Məhkəmə qərarları › İş №e-2(007)-1969/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1969/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1969/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.5-ci bəndinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Hazırda iddiaçı iddia ərizəsində özünü şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyini maraqlı şəxs kimi qeyd etməsinə, icra məmurunun qərarını mübahisələndirməsinə baxmayaraq qeyd olunan ərizəni (şikayəti) iddia icraatı qaydasında vermişdir. Halbuki, bu cür işlərə məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, məhkəmə qətnamələrinin icra qaydasında ərizə və ya şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Bundan əlavə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun qəbul etdiyi qərarı mübahisələndirməsinə baxmayaraq qarşı tərəf kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyini qoymuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı X1 cavabdeh X3 qarşı “sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksasiyası” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddiaçıya icra icraatı qaydasında icraata başlamaq haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı X4 icra icraatı qaydasında şikayət ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar