Məhkəmə qərarları › İş №e-2(007)-2081/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2081/2022

30.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2081/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə İsak oğlunun iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İsak oğlu iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh X10 hüquqlarını müdafiə etdiyi iddiaçının atası X12 ilə 2007-ci ilin dekabr ayından 2014-cü ilin dekabr ayına kimi evli olublar və onun atası evlilik müddətində 2008-2009-cu illərədə cavabdehi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Q.Qarayev küçəsi 18 nömrəli evin 29 nömrəli mənzilinə qeydiyyata salıb.Daha sonra onun atasının əvvəlki arvadı X9, həmin mənzil birgə nikah dövründə əldə olunduğuna görə 1/2 hissədə mülkiyyət hüququ əldə edib və bu barədə xx.xx.2009-cu il tarixdə çıxarış alıb. Cavabdeh X10 2014-cü ilin dekabr ayında iddiaçının atasından faktiki ayrılıb və Bakı şəhəri, Nizami rayonu Q.Qarayev küçəsi 18 nömrəli evin 29 nömrəli mənzilini tərk edərək ata evinə yığışıb.Həmin vaxtdan hal-hazıradək cavabdehin harada olmasından məlumat yoxdur. X5 26 noyabr 2018-ci il tarixində vafat edəndən sonra iddiaçı 25 may 2019-cu il tarixində yeganə vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb və iddiaçının atasından miras qalmış ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətində olan ümumi sahəsi 42.2 kv.m., yaşayış sahəsi 29.2 kv.m., yardımçı sahəsi 13 kv.m., olan 2 otaqlı mənzilin mərhum X11 məxsus 1/2 hissəsini adına keçirtmiş,bundan sonra X2rşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiaçının atasına qaytarmalı olduğu 35000 ABŞ dolları (59000manat) məbləğində pulun iddiaçıya verilməsi barədə qətnamə çıxarılmışdır.İddiaçıya çatası pulun 35000 manatı əvəzinə hərrac yolu ilə X3 ünvan 1 ünvanında yerləşən və paylı mülkiyyətində olan mənzilin ½ hissəsi alqı-satqı nəticəsində iddiaçının adına keçib. Nəhayət iddiaçı xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzilin tam mülkiyyətçisi olması barədə ********** qeydiyyat nömrəsi olan çıxarışı aldı. Lakin cavabdeh hələ də iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqdadır ki, bu da iddiaçının hüququnu pozur.Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin ailə üzvü deyil eyni zamanda səkkiz ilə yaxındır ki, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb. Belə olan halda mülkiyyətində olan mənzildən onun istifadə hüququna xitam verilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,cavabdeh X4 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 18 saylı evin 29 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 18 saylı evin 29 saylı mənzili xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,cavabdeh İddiaçı həmin mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışna əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 18 saylı evin 29 saylı mənzili xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.Cavabdeh X10 iddiaçının mərhum atası X1 həyat yoldaşı olmuşdur. İddiaçının atası 26 noyabr 2018-ci il tarixdə vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir.Cavabdeh iddiaçının ailə üzvü deyil.Həmin mənzildən köçüb getsə də qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdeh X4 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X4 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 18 saylı evin 29 saylı mənzilndən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar