Məhkəmə qərarları › İş №e-2(007)-2189/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2189/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2189/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərmli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ildə X11 adlı şəxsdən ona məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilini satmaq istədiyini bilib və ona həmin mənzili ona satmağı təklif edib. Nəticədə, onlar qərara gəliblər ki, adıçəkilən mənzilin dəyəri cəmi 43000 (qırx üç min) manatdır və o bu məbləği Elxan Məmmədova hissə-hissə ödəməlidir. Bu barədə onunla həmin şəxs arasında yazılı formada müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə o, Elxan Məmmədova ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ona satılması üçün 36000 (otuz altı min) manat ödəyib. Həmin müqavilədə qeyd olunub ki, mənzilin dəyərindən o, Elxan Məmmədova 7000 (yeddi min) manat borclu qalıb. Həmin sənədi o, X11, şahid qismində onun qayını Şahid və onun qardaşı X14 imzalayıblar. X11 ilə aralarında olan razılaşmaya əsasən mənzilin dəyərinin 7000 (yeddi min) manat məbləğində olan qalan hissəsini o, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunan zaman verməli idi. Qısa müddətdən sonra o, satılan mənzilin dəyərinin qalan hissəsini ödəməyə hazır olduğunu bildirib, X8 notariat ofisinə gedib orada razılaşmaya əsasən alqı-satqı müqaviləsinin notarial təsdiq edilməsini təklif edib. O isə həmin vaxt özünün xəstə olduğunu bəhanə ondan müqavilənin təsdiq olunması üçün bir neçə gün möhlət istəyib. Bundan sonra o, dəfələrlə cavabdehə razılaşmaya əsasən alqı-satqı müqavilənin bağlanması üçün notarial təsdiqi üçün notariat ofisinə getməyi təklif etsə də, o, hər dəfə bir bəhanə ilə müqavilənin təsdiqindən boyun qaçırırdı. Bu səbəbdən o, “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin mənzilə mülkiyyət hüququ barədə qeyd aparılmasını DƏDRX həvalə edilməsi barədə” iddia ərizəsi ilə Nizami Məhkəməsinə müraciət edib, lakin hazırlıq iclasında X6 xx.xx.2024cü il tarixdə vəfat etməsi müəyyən edilib. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə icraata götürülməsini nəzərə alaraq Nizami rayon Məhkəməsinin 2(007)-1036/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilib. Sonradan müəyyən olunub ki, X11 tərəfindən ona satılmalı olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə mərhumun ailə üzvləri, arvadı X12 və oğlu Cavabdeh yaşayırlar. Beləliklə müəyyən olunur ki, X6 oğlu Cavabdeh və arvadı X1 Elxan Ağamirzə oğlundan qalan mirası, o cümlədən onun vəzifələrini də faktiki qəbul ediblər. Bildirmək istəyir ki, sağlığında ata və ölümündən sonra oğul onunla dəfələrlə bu məsələ ilə bağlı görüşüblər. Hər dəfə “halallıqdan” söhbətlər açıblar, lakin mənzilin ona satılması və ya aldıqları pulun ona qaytarılması üçün heç bir konkret addım atmayıblar. Beləliklə müəyyən olunur ki, X11 ünvan 1 ünvanında olan özünə məxsus mənzilin cəmi 43000 manata ona satılmasına razı olduğunu sözdə bildirməklə, razılaşdırılmış qiymətin əksər hissəsini, yəni 36000 manatını ondan alıb, lakin mənzili ona satmaqdan boyun qaçırıb. Ölümündən sonra onun oğlu Cavabdeh və arvadı X1 Elxan Ağamirzə oğlunun vəzifələrini qəbul ediblər. Lakin mənzili ona könüllü satmaqdan boyun qaçırmaqla yanaşı, onlar X11 tərəfindən qəbul olunmuş 36000 manatı da ona qaytarmaqdan yayınırlar. Qeyd edilənlərə əsasən X6 vərəsələri Cavabdeh və X5 müştərək qaydada 36000 (otuz altı min) manat məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə əsasən X12 cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun, Elxan Məmmədovun və şahidlərin iştirakı ilə tərtib olunmuş əlyazmanın əsli onda deyil, Elxan Məmmədov əlyazmanın əslinin özlərində qalmasını bildirib. O da inanaraq əlyazmanın əslini onlara verib. Həmin vaxt orada anası Şahzadə Məmmədova, qardaşı İntiqam Məmmədov, Həlimə Məmmədova və onun qardaşı Şahid olublar. Şahin X2rdaşıdır, Elxan Məmmədov həmin vaxt xəstə idi, X22 Məmmədovun yanında oturmuş və o da pulu sayaraq Şahid vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pul verilən vaxt o, iştirak etməyib, atası tərəfindən evin satılmasından sonradan məlumatlı olub. O, iddiaçıya evdə yaşamağı təklif edir, sadəcə evin sənədləşmə işləri alınmır. Ev paylı mülkiyyətdədir, evin 4/12 hissəsinin 1/2 hissəsi atasının mülkiyyətidir. İddiaçı ilə aralarında razılıq əldə olunmayıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı pulu cavabdehə verməyib. Elxan Məmmədov pulu iddiaçıdan alıb. X22 Məmmədovdan boşanıb. Elxan Məmmədov və şahidlərin iştirakı ilə tərtib olunmuş əlyazmanın əsli isə cavabdehdə yoxdur. Cavabdeh bildirir ki, həyətyanı torpaq sahələrində iki fərdi yaşayış evi var. Yaşayış evlərindən birinin sənədləri var, digərinin isə sənədləri yoxdur. Cavabdeh iddiaçıya sənədsiz evdə yaşamağını təklif edir, nə zaman həmin evə dair onlara sənədlər verilərsə, onda həmin evi iddiaçının adına rəsmiləşdirəcəyini bildirir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstəridi ki, o, iddiaçının qardaşıdır, cavabdeh isə ev aldıqları adamın oğludur. Pulun verilməsində birbaşa ştirak edib, 36000 manat pulu özü sayıb verib, pulun verilməsində cavabdeh yox idi, cavabdehin atası, anası və dayısı var idi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstəridi ki, cavabdeh onun bacısı oğludur. O, iltizama qol çəkib, 36000 manata pul Elxan Məmmədova verilib. Pulun verilməsinin səbəbi 2 otaqlı evin alınması idi, 7000 manat isə borclu qaldılar, 7000 manatın nə vaxt veriləcəyini isə dəqiq bilmir. Məhkəmə iclasında şahid kimi dindirilən X3 ifadəsində göstəridi ki, iddiaçı onun oğludur. Onlar cavabdehdən ev alıblar, ev üçün 36000 manat ödəyiblər. Əvvəl ev üçün 50000 manat istəyiblər, onlar razılaşmadıqları üçün gediblər, növbəti gün onları yenidən söhbət etməyə çağırıblar, bu zaman o, evi 40000 manata ala biləcəyini deyib. O, pulun verilməsində iştirak edib, pulun verilməsində Məmmədov Elxan, Həlimə Məmmədovanın qardaşı Şahin iştirak edib, cavabdeh yox idi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -A4 formatındakı xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, “Mən, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 11, mənzil 8A-da yaşayıram və Keşlə qəsəbəsində, M.H.Kazimov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan X8 onun özünə məxsus yuxarıda göstərilən 2 otaqlı mənzilində öz aramızda bağlanan alqı-satqı müqaviləsinə əsasən 36000 manat X8 ödədim. Aramızda 7000 manat borclu qaldım”. İltizam İddiaçı, X11, şahidlər Şahid oğl, X17 tərəfindən imzalanmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3, Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X26 küçəsi, 11 ünvanında yerləşən 221,90 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 4/12 hissədən 1/2 hissəsi X6 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - AZ-İİ seriyalı № 400696 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü ildə ölmüşdür. - xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən günədək ona məxsus olan büyün əmlaklarını ünvan 3 yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-5607/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirələrkən valideynləri X9 (xx.xx.1991-ci ildə vəfat etmişdir) ilə X15 olan xx.xx.1969-cu il təvəllüdlü Elxan Məmmədovun doğumunun xx.xx.1969-cu ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X11 xx.xx.1994-cü ildə X16 ilə nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.1995-ci ildə qeydə alınmışdır. Araşdırma nəticəsində X11 ilə Məhərrəmova (Məmmədova) Həlimə Qurban qızının xx.xx.1997-ci ildə bağladığı nikahın pozulmasının xx.xx.2002-ci ildə, xx.xx.2005-ci ildə daxil olduqları növbəti nikahın pozulmasının isə xx.xx.2014-cü ildə qeydə alındığı müəyyən edilmişdir. Eyni zamanda X11 xx.xx.2015-ci ildə Gülnarə Nəsibova (Məmmədova) ilə nikah bağlamış və bu nikahın pozulması xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. Həmçinin informasiya sistemində valideynləri X11 ilə X12 olan xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh doğumuna dair məlumat aşkarlanmışdır. Göstərilənlərlə yanaşı bildirilir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X6 adına 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, notariat hərəkətlərinə dair sənədlər “Notariat haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş qaydada qeyd olunan notariat ofislərindən əldə edilə bilər. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 199 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh atası X11 arasında olan razılığa əsasən sonuncu ona məxsus olan ünvan 3 ünvanında yerləşən evini iddiaçıya 43000 manata satmışdır, tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, evin alqı-satqısı üçün 36000 manat ödənişi şahidlər Şahid və İntiqam Məmmədovun iştirakı ilə Elxan Məmmədova vermiş, 7000 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən şahidlər də, iddiaçı tərəfindən Elxan Məmmədova 36000 manat pulun verildiyini təsdiq etmişlər. Elxan Məmmədov xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırkı vaxtadək nə evin iddiaçıya satılması təmin edilmiş, nədə ki, iddiaçı tərəfindən ödənilmiş 36000 manat ona qaytarılmışdır. Bu səbəbdən iddiaçı müvafiq iddia ilə məhkməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh X6 vərəsəsidir. Sonuncunun ölümündə sonra vərəslik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. X11 isə ölən günə kimi ona məxsus olan bütün əmlaklarını oğlu Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh xx.xx.2024-cü ildə notariat ofisinə müraciət edərək, ona ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və yerləşdiyini 0,1235 ha torpaq sahəsindən ona çatası hissəyə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsini verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh atası X11 İddiaçı ümumilikdə 36000 manat məbləğində pulu almış, buna dair iltizam tərtib edilmişdir, lakin hazırkı vaxtadək pulun müqabilində öhdəsinə götürdüyü işi görməmiş, həmçinin pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş və iltizamın tərtibində iştirak etmiş şəxslər də, iddiaçı tərəfindən cavabdehin atası X8 ümumilikdə 36000 manat məbləğində pul verildiyini təsdiq etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Belə ki, cavabdeh atasından qalmış mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X6 vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 36000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 199 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tələb etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 199 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 36000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar