ödəniş) etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində 25 dekabr 2023-cü il tarixinə 1838, manat məbləğində əsas borc ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
13. “Azəri express” tərəfindən verilmiş qaimədən görünür ki, pretenziya məktubu 29 dekabr 2023-cü il tarixdə qəbul edilmişdir.
14. İddiaçın “Bakcell" MMC-yə xx.xx.02024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, tərəflərindən “Yeni Klinika" PHŞ-yə ünvanlanmış “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdə (daxil olma xx.xx.2023-cü il) “Yeni Klinika" PHŞ ilə “Bakcell" MMC arasında xx.xx.2023-cü il tarixli abunə müqaviləsinin mövcud olduğuna, həmin müqaviləyə əsasən “Yeni Klinika" PHŞ-yə "xxxx" MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin müqabilində müəyyən edilmiş tarif planına uyğun xidmət haqqı ödəmək öhdəliyinin yaranmasına, sonuncu odəniş tarixindən, yəni xx.xx.2023-cü il tarixdən etibarən öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2023-cü il tarixinə 1838,12 manat məbləğində əsas borc öhdəliyinin yaranmasına istinad edilərək sözügedən məbləğdə olan borcun 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin olunması üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı göstərilmişdir. Qeyd etməyi zəruri hesab ediri ki, Klinikanın mühasibat uçot sənədlərində Maraqlı şəxs MMC ilə “Yeni Klinika" PHŞ arasında 25.04 2023-cü il tarixdə abunə müqaviləsinin bağlandığı eləcə də sözügedən müqavilə əsasında Maraqlı şəxs MMC-yə 1838.12 manat məbləğində borcun yarandığı barədə hər hansı sənəd və ya məlumat aşkarlanmamışdır. Yuxarıda göstərilən xüsusatlarla yanaşı, nəzərə çatdırır ki, “Yeni Klinika" PHŞ Tibbi Ərazi Bölmələri İdarəetə Birliyi PHŞ-nin tabeliyində olmaqla 100% dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisəsidir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Klinika fəaliyyəti üzrə aldığı xidmətləri (işləri) qanunvericiliklə müəyyən olunan qaydada kotirovka və ya tender üzrə satınalma müqavilələri əsasında əldə edir.
15. İddiaçı “Yeni Klinikapublik hüquqi şəxsin “Bakcell" MMC-yə ünvanladığı 02 iyun 2025-ci il tarixli məktubdan görünür ki, tərəfinizdən "Yeni Klinika PHŞ ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli abunə müqaviləsinin mövcud olduğuna, həmin müqaviləyə əsasen "Yeni Klinika" PHŞ-yə "xxxx" MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin müqabilində müəyyən edilmiş tarif planına uyğun xidmət haqqı ödəmək öhdəliyinin yaranmasına, sonuncu ödəniş tarixində, yəni xx.xx.2023-cü il tarixdən etibarən öhdəliyin icra edilməməsi nəticəsində "Yeni Klinika" PHS-nin "xxxx" MMC qarşısında xx.xx.2023-cü il tarixinə 1838,12 manat məbləğinde asas borc öhdəliyinin yaranmasına istinad edilərək sözügedən məbləğdə olan borcun ödənilməsi üçün “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə əsasən müvafiq icra qeydinin verilməsi üçün 30 saylı Notariat Ofisinə müraciət olunmuş, sözügedən notariat kontoru tərəfindən isə xx.xx.2025-ci il tarixli, 8İ-188 nömrəli reyestr nömrəli icra qeydi verilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, Klinikanın mühasibat uçot sənədlərində "Bakcell” MMC ilə "Yeni Klinika" PHS arasında xx.xx.2023-cü il tarixdə abunə müqaviləsinin bağlandığı, elecə də sözügedən müqavilə əsasında "Bakcell” MMC-yə 1838,12 manat məbləğində borcun yarandığı barədə hər hansı sənəd və ya məlumat aşkarlanmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda 30 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-188 nömrəli reyestr nömrəli icra qeydi tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilir. Yuxarıda göstərilənləri, eləcə də yaranmış zərurəti nəzərə alıb, "Yeni Klinika" PHŞ ilə "Bakcell” MMC arasında bağlandığını iddia etdiyiniz xx.xx.2023-cü il tarixli abunə müqaviləsinin surətinin ünvanımıza göndərilməsini Sizdən xahiş edirik.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə "xxxx" MMC arasında ***-**** saylı 06 aprel 2023-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Maraqlı şəxs MMC-dən 20 ədəd korporativ nömrə almışdır. “Bakcell" MMC İddiaçınə 28 dekabr 2023-cü il tarixli pretenziya məktubu ünvanlamışdır. Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X5 xx.xx.2025-ci il tarixli, 8İ-188 nömrəli icra qeydi vermişdir və İddiaçındən Maraqlı şəxs MMC-nin xeyirinə 1863 manat 12 qəpik və 25 manat dövlət rüsumu tutulmuşdur. Hazırda iddiaçı Bakı Şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ- 188 reyestr nömrəli icra qeydinin ləğv edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun:
76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:
161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda:
Qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
22. Qeyd edilənlərlə müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında ***-**** saylı, 06 aprel 2023-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə (əqd) yazılı qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Maraqlı şəxs MMC tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.
23. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda iddiaçının mübahisələndirdiyi icra qeydinin verilməsinə səbəb tərəflər arasında bağlanmış “mobil rabitə xidmətlərinin göstərilməsi” haqqında müqavilə əsasında İddiaçı Maraqlı şəxs MMC-yə borcunun yaranmasıdır.
24. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri 30 saylı Notariat Ofisi qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında 28 dekabr 2023-cü il tarixli yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 08 yanvar 2025-ci tarixdə notariat ofisinin notariusu tərəfindən icra qeydi aparılmışdır. Həmçinin məhkəməyə təqdim olunan qaimədən görünür ki, pretenziya məktubu İddiaçı tərəfindən 29 dekabr 2023-cü il tarixdə əldə edilmişdir.
25. Beləliklə “Notariat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Notarius isə bir iş günü müddətində icra qeydini aparır.
26. İş materiallarına əlavə olunmuş “Azəri express” tərəfindən verilmiş qaimədən görünür ki, İddiaçı pretenziya məktubu 29 dekabr 2023-cü il tarixdə çatdırılmışdır. Notarius isə 08 yanvar 2025-ci il tarixdə mübahisələndirilən icra qeydini aparmışdır.
27. Beləliklə, qanunvericilikdə icra qeydinin verilməsi üçün nəzərdə tututlmuş tələblərə tələbkar və notarius tərəfindən riayət olunmaqla icra qeydi aparılmışdır.
28. Göründüyü kimi iddiaçı qeyd olunanların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin ləğvi üçün əsaslar olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
30. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası rədd edilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova