Məhkəmə qərarları › İş №e-2(007)-197/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-197/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-197/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qəyyum təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi X7, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “qəyyum təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “qəyyum təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 üzərində onun qəyyum tanınmağı barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X1 Rafiq Humay oğlu ilə 01 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Birgə nikahdan 2 övladları olmuşdur. X18 22 fevral 2009-cu ildə və X20 09 fevral 2013-cü ildə anadan olmuşlar. Evləndikləri ilk vaxtlar cavabdehlə nisbətən sakit yaşamaqlarına baxmayaraq, çox keçməmiş xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmağa başlandı. Belə ki, fərqli xasiyyətlərə malik olduqları üçün mütəmadi olaraq aralarında söz-söhbət, narazılıq yaranır, bir-birinə sözləri xoş gəlmirdi. Qeyd olunanlara əsasən X13 ilə X17 arasında 20 dekabr 2005-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 985 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü təvəllüdlü X12 iddiaçı X9 himayəsində qalması barədə məhkəməyə müraciət olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3192/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X17 ilə X13 arasında 20 dekabr 2005-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 985 saylı qeydlə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 22 fevral 2009-cu il təvəllüdlü X18 və 09 fevral 2013-cü il təvəllüdlü X20 anaları X8 himayəsində saxlanılması qət edilmişdir. Bildirmək istəyir ki, boşandıqdan sonra qızı və uşaqları onun yanında və himayəsində yaşamağa başlamışlar. Ataları tərəfindən onlara hazıradək heç bir köməklik göstərilməmişdir. X3 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. X3 rəhmətə getdikdən hazıradək uşaqları o, saxlayır, məktəbə aparır, gətirir. Ataları bircə dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Onun nəvələri 22 fevral 2009-cu il təvəllüdlü X18 və 09 fevral 2013-cü il təvəllüdlü X12 üzərində qəyyum təyin edilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də onun nəvələri üzərində qəyyum təyin edilməyi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd edir ki, o, imtina məktubunu güc bəla ilə iyul ayın 20-də əldə edə bilmişdir. Bildirir ki, cavabdeh heç bir atalıq vəzifəsini yerinə yetirmir. Azyaşlı uşaqlarının təlim-tərbiyəsi, qidalanması və hərtərəfli inkişafı ilə bir qayda olaraq özü məşğuldur. Qonşular tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il akta əsasən qonşular da bildiriblər ki, X3 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş, uşaqları ilə birlikdə atasının yanında yaşamışdır. X13 05 mart 2023-cü il tarixdə dünyasını dəymişdir, 2 uşaq nənə və babasının yanında yaşayırlar. Atanın uşaqlarına heç bir maddi və mənəvi köməyi dəymir. Nəvələrinin nəzarətsiz qalmaması üçün onun himayəsinə verilməsini zəruri sayır. Bakı şəhəri Sabunçu rayon H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəb tərəfindən verilmiş 325 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən X20 həqiqətən Bakı şəhəri Sabunçu rayon H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyur. Bakı şəhəri Sabunçu rayon H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəb tərəfindən verilmiş 324 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən X18 həqiqətən Bakı şəhəri Sabunçu rayon H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin 9-cu sinfində oxuyur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhəri Cavabdeh başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X14 iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

6. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 bildirdi ki, uşaqların qəyyumluğunun babalarına verilməsinə razı deyil. Belə ki, babaları onlara təzyiq göstərir, onunla görüşməyə icazə vermir. Uşaqlara hər şey alır, amma qorxularından gəlib götürə bilmirlər. Hər ay 1000 manat pul verir və əlavə olaraq digər lazım olan ehtiyaclarını qarşılayır. “Whatsapp” yazışmaları buna sübutdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Məhkəmənin əvvəlki iclasında psixoloq X6 iştirakı ilə dinlənilən azyaşlı X18 bildirmişdir ki, 15 yaşı var. 10-cu sinifə keçib. Dərslərini yaxşı oxuyur, 1-ci qrupa hazırlaşır. Riyaziyyat, ingilis dili, informatika fənlərindən hazırlığa gedir. Babası və nənəsi ilə yaşayır. Atası ilə münasibətləri elə də yaxşı deyil. O, 9-cu sinifdən hazırlığa gedir. Atası 1 dəfə 500 manat verib. Hər şeyləri ilə baba və nənəsi maraqlanır.

8. Məhkəmənin əvvəlki iclasında psixoloq X6 iştirakı ilə dinlənilən azyaşlı X20 bildirmişdir ki, 11 yaşı var. 6-cı sinifə keçib. Dərslərini yaxşı oxuyur, riyaziyyat, ingilis dili fənlərindən hazırlıqlara gedir. Atası ilə münasibətləri ortadır.

İş materialları:

9. Bakı Şəhəri Cavabdeh 23 may 2024-cü il tarixli məktubundan görünür ki, “xx.xx.2023-cü il tarixində vəfat etmiş mərhum qızınız Həsənova (Camalova) Təranə Fazil qızının yetkinlik yaşına çatmayan 2 övladı (nəvələriniz) üzərində qəyyum təyin olunmağınızla bağlı Cavabdehnə ünvanladığınız müraciətə Qəyyumluq və Himayəçilik üzrə Komissiyada baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən “Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir". Bu səbəbdən də Sizin nəvələriniz üzərində qəyyum təyin olunmağınız məqsədəmüvafiq hesab edilməmişdir.”

10. Bakı Şəhəri Cavabdeh 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, “vətəndaş X10 müraciətinə əsasən tərəfimizdən “Əmək pensiyasının təyin olunmasının təxirə salınması haqda” məktubunuzla bağlı məlumat üçün bildiririk ki, ünvan 2 ünvanında qeydiyyatda olan və hal-hazırda ünvan 3 ünvanında yaşayan xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X20 üzərində qəyyumluq təyin edilməmişdir.”

11. AZ-İ seriyalı 341284 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 05 mart 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 mart 2023-cü il tarixdə 216 nömrə ilə qeyd edilmişdir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3192/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə X17 ilə X13 arasında 20 dekabr 2005-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 985 saylı qeydlə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 anaları X8 himayəsində saxlanılmaları qət edilmişdir.

13. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X13 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ona görə uşaqları ilə birlikdə ata və anasının yanında yaşayırdı. Həyat yoldaşı baxmadığına görə məhkəmə qaydasında 2022-ci ildə boşanmışdı. 2023-cü ilin mart ayının 5-də dünyasını dəyişdi. 2 uşağı nənə və babanın himayəsində yaşayırlar. Atanın uşaqlarına heç bir maddi və mənəvi köməyi dəymir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 11/772 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X12 hal-hazırda babaları İddiaçı və ana nənələrinə bağlılıqları müəyyən olunmaqla, X2na bağlılıqları üzə çıxmır. xx.xx.2009-cu il təvəllüdlü X18 psixoloji inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil şəkildə formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, hal-hazırda onun psixikasında və davranışlarında kimin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2013-cü il təvəllüdlü X12 hal-hazırda psixikasında və davranışlarında kimin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Lakin atası və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X12 emosianal iradi sfresına sirayət etməklə atası X15 olan münasibətinə neqativ təsir göstərmişdir.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X17 ilə X13 arasında 20 dekabr 2005-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 985 saylı qeydlə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 anaları X8 himayəsində saxlanılmaları qət edilmişdir. 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 anaları X13 05 mart 2023-cü il tarixdə ölmüşdür. Uşaqlar baba və nənəsinin yanında yaşayırlar. X2 qonşu həyətdə yaşayır. Hazırda iddiaçı 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 üzərində onun qəyyum tanınmağı barədə öhdəliyin Cavabdeh üzərinə qoyulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyasının:

17-ci maddəsinin 6-cı bəndində göstərilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

7-ci maddəsində göstərilir ki, ailə hüquqları məhkəmələr, bu Məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada müdafiə olunur. Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

20. Belə ki, qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Göründüyü kimi uşaqların atası X17 övladlarının qəyyumluğunun babaları İddiaçı verilməsinə razı deyil. Onun məhkəməyə təqdim etdiyi “WhatsApp” yazışmalarından görünür ki, X17 övladları ilə əlaqə saxlayır, onların maddi ehtiyaclarını qarşılayır. Yəni övladlarından imtina etmir, onlara qayğı göstərməyə çalışır. 22 fevral 2009-cu il təvəllüdlü X11 və 09 fevral 2013-cü il təvəllüdlü X12 anaları X13 vəfat etsə də X2 valideynlik hüquqlarından məhrum edilməyib, uşaqlar onun himayəsindən məhrum olunmayıblar, o cümlədən övladlarını tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırmır. Hər ay 1000 manat pul verir və əlavə olaraq digər lazım olan ehtiyaclarını qarşılayır. Qeyd olunanlar X17 ilə uşaqları arasında olan “WhatsApp” yazışmalarından açıq-aydın görünür. X23 məhkəmə iclasında eyni verdiyi izahatında həmin halları təsdiq etdi.

21. “WhatsApp” çıxarışlarından “Anar Canavar” adlı abonentlə yazışmadan görünür ki, Anarın atasına babasıgilə gəlməməsini, babasının ora getsə, baltalayacağını yazmışdır və dəfələrlə təkidlə atasından ora gəlməməsini xahiş etmişdir. Göründüyü kimi uşaq atasının həyatının təhlükədə olmasını düşünüb psixoloji sarsıntı və həyacan keçirmişdir. Həmçinin 05 may 2024-cü il tarixli yazışmadan görünür ki, X10 yaşadığı evin kilidi dəyişdirilib. X17 bunu kimin etməsini soruşanda Anar babasının etdiyini yazmışdır. Həmçinin Anar atasına yazmışdır ki, telefonla danışa bilmir, babası eşitsə, əsəbləşəcək. Bundan əlavə 13 fevral 2025-ci il tarixli yazışmadan görünür ki, X4 yazaraq dərslərini soruşmuş, ona ad gününə tort və şam aldığını bildirmiş, gəlib onları götürməsini istəmişdir. 23 aprel 2025-ci il tarixli yazışmadan görünür ki, X19ra bəzi ərzaqları aldığını və gəlib onları götürməsini yazmışdır. Həmçinin bildirmişdir ki, dəfələrlə belə ərzaqlar alıb, gəlib götürmədikləri üçün xarab olub, atmışdır. Nuray adlı abonentlə yazışmalarından görünür ki, Həsənov Rafiq ona da bildirmişdir ki, onlara ərzaqlar alır, lakin gəlib götürmədikləri üçün xarab olub, atmışdır. Ona bildirmişdir ki, nə istəsələr, ona desinlər. Nurayın doğum gününü təbrik etmiş, ona tort alıb gəlib götürməsini, Anarın ad günündə də tort aldığını, lakin Anarın gəlib götürməməsini bildirmişdir. Həmçinin 07 may 2024-cü il tarixdə Anar da atasından istədikləri ərzaqların almasını xahiş etmişdir.

22. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə 26 iyul 2024-cü il tarixdə daxil olmuşdur. “WhatsApp” yazışmalardan həm iddiaçının məhkəməyə müraciətindən əvvəl, həm də məhkəmə prosesinin gedişatı dövründə X10 uşaqların kurslarının pulunu, aldığı ailə başçısını itirməyə görə əmək pensiyasını, əlavə pul, lazım olan ərzaq və əşyalar aldığı müəyyən olunur. 23.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 11/772 nömrəli ekspert rəyindən görünür ki, “Lakin 09 fevral 2013-cü təvəllüdlü X12 atası və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik onun emosianal iradi sfresına sirayət etməklə atası X15 olan münasibətinə neqativ təsir göstərmişdir.”

24. Göründüyü kimi İddiaçı və X17 arasında olan gərgin münasibətlər uşaqların emosianal iradi sfresına sirayət edir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X17 valideynlik hüquqlarından məhrum edilməyib, həmçinin 22 fevral 2009-cu il təvəllüdlü X18 və 09 fevral 2013-cü il təvəllüdlü X20 atalarının himayəsindən məhrum olunmayıblar. Bu səbəbdən onlar üzərində qəyyum təyin edilməsinə zərurət yoxdur.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

27. “Yeni Klinika” PHŞ-nın psixoloqu X6 göstərdiyi xidmətə görə 50 manat məbləğində pul İddiaçı tutularaq ("xxxx" ASC, VÖEN: **********, hesablaşma hesabı AZ31AİİB********************, ********************, SWİFT AİİBAZ2X) X6 hesabına köçürülməlidir.

28. Məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “qəyyum təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “qəyyum təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. “Yeni Klinika” PHŞ-nın psixoloqu X6 göstərdiyi xidmətə görə 50 manat məbləğində pul İddiaçı tutularaq ("xxxx" ASC, VÖEN: **********, hesablaşma hesabı AZ31AİİB********************, ********************, SWİFT AİİBAZ2X) X6 hesabına köçürülsün. Məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar