Məhkəmə qərarları › İş №e-2(007)-2163/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2163/2025

08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2163/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, borc müqaviləsi, sübutlar, zərər və s.) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 20.000 manat pul məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə digər Cavabdeh2 vasitəsilə tanış olmuşdur. Cavabdeh1 şifahi borc müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixdə 23.000 manat pul vermişdir. O, həmin pulu Cavabdeh1 xx.xx.2025ci il tarixdə 20.000 manat artıq qaytarmışdır. Qaytarılan pul məbləğləri cavabdehlərin ona verdikləri **********752816, **********326030, **********925763 nömrəli kartlara köçürülmüşdür. Həmin kartlar cavabdehlər və ya onların sərəncamında olan kartlardır. O nəzərdə tutulduğundan artıq pul məbləği ödəməsinə baxmayaraq cavabdehlər yenə də ondan əsassız olaraq pul tələb edirlər. Şifahi borc müqaviləsi 23.000 manat olduğu halda, iddiaçı cavabdehlərə 43.000 manat pul ödəmişdir, yəni 20.000 manat pul məbləği əsassız varlanmadır. Bu səbəblərdən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20.000 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iclasda iştirak etməmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iclasın onların iştirakı olmadan keçirilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. O, iddiaçıya 28723 manat pul vermişdir, amma iddiaçı ona heçnə qaytarmamışdır. Cavabdeh2 onun bacısının yoldaşıdır. Onun şikayəti əsasında İddiaçı barəsində cinayət işi açılmışdır. Bu barədə icraata başlama qərarını təqdim etmişdir. Cavabdeh2 vasitəsilə iddiaçı ilə tanış olmuşdur. Heyvan alıb, gətirib satmaq adı ilə söz vermiş, lakin yerinə yetirməmişdir. Hal-hazırda iddiaçı onun özünə 28.770 manat ziyan vurmuşdur. Video çəkilişləri Sabunçu RPİ-nə təqdim etmişdir və cinayət işi açılmışdır. Elşad isə iddiaçıya 60.000 manatdan çox pul vermişdir. Elşada 30.000 manatdan çox ziyan vurulmuşdur. İddiçının barəsində həbs qətimkan tədbiri seçilmişdir, Apellyasiya Məhkəməsində ziyanı ödəməsi üçün ev dustaqlığı verilmişdir. Pullarını verməmək üçün hazırda iddia qaldırmışdır. O zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. O, iddiaçı ilə iş görmüşdür. O, iddiaçıya hardasa 62000 manat pul vermiş, iddiaçı isə 31000 manata yaxın pul qaytarmışdır. O, iddiaçıya əlbəəl də pul vermiş, kartına da pul göndərmişdir. Amma iddiaçı hər zaman onun kartına göndərmişdir. O, dekabr ayından iddiaçı ilə iş görmüşdür. Ona vurulan ziyanla bağlı sənədləri təqdim etmiş, bununla bağlı Sabunçu RPİ-nə müraciət etmişdir. İş materialları: İddiaçı tərəfindən müxtəlif tarixlərdə LALƏZAR M********** və XATİRƏ N********* adlı köçürmə alan şəxslərə müvafiq məbləğlərdə pulun ödənilməsini təsdiq edən qəbzlərin surətləri iş materiallarına əlavə edilmişdir. Kapital Bank ASC-yə məxsus, Cavabdeh1 aid, xx.xx.2025-ci il tarixdə hazırlanmış, xx.xx.2024-xx.xx.2025-ci il tarixli dövrü əhatə edən ödəniş kartı üzrə çıxarış iş materiallarına əlavə edilmişdir. Kapital Bank ASC-yə məxsus, Cavabdeh4 aid, xx.xx.2025-ci ildə hazırlanmış, xx.xx.2024-xx.xx.2025-ci il tarixli dövrü əhatə edən ödəniş kartı üzrə çıxarış iş materiallarına əlavə edilmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş iddia ərizəsinə əlavəyə əlavə edilmiş Excel File cədvəlindən görünür ki, iddiaçı Cavabdeh1 14 dekabr 2024 və 2 fevral 2025-ci il tarixləri aralığında **********3, **********2, **********3, **********5, **********8 nömrəli qəbzlərlə ümumilikdə 4800 manat pul köçürmüşdür. İddiaçı Cavabdeh3 13 dekabr 2024 və 30 yanvar 2025-ci il tarixləri aralığında **********7, **********2, **********0, **********9, **********7, **********3, **********6, **********1, **********1 nömrəli qəbzlərlə ümumilikdə 6600 manat pul köçürmüşdür. İddiaçı 27 dekabr 2024 və 18 yanvar 2025-ci il tarixləri aralığında Cavabdeh4 **********8, **********2, **********0, **********4, **********6, **********2, **********8, **********1, **********4, **********4, **********8, **********5, **********2, **********3, **********1, **********4, **********1, **********1, **********8, **********0, **********3, **********3, **********2, **********8, **********0, **********3, **********7, **********8, **********0, **********0, **********6, **********1, **********1, **********6, **********4, **********7, **********, **********5, **********9, **********4, **********1, **********8, **********1, **********1 nömrəli qəbzlərlə ümumilikdə 19.587 manat pul köçürülmüşdür. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cavid İskəndərovun 11 may 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 şikayəti əsasında İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 11 may 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Cavabdeh1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli qəbzlə 523915******2816 saylı hesabdan 416973******4679 saylı hesaba (Hİ******* N*******) 1000 manat, xx.xx.2025-ci il tarixli qəbzlə 523915******2816 saylı hesabdan 416973******4679 saylı hesaba 1200 manat, xx.xx.2025-ci il tarixli qəbzlə 523915******2816 saylı hesabdan 416973******4679 saylı hesaba 2390 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ***4679 saylı hesaba 600 manat, xx.xx.2025-ci il tarixli qəbzlə 523915******2816 saylı hesabdan 416973******4679 saylı hesaba 5000 manat, xx.xx.2025-ci tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 1000 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 5650 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 1500 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****5763 saylı hesabdan ****4679 saylı hesaba 3810 manat, xx.xx.2025-ci il tarixli qəbzlə 416973******4679 saylı hesaba 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****1313( ORXAN İ*****) saylı hesaba 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 1500 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****2505(ASİF İ*****) saylı hesaba 800 manat, xx.xx.2025-ci il tarixli qəbzlə ****2816 saylı hesabdan ****4679 saylı hesaba 200 manat göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 150 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 pulun tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı öz ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 xx.xx.2024cü il tarixdə ona şifahi borc müqaviləsi əsasında 23000 manat pulu vermiş, lakin o, xx.xx.2025-ci il tarixdə cavabdehə 20000 manat pul artıq olmaqla, ümumilikdə 43000 manat pul qaytarmışdır. Cavabdehlər isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçı barəsində onların şikayəti əsasında cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə onlar zərərçəkmiş şəxs qismində tanınmışlar, belə ki, onlar iddiaçıya pul vermiş, iddiaçı isə həmin məbləği geri qaytarmamışdır, onun barəsində həbs qətimkan tədbiri seçilmiş, sonradan zərərin ödənilməsi üçün Apellyasiya Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Məhkəmə yuxarıda göstərilənlər əsasında o nəticəyə gəlir ki, iş materiallarına əlavə edilmiş qəbzlər, habelə məhkəmənin sorğusu əsasında əldə edilmiş bank hesabından çıxarışlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında olan pul mübadiləsi bir neçə ay davam etmiş, aralıqlı olaraq hər iki tərəfdən bir-birinin kart hesablarına müəyyən məbləğlərdə vəsait göndərilmişdir. Bu isə özü özlüyündə onu deməyə əsas verir ki, iddiaçının istinad etdiyi şifahi borc müqaviləsi əsasında 23000 manat pulu cavabdedən alması, habelə ona bunun əvəzində 43000 manat qaytarması sözügedən sübutlar əsasında təsdiq edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı konkret tələbi də mövcud deyil. Belə ki, o ərizəsində yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul verdiyini qeyd etsə də, Cavabdeh3 və Cavabdeh4 kart hesablarına pul köçürməsi etməsi səbəbindən onları da cavabdeh qismində cəlb etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı barəsində başlanılmış cinayət işinin əsası xx.xx.2025-ci il tarixli, HK-1/694 saylı material olmuş, yəni Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-yə İddiaçı onun etibarından sui-istifadə etməsi ilə bağlı şikayəti daxil olmuşdur. Hazırki tələb üzrə iddiaçı isə məhkəməyə məhz bu tarixdən sonra xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək, işin faktiki hallarını, habelə yuxarıda qeyd edilənləri nəzərə alaraq bir daha qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar