Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-222/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəb edilməklə “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəb edilməklə “pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200.961 manat 50 qəpik pul vəsaitinin tutularaq dövlət büdcəsinə, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun isə İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etmədiyini bildirərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. O bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində konkret müddət üçün öhdəlik götürülməsi ilə bağlı müddəa yoxdur. Göstərilən tarixdə hər hansı bir əməliyyat olmamış, vergi bununla bağlı cavab da vermişdir. Bu mübahisə kommersiya mübahisəsi o zaman olardı ki, iddiaçı tərəf cavabdeh kimi hüquqi şəxsi göstərərdi. Etibarnamənin ləğvinə kimi Günay xanım hər şeyi sıfırladığını və vergi ilə bağlı heç bir problem olmayacağını bildirmişdir. Günay bu məsələləri həll etməyə cəhd etmiş və İddiaçı bu məsələri, sənədləşmə işlərini həll etmək, onun işlərini görmək, qalan maksimum 5000 manat borcun onun ya da iddiaçının tərəfindən ödənilməsi üçün telefon əlaqəsi saxlamış, Vüsal işin məhkəmədə olmasını əsas gətirərək məhkəmədə işin həll olunmasını və məhkəmənin yekununu gözlədiyini bildirmişdir. Vətəndaş təyinatın düzgün qoymayanda 40 manat cərimə olunur. Bundan başqa malın təyinatı düzgün olmayanda mühasibdən tələb etmirlər ki, bu düzgün yanaşma deyil. İddaçının yanaşması düzgün deyil, belə məsələlərə hüquqi şəxsin direktoru nəzarət edir, hüquqi şəxsin, vergi, mühasibatlıq məsələlərində problem olanda mühasibi günahlandırmaq olmaz. Əgər hüquqi şəxsin vergi ilə problemi yaranıbsa birinci hüquqi şəxs onu sübut etməlidir ki, bu problem mühasibin ucbatından yaranmışdır. Bunlar onu sübut edə bilmirlər, sadəcə vergi 300000 manat borc yarandığını bildirmişdir.Yəni hüquqi şəxsin borcunun olması mühasibə lazım deyil. Vergi idarəsi sənəd gətirsin ki, cavabdehin öhdəliyi 2020-ci ilin avqust ayınadək yaranmışdır. Əgər vergi sənəd gətirsə ki, borc həqiqətən də 2020-ci il avqustun 20-dək yaranmış, onda iddiaçı sübut etsin ki, borcun yaranması cavabdehin günahıdır. İddiaçı vergi də cinayət işi açdırmaq istəyir. Cavabdehin hər hansı bir məsuliyyəti yoxdur, vergi cinayət işi başalsın, ondan sonra məsələ aydınlansın. Burada hüquqi şəxs öhdəlik götürmüş, bugünki gün hüquqi şəxs cavabdeh deyil, burda cavabdeh fiziki şəxs Günaydır. Günayın adına bir neçə şirkət ola bilər, bir neçə şirkətin direktoru ola bilər. Hüquqi şəxsi cavabdeh kimi işə qoşub verməlidir. Bu günki gün Vüsal xaricə getmiş və arxayındır ki, onluq heç nə yoxdur. Bu gün Vüsal sübut edə bilmir və məhkəmənin əli ilə sübut yığır. O, həmçinin Günayın VÖEN olduğunu səhv etmirsə ləğv edilməsini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi və ididanın təmin edilməsini xahiş etdi. O, həmçinin qeyd etdi ki, borclar tərəflər idxal etdikləri mallarla satdıqları malların uyğun gəlməməsindən əmələ gəlmişdir. Burda məsələ ondan ibarətdir ki, hər bir malın vergisi başqa hesablanır, mebelin vergisi, santexnik mallarının vergisi başqadır. Bu borc gəlir vergisi və ƏDV bəyənnamələrindən yaranmışdır, məsələ də demək belədir, gömrükdən mal keçmiş, gömrük bəyənnamələri üzrə mal gəlmiş, idxal olunan mallar, satış kimi göstərilməmiş, başqa mallar satış kimi göstərilmişdir. Vergi orqanı da həm gətirilən malları satış kimi qəbul etmiş, həm də satış kimi göstərdiyi malları təqdim etmişdir. Borc xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər yaranmışdır. 2019-cu ilin sentyabr ayı, əlavə dəyər 106 min , 2019 oktyabr ayı ƏDV 109 min olmuşdur. İş vergi cinayətinə getsə aydınlaşacaq ki, gömrüyə kim gedib malı rəsmləşdirmiş, mallar kimə təqdim olunmuşdur. Əgər həmin hadisələrin hamısında Vüsalın dediyi kimi dayısı oğlu ilə Günayın əli varsa o vaxt onlar cinayətə cəlb olunacaqlar. Həmçinin, Günayla Vüsalın dayısı oğlu Rəşad onlara bir ərizə vermişdir ki, Vüsalın bu borclara bir aidiyyatı yoxdur və borcları onlar ödəyəcək. Verginin təyinatı düzgün hesablamaq səlahiyyəti var. Malların hamısı kameral yoxlama ilə hesablanmış və kameraldan şikayət verilməmişdir. Cinayət işinin başlanılması üçün materiallar pereventivin araşdırılmasındadır. Bunun nəticəsindən asılı olaraq cinayət işi bağlaya da bilər başlamayada bilər. İddiaçı vəkil və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixdə saat 12:00-da Bakı İnzibati Məhkəməsində məhkəmə prosesi olduğundan məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki işin aidiyyəti üzrə hansı instansiya məhkəməsində baxılmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 26-cı bəndinə əsasən, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə İddiaçı "xxxx" MMC-nin direktoru Cavabdeh "xxxx" MMC ilə onlar arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə pul təlb edir. Həmin müqaviləyə əsasən İddiaçı cəmiyyətin direktoru Cavabdeh vermiş olduğu xx.xx.2018-ci il tarixli, 655769 nömrəli etibarnamə əsasında "xxxx" MMC-nin İddiaçı məxsus VÖEN üzərindən Azərbaycan Respublikasına müxtəlif növ mal idxal etməsi nəzərdə tutulmuş və İddiaçı adına xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasına idxal olunan mallara görə xarici ölkələrdə və Azərbaycanda yaranan borclara görə tam maddi məsuliyyətini cəmiyyət öz üzərinə götürmüşdür. Mübahisənin mahiyyətindən görünür ki, tərəflər arasındaki mübahisə tərəflərdən biri olan cavabdehin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq onların bağlı olduğu sahibkarlıq subyekti olan "xxxx" MMC-nin fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. Belə ki, Cavabdeh "xxxx" MMC-nin (VÖEN:**********) qanuni təmşilçisidir. İddiaçı ilə "xxxx" MMC arasında müqavilə sahibkarlıq fəaliyyətindən əldə olunması nəzərdə tutulan müxtəlif növ mal idxal etməsi ilə bağlıdır. Həmçinin, qeyd olunmalıdır ki, Cavabdeh daha əvvəl fiziki şəxs kimi özünə məxsus VÖEN-i olmuş, lakin sonradan ləğv olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icrata qəbul edilmədən məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bildirir ki, İddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət edən zaman İddiaçı ilə "xxxx" MMC-nin adından onun direktoru Cavabdeh tərəfindən təsdiq edilmiş iddiaçı ilə cəmiyyət arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə iş materiallarına əlavə edilməmiş, həmin muqavilə sonradan rayon məhkəməsinə təqdim edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılğı yarandığından İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəb edilməklə “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 32, 34-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəb edilməklə “pul” tələbinə dair 2(007)-222/2022 saylı mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-222/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-222/2022
20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver