Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2187/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqının tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 63C, bina 5, 35 saylı mənzilə dair kommunal xərclərinə görə 01 may 2025-ci il tarixə 791 (yeddi yüz doxsan bir) manat xidmət haqqının, 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 63C, 5 saylı bina, 35 saylı mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın 01 sentyabr 2022-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0, 40 qəpik hesablamaqla hər ay 35 saylı mənzilin komunal xidmətlərə görə, 49 manat 74 qəpik haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsi verildiyi andan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2025-ci ilin aprel ayı da daxil olmaqla komunal borcu 791 (yeddi yüz doxsan bir) manat təşkil edir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən 200 manat ödəniş edilmiş və hazırda kommunal xərclərinə görə cavabdehin 591 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin 591 manat məbləğində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, cavabdehin (051)-830-01-91 saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, ona məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmiş və cavabdeh borc məbləğini hissə-hissə ödəyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kommunal xidmətin göstərilməsinə dair müqaviləyə əsasən idarəedici təşkilat "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsi kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 5 saylı binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir, sakin Cavabdeh kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir. Müqavilənin 2.2-ci bəndində sakinin öhdəliklərindən biri də müqavilənin 3-cü bəndinə (sakin kommunal xidmət haqqını hər ay üçün təqdim olunan ödəniş qəbzlərinə əsasən ödəyir) uyğun olaraq xidmət haqqının gecikdirməmək şərti ilə təyin olunmuş vaxtda ödəməsidir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 63C, bina 5, 35 saylı mənzilə dair kommunal xidmətlərə görə borcu aprel ayı daxil 2025-ci il tarixə 791 manat təşkil edir. iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən borc məbləğindən 200 manat ödənildiyini, hazırda cavabdehin iddiaçıya 591 manat məbləğində borcunun qaldığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3 və 136.2-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 63C, bina 5, 35 saylı mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtlı-vaxtında ödənilməsini cavabdeh üzərinə götürmüş, lakin, müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, onun tərəfindən 200 mana ödəniş edilməsi iddiaçının izahatı ilə öz təsdiqini tapdığından iddiaçının tələbi qismən təmin edilərək 591 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 591 manat kommunal xidmət haqqı və 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2187/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2187/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver