Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2336/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qasım oğlunun Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh İddiaçı Qasım qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilkin iddia “əsassız varlanma” tələbi, qarşılıqlı iddia “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlunun ilkin iddia tələbi üzrə Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair ilkin iddia ərizəsinə və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğluna qarşı “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İlkin iddia tələbi :
1. İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlunun ilkin iddia tələbi üzrə Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı Qasım oğlunun vəsaiti hesabına əsassız varlandığını nəzərə alınaraq 50 000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar :
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Osmanov X14 Federasiyasının vətəndaşıdır. Cavabdeh isə onun əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu X7 anasıdır. İddiaçı və cavabdeh arasında bundan əvvəl əmlak mübahisəsi yaranmış nəticədə İddiaçı Qasım oğlunun iddiası təmin edilmişdir. Belə ki, Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, İddiaçı Qasım oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilmişdir. Cavabdeh 410 000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 (min əlli üç) manat alınaraq İddiaçı Qasım oğluna verilməsi təsbit olunmuşdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4794/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra sözügedən əmlaka münasibətdə Xəzər Rayon Məhkəməsi tərəfindən 07 iyun 2024-cü il tarixli qərardad çıxarılmışdır. Qərardada əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1209 saylı bağ evinin özgəninkiləşdirilməsi qadağan edilmiş, müvəqqəti təminat tədbirinin qüvvədə olma müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixə qədər müəyyən edilmişdir. Həmçinin tərəflərindən iddia ərizəsi ilə yenidən Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmçinin hüquqlarını müdafiə etdiyi İddiaçı vəsaiti hesabına alınan avtomobil- “Mercedes Benz S350” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə də MTT tətbiq edilməsinə dair 07 iyun 2024-cü il tarixində Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Belə ki, həmin avtomobil alqı-satqı müqaviləsi yolu ilə (İddiaçı oğlunun vəsaiti hesabına) Cavabdeh məxsus olmuşdur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfindən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur. Tərəfilərindən əsassız varlanmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilənə kimi, Quliyeva Xeysxanım tərəfindən həmin minik avtomobilinə qarşı da özgəninkiləşdirmə ehtimalı olduğunu nəzərə alınaraq “Mercedes Benz S320” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair ərizə təmin edilməmiş və iş üzrə e-16(007)-147/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardan çıxarılmışdır. Həmin Qərardaddan 10 iyun 2024-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Hazırki iş üzrə bildirilir ki, “Mercedes Benz S320” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil 2019-cu ildə İddiaçı Qasım oğlu tərəfindən və onun vəsaitləri hesabına alınmışdır. Lakin özü Rusiya Federasiyasının vətəndaşı olduğundan keçmiş həyat yoldaşının anası Cavabdeh adına alqı satqı müqaviləsi yolu ilə alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü üzrə 18 yanvar 2019-cu il tarixində həmin şəhadətnamə Cavabdeh verilmişdir. Cavabdeh 02 dekabr 2019-cu il tarixində İddiaçı qeyd edilmiş avtomobili idarə etmək, istifadə etmək, texniki baxışdan keçirtmək və s. digər səlahiyyətlər nəzərdə tutulan etibarnamə vermişdir. Həmin avtomobil İddiaçı istifadəsində olmuşdur, heç vaxt Cavabdeh sahibliyik və istifadəsində olmamışdır.
Qarşılıqlı iddia tələbi :
3. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğluna qarşı “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı Qasım oğlunun Cavabdeh qarşı əsassız varlanmaya dair iddia tələbinin tamamilə rədd edilməsi, **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S350” minik markalı avtomobilin İddiaçı Qasım oğlundan alınaraq Cavabdeh qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı Qasım oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş emtişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar :
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qasım oğlu cavabdeh X1 qarşı Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlandığını nəzərə alaraq 50.000 (əlli min) manat pul vəsaitinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini istəmişdir. Qeyd edilən mülki iş birinci hazırlıq iclası 09 avqust 2024-cü il tarixinə saat 10:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin blərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. O, X4 18 yanvar 2019-cu il tarixində **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S 350” markalı avtomobili alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyd edilən avtomobil həmin tarixdən onun mülkiyyətindədir. Onun mülkiyyətində olan **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S 350” minik markalı avtomobil mülkiyyətində ola-ola İddiaçı Qasım oğlu tərəfindən qanunsuz olaraq zorla ondan alınmış və Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin qarajında saxlanılmaqdadır. Bunun üçün hətta müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S 350” minik markalı avtomobilin X4 tərəfindən özgəninkiləşdirilməsi barədə qərardad qəbul edilməsini istəmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin e-16(007)-170/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı Qasım oğlunun ərizəsi təmin edilmiş, 2(007)-2336/2024 saylı müki iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənədək, “Mercedes Benz S 350” markalı, qara metallik rəngli, 2011-ci il istehsalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdeh X2 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardan Cavabdeh nümayəndəsi və vəkili tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-170/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(007)-170/2024 saylı qərardadı ləğv edilmiş, İddiaçı Qasım oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməmişdir. Mülkiyyətçi qismində sən olacaqsan, mülkiyyət hüququ rəsmi reyestrdə sənin adına dövlət qeydiyyatına alınacaqdır, bu gün mülkiyyətində olan əmlak cavabdeh tərəfindən zorla əlindən alınmaqla qanunsuz olaraq faktiki sahibliyində və istifadəsində olacaqdır, ancaq əsassız varlanmaya görə 50.000 (əlli min) manatın ödənilməsinə dair iddia qaldırılacaqdır. Məlumat üçün bildirir ki, daha əvvəlcədən qarşılıqlı iddiaçı (ilkin icraat üzrə cavabdeh) Cavabdeh rəsmi qaydada İddiaçı oğluna məktub göndərərək **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S 350” minik markalı avtomobilin ona geri qaytarılmasını tələb etmişdir, (bunu təsdiq edən sənədlər ərizəyə əlavə edilir) Bu günə qədər cavabdeh İddiaçı Qasım oğlu tərəfindən avtomobilin qaytarılması üçün heç bir tədbir görülməmişdir. Bundan sonra iddiaçı (ilkin icraat üzrə cavabdeh) AR Ədliyyə Nazirliyi Nizami rayon İcra Şöbəsinə müraciət edərək **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S 350” minik markalı avtomobilin qanunsuz olaraq saxlanılan bağ evindən götürülməsi üçün lazımi tədbirlərin görülməsi istənilmişdi (qeyd edilən ərizə iddia ərizəsinə əlavə edilir). Bununla, yanaşı qarşılıqlı iddiaçı (ilkin icraat üzrə cavabdeh) Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək mülkiyyətində olan və ondan zorla alınaraq naməlum şəraitdə saxlanılan -MF-999 dövlət nömrə nişanlı “Mercedes Benz S 350” minik markalı avtomobilin İddiaçı Qasım oğlundan alınaraq ona qaytarılması üçün lazımi tədbirlərin görülməsini istəmişdir (qeyd edilən ərizə iddia ərizəsinə əlavə edilir). Hesab edirlər ki, qarşılıqlı iddiaçı (ilkin icraat üzrə cavabdeh) özünün mülkiyyətində avtomobili geri qaytarmaq üçün məhkəmədən kənar digər hüquqi yollara baş vurmuş, ancaq həmin avtomobilin qaytarılması üçün cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmişdir. Bu halda da tərəfin öz mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etməkdən və hüquqlarının məhkəmə yolu ilə müdafiə etməkdən başqa bir yol qalmır. İddiaçının iddia tələbinin rədd edilməsinin bir digər əsası da iddia müddətinin ötürülməsidir. Bununla bağlı qarşılıqlı iddiaçı (ilkin icraat cavabdeh) Cavabdeh tərəfindən ayrılıqda Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə təqdim olunacaqdır. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri qarşılıqlı iddiaçının (ilkin icraat üzrə cavabdeh) mülkiyyətində olan **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S” minik markalı avtomobilin İddiaçı Qasım oğlundan alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunması üçün hüquqi əsas təşkil edir. Hesab edirlər ki, avtomobili özünün qanunsuz sahibliyində və istifadəsində saxlayaraq daha sonradan əsassız varlanmaya dair qaldırılan iddia müqabilində həmin avtomobilin mülkiyyətçisi tərəfindən avtomobilin öz mülkiyyətinə qaytarılması üçün məhkəməyə müraciət etməsi ilə bağlı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi üçün bütün hüquqi əsaslar mövcuddur, həmçinin hesab edirlər ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətinin tətbiq edərək iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsi iş materiallarından və qanunvericiliyin tələblərindən də öz təsdiqini tapmaqdadır.
İlkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə:
5. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı Qasım oğlunun Cavabdeh qarşı əsassız varlanmaya dair iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən və iddiaçmən iddia ərizəsindən də göründüyü kimi mübahisəli avtomobil cavabdeh tərəfindən 18 yanvar 2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Yəni qeyd edilən tarixdən halhazırdakı dövrə qədər 5 il 7 aya yaxın bir vaxt keçmişdir. Maraqlı olan haldır ki, cavabdehin əsassız varlandığını iddia edən iddiaçı və ya onun nümayəndəsi hansı tarixdən etibarən cavabdehin əsassız varlandığını təsdiq edir? Belə ki, mübahisəli avtomobilin 18 yanvar 2019-cu il tarixindən etibarən cavabdehin mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən bunun əsassız varlanma şəkildə edildiyini iddiaçı öz iddia ərizəsində bunu təsdiq edən halları sübuta yetirə bilmir. Belə ki, əgər müqavilə 18 yanvar 2019-cu il tarixindən etibarən bağlanmışdırsa və bu müqavilənin etibrasız hesab edilməsi üçün əsas vardırsa, o zaman ortaya qeyd edilən müqavilə üzrə iddia müddətinin buraxıldığı bir mənalı qaydada öz təsdiqini tapır. Belə ki, əgər cavabdeh əsassız varlanma şəklində əldə etmişdirsə, o zaman bağlanan müqavilənin etibarlılığı şübhə doğurur ki, bunun mübahisələndirilməsinə dair iddia müddəti 3 ildir. Bu müddətin də iddiaçı tərəfindən ötürüldüyü işdə olan sənədlərlə və qanunuverciliyin tələbləri ilə öz əksini tapmaqdadır. Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müdddəti üç il təşkil edir. Bundan başqa bildirmək istəyirlər ki, iddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarının bütün maddələrini iddia ərizəsinə köçürtmüş, ancaq həmin fəslin 1095-ci maddəsində qeyd edilənləri öz ərizəsində qeyd etməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən maddənin tələblərindən aslı olaraq ortaya bir sual çıxmaqdadır: iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ ona nə vaxt məlum olmuşdur? İki illik müddət hansı haldan etibarən işləməyə başlayacaqdır? Qalan hallara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərini şamil emtək mümkündürmü? Hesab edirlər ki, iddiaçının iddia tələbində qeyd edilənlərin əsassızlığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 1095-ci maddələrinin tələblərini əlaqəli şəkildə təhlil edərkən görmək mümkündür. Hər iki maddənin dispozisiyasmdan və işdə olan materiallardan göründüyü kimi hazırki iş üzrə iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə tutulmuş iddia müddətinin ötürüldüyü öz təsdiqini tapmaqdadır. İş materialları :
7. AD seriyalı, 389908 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Mercedes Benz S350 minik” markalı, 10MF999 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır.
8. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(007)-147/2024 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Qasım oğlunun “Mercedes Benz 320” markalı, 10MF999 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır.
9. 77 AГ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh tərəfindən “Mercedes Benz 320” markalı, 10MF999 dövlət qeydiyyat nişanlı avtomobilə dair X12 5 il müddətinə etibarnamə ilə tənzimlənən müvafiq hərəkətlərin həyata keçirilməsinə dair səlahiyyət verilmişdir.
10. 77 AГ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X13 tərəfindən “Mercedes Benz 320” markalı, 10MF999 dövlət qeydiyyat nişanlı avtomobilə dair X10 2024-cü ilin 2 dekabr tarixi daxil olmaqla etibarnamə ilə tənzimlənən müvafiq hərəkətlərin həyata keçirilməsinə dair səlahiyyət verilmişdir.
11. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Lexus LX470” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə Şahid adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.
12. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemindən kompüter çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdə verilmiş şəhadətnaməyə əsasən “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. Cavabdeh tərəfindən İddiaçı Qasım oğluna “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitəsinə sərəncam hüququ, X11 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək nəqliyyat vasitəsini istifadə etmək hüququ verilmişdir.
13. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemindən kompüter çıxarışından görünür ki, Şahid tərəfindən “Lexus LX470” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X9 xx.xx.2010xx.xx.2014; xx.xx.2017-xx.xx.2024; X10 xx.xx.2010-xx.xx.2060 dövləri əhatə edən etibarnamə verilmişdir.
14. Cavabdeh tərəfindən Xəzər RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh müvafiq orqana müraciət edərək onun mülkiyyətində olan və ondan zorla alınaraq naməlum şəraitdə saxlanılan **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S350V minik” markalı avtomobilin İddiaçı Qasım oğlundan alınaraq ona qaytarılması üçün lazımi tədbirlərin görülməsini xahiş etmişdir.
15. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Cavabdeh müvafiq orqana müraciət edərək onun mülkiyyətində olan **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S350V minik” markalı avtomobilin İddiaçı Qasım oğluna olan borcun ödənilməsi məqsədi ilə qanunsuz olaraq saxlanılan bağ evindən götürülməsi üçün lazımi tədbirlərin görülməsini xahiş etmişdir.
16. Cavabdeh tərəfindən İddiaçı Qasım oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı Qasım oğlunu mülkiyyətində olan **-MF-*** dövlət nömrə nişanlı “Mercedes Benz S350V minik” markalı avtomobili bu xəbərdarlıq məktubunu aldıqları tarixdən etibarən bir gün müddətində ona qaytarılması tələb olunmuş, əks təqdirdə mülkiyyətində olan avtomobilin tərəflərindən qanunsuz olaraq zorla alınması və həmin avtomobilin qaytarılması üçün zəruri tədbirlər görülməsi üçün tərəfindən bütün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 4794/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Qasım oğlunun nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1602)-2024 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Qasım oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinin təmin edilməsi, Cavabdeh 410000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 manat alınaraq İddiaçı Qasım oğluna verilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-887/2024 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4794/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanılması qərara alınmışdır.
19. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Qasım oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə müraciət etmək üçün 240 manat dövlət rüsumu ödənilmişdir.
20. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
21. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, avtomobil hal-hazırda onların faktiki sahibliyindədir.
22. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, avtomobilin alınması üçün Xəzər RPİ-nə müraciət etmişlər. Xəzər RPİ-si cavab olaraq bildirmişdir ki, müvafiq tədbirlər görülür, avtomobil saxlanacağı təqdirdə geri qaytarılacaqdır. Avtomobilin qaytarılması üçün bütün vasitələrdən istifadə etdiklərini, ilkin iddia tələbinin təmin olunması üçün qarşı tərəfdən əsaslı sübutlar təqdim edilmədiyini, lakin qarşılıqlı iddia tələbinin təmin olunması əsasların mövcud olduğunu bildirmişdir.
Şahidin izahatı:
23. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, o, iddiaçının uzaq qohumudur. “E Class Mercedes” markalı avtomobil 2004-cü il tarixində iddiaçı tərəfindən 25000 ABŞ dollarına Cavabdeh adına alınmışdır. “E Class Mercedes” markalı avtomobilin alınmasında o da iştirak etmiş, həmin maşını isə etibarnamə ilə sürmüşdür. Alqı-satqıda onunla bərabər İddiaçı və Cavabdeh iştirak etmişdir. “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanı **-MF-*** olmuşdur. “Lexsus” markalı maşın onun adına 85000 ABŞ dollarına alınmışdır. 2019-cu ildə “Lexsus” markalı maşını təhvil verərək, “S Class” markalı avtomobili almışlar. Belə ki, Babək prospektində yerləşən avtosalonda maşını barter etmişlər. Maşın 32000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “S Class” markalı avtomobili 32000 ABŞ dolları qiymətinə olardı. Avtosalonu işlədən şəxsləri tanıyırmışlar. Avtosalonu hazırda başqa şəxslər işlədirlər. 2004-cü il tarixində alınmış maşınla “Lexsus” markalı maşını birlikdə avtosalona təhvil vermişlər. Onlar avtomobilin köhnə nömrəsini saxlamaq üçün “S Class” markalı avtomobili Cavabdeh adına rəsmiləşdirmişlər. Avto salon onlara geri pul qaytarmamışdır. Cavabdeh maşının alınması ilə bağlı pul verməmişdir. “Lexsus” markalı maşın onun adına 85000 ABŞ dollarına 2007-ci il tarixində alınmışdır. “Lexsus” markalı maşın ona görə onun adına alınmışdır ki, Cavabdeh həmin ərəfədə Bakıda olmamışdır. Ona maşını sürmək üçün etibarnamə verilmişdir. Vüsal maşının sürücüsü, eyni zamanda həm də bağın mühafizəçisi olmuşdur. Cavabdeh bağda yaşamamış, o, 1988-ci il tarixindən etibarən Moskvada yaşamışdır. Cavabdeh sadəcə qonaq kimi gəlib getmişdir. “S Class” markalı avtomobil 2018-ci il tarixində alınmışdır. Avtosalona maşını etibarnamə ilə satmış, maşının alıcısı 2019-cu ilin fevral ayında çıxıbsa, avtosalon həmin vaxt maşını satmışdır. “E Class Mercedes” markalı avtomobil 2004-cü il tarixində alındığı üçün qiyməti aşağı olmuşdur. Əsas maşını Lexsus markalı maşın olmuşdur, onun dəyəri daha yüksək olmuşdur. Maşınla bağlı etibarnaməni salondakı alıcıya vermişlər. Salon maşını satdığı alıcı ilə özü müqavilə bağlamışdır. 2014-2016-cı illərdə başqa bir “E Class Mercedes” markalı avtomobildə mövcud olmuşdur. “E Class Mercedes” markalı avtomobili 14000 dollara alıb, 4000 ABŞ dollarına satmışlar. Həmçinin son məhkəmə iclasında izahatında Cavabdeh adına eyni tarixdə alınmış digər avtomobil, dövlət qeydiyyat nişanı barədə məlumatı olmamasını bildirmişdir.
İşin faktiki halı :
24. Osmanov X14 Federasiyasının vətəndaşıdır, Cavabdeh onun əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu X7 anasıdır.
25. “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdadır.
26. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin İddiaçı Qasım oğluna nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verilmişdir.
27. İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlu “Mercedes Benz S350 minik” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən, onun vəsaiti hesabına alındığını bildirərək həmin nəqliyyat vasitəsinin satın alınmasına sərf edilmiş vəsait olaraq 50000 manat məbləğində vəsaitin ilkin iddia tələbi üzrə Cavabdeh onun xeyrinə tutulmasını istəyir.
28. “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin iddia tələbi üzrə İddiaçı Qasım oğlunun faktiki sahibliyindədir.
29. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlunun sahibliyindən alınaraq ona verilməsini istəyir.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
32. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Məhkəmənin mövqeyi :
34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
35. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mülki iş ilkin və qarşılıqlı iddia tələblərindən ibarət olduğundan hər bir tələbə, tələbin əsaslandırıldığı dəllilərə, tələbin dəlillərinə olan etiraza ayrı-ayrılıqda qiymət verilməlidir.
Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
36. İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlu Cavabdeh qarşı olan 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini cavabdehin mülkiyyətində olan “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun vəsaiti hesabına alınması ilə əlaqədar cavabdehin onun vəsaiti hesabına əsassız varlanması ilə əsaslandırmışdır.
37. Həmçinin ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən ilkin iddia tələb üzrə iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
38. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
39. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
40. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
43. Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.
44. Məhkəmə qeyd edir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurma, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında pul vəsaitinin tutulmasına dair öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Tərəflər arasında müqavilənin bağlanmadığı şəksizdir. Məhkəmə iclasında mübahisə obyekti olan nəqliyyat vasitəsinin cavabdehin adına alınmasına dair tərəflər arasında müqavilə münasibətinin yaranması, məsələn bağışlama müqaviləsi, borc müqaviləsi vəs. müəyyən edilməmişdir, tərəflər də aralarında müqavilə münasibətinin olmasını iddia etmir. Həmçinin iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.
45. Hazırki mülki iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı Qasım oğlunun Cavabdeh qarşı olan “əsassız varlanma”ya dair ilkin iddia tələbinin faktiki əsasını cavabdehin mülkiyyətində olan “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun vəsaiti hesabına satın alınması və həmin nəqliyyat vasitəsinin satın alınmasına 50000 manat məbləğində pul vəsaiti sərf edilməsi təşkil edir.
46. Mülki qanunvericiliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
47. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və ilkin iddiaçının iddia tələbinin faktiki hallarının onun iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtləri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməli və üst-üstə düşdüyü, uzlaşdığı halda irəli sürülən tələb təmin olunmalıdır.
48. Belə olan halda hazırki mülki iş üzrə ilkin iddiaçı tərəfindən cavabdehin onun hesabına əsassız varlandığı, mübahisəli nəqliyyat vasitəsinin onun vəsaiti hesabına satın alındığı və həmin nəqliyyat vasitəsinin satın alınmasına 50000 manat məbləğində pul vəsaitinin sərf edildiyi sübut edilməlidir.
49. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı Qasım oğlu tərəfindən Cavabdeh onun vəsaiti hesabına əsassız varlanması sübut edilməmişdir.
50. Qeyd etdiyimiz kimi mülki qanunvericiliyə əsasən əsassız varlanan şəxs o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralara aradan qalxmış əsasa söykənir.
51. İşin müəyyən edilmiş faktiki halı odur ki, “Mercedes Benz S350 minik” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına rəsmiləşdirilməsi üçün əsas alqı-satqı müqaviləsi olmuşdur. Yəni həmin nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirilməsinin müqavilə əsası vardır.
52. İşdə “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin adına rəsmiləşdirilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı sübut yoxdur.
53. Həmçinini lkin iddia tələbi üzrə iddiaçı iddia edir ki, cavabdeh onun hesabına nəqliyyat vasitəsi əldə edərək əsassız varlanmışdır. Lakin ilkin iddiaçı tərəfindən cavabdehə qarşı həmin nəqliyyat vasitəsinin cavabdehdən alınmasına dair deyil, cavabdehdən pul vəsaitinin tutulmasına dair tələb irəli sürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsi ilkin iddia tələbi üzrə cavabdehin deyil iddiaçının faktiki sahibliyindədir.
54. Halbuki qanunvericiliyin tələbinə görə məhrum olan tərəfindən ilk növbədə varlanmış şəxsin əldə etdikləri tələb edilə bilər, varlanan şəxs tərəfindən əldə edilənləri vermək mümkün olmadıqda dəyəri tələb edilə bilər (MM 1092.1 və 1092.2).
55. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan halları ilə ilkin iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitəsinin cavabdehə bağışlanmasına dair hal müəyyən edilməmişdir. Tərəflər də bağışlama müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını iddia etmir, ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili həmin nəqliyyat vasitəsinin ilkin iddia tələbi üzrə cavabdehin öz vəsaiti hesabına satın alındığını bildirmişdir.
56. İlkin iddia tələbi üzrə iddiaçı mübahisəli nəqliyyat vasitəsinin cavabdehin adına alınmasını onun Rusiya Federasiyasının vətəndaşı olması və onun tərəfindən cavabdehin adına alınmış digər nəqliyyat vasitəsinə verilmiş 99MF999 dövlət qeydiyyat nişanının hazırkı nəqliyyat vasitəsinə verilməsi ilə bağlı olduğu ilə izah etmişdir.
57. Məhkəmə iddiaçının nümayəndəsinin iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğundan avtomobilin cavabdehin adına alınmasına dair izahatı ilə bağlı qeyd edir ki, qüvvədə olan qanunvericilikdə xarici vətəndaşlar tərəfindən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun əldə edilməsinə məhdudiyyət müəyyən edilməmişdir. 99MF999 dövlət qeydiyyat nişanı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin dövlət qeydiyyat nişanının iddiaçı tərəfindən cavabdehin adına alınmış digər nəqliyyat vasitəsinə verilməsi sübut edilməmişdir. Həmçinin qeyd edilən hallar nəqliyyat vasitəsinin iddiaçının öz adına alınmasına mane olan hallar kimi qiymətləndirilə bilməz.
58. Həmçinin ilkin iddia tələbi üzrə iddiaçı “Mercedes Benz S350 minik” markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 50000 manata alındığını iddia etsə də həmin nəqliyyat vasitəsinin 50000 manata alınmasını təsdiq edən mötəbər sübut məhkəməyə tədqim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
60. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
61. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
62. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
63. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
64. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
65. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən “Mercedes Benz S350 minik” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən cavabdehin adına alınmasını və həmin nəqliyyat vasitəsinin 50000 manata alınmasını təsdiq etmək üçün yeganə sübut olaraq şahid ifadəsinə istinad edilmişdir. Yeganə şahid ifadəsi isə hazırki mülki iş üzrə Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini üçün yetərli sübut kimi qiymətləndirilə bilməz.
66. Həmçinin şahidin məhkəmə iclasında verdiyi izahata əsasən “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəqiq hansı məbləğə alınmasını müəyyən etmək mümkün olmamışdır.
67. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid həmin nəqliyyat vasitəsinin onun adına alınmış cavabdehə məxsus olan Lexus markalı avtomobil və digər avtomobilin avto salon ilə barter edilməsi nəticəsində alındığını, dəyərinin 32 min dollar olduğunu bildirmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitəsinin barter edilməsi nəticəsində alındığına, hansı məbləğə barter edildiyinə dair məhkəməyə sübut təqdim edilməmişdir (hazırda həmin avtosalonun işləmədiyini bildirmişlər). Həmçinin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən həmin müqavilənin saxlanılması müddəti bitdiyi üçün təqdim edilməsi mümkün olmamışdır.
68. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır, ilkin iddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdehin onun hesabına əsassız varlandığı, sözügedən nəqliyyat vasitəsinin onun vəsaiti hesabına alındığı və nəqliyyat vasitəsinin alınması üçün 50000 manat məbləğində pul vəsaiti sərf edildiyi sübut edilməmişdir.
69. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
70. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddiaçının iddia tələbi əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizəyə də qiymət verilməsi zərurəti yoxdur.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
72. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onun mülkiyyətində olan “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh İddiaçı Qasım oğlu tərəfindən qanunsuz olaraq (zorla) ondan alınaraq öz sahiblik və istifadəsində saxlanılması ilə əsaslandırmışdır.
73. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
74. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
75. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
76. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
77. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlunun sahibliyindədir.
78. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
79. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
80. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
81. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
82. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
83. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
84. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə qeyd edilən normanın dispozisiya şərtlərinin hər biri mövcuddur.
Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:
85. İşin mübahisəsiz halı odur ki, “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətindədir.
86. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemindən kompüter çıxarış) əsasən müəyyən olunmuşdur ki, “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında AA073811 nömrəli şəhadətnamə verilmişdir və hazırdada onun adına qeydiyyatdadır. Əmlakın cavabdehin sahibliyində olması:
87. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlunun faktiki sahibliyindədir.
88. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halı odur ki, “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflər arasında digər məhkəmə proseslərinə mübahisə obyekti olmuş və hazırda İddiaçı Qasım oğlunun faktiki sahibliyində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi yerləşən 0.12 ha torpaq sahəsində yerləşən bağ evindədir.
89. Qeyd edilən faktiki hallar həm iddia ərizəsinin məzmununa əsasən, həmçinin İddiaçı Qasım oğlunun nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahata (maşın iddiaçının sahibliyində, bağ evində qarajdadır, xx.xx.2024-cü il tarixli hazırlıq iclası) əsasən müəyyən edilmişdir.
Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:
90. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlunun “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sahiblik və istifadə hüquq yoxdur. Əmlakın hazırda onun sahibliyində olmasının qanuni əsası mövcud deyil.
91. İşin müəyyən edilmiş halı odur ki, “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh tərəfindən İddiaçı Qasım oğluna verilmiş etibarnamə xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş, X11 (İddiaçı sürücüsü) verilmiş etibarnaməyə isə 18.102023-cü il tarixdə xitam verilmişdir.
92. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu xüsusda etibarnamə mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil. Mülki Məcəllənin 365.1.1-ci maddəsinə görə də etibarnamənin müddətinin bitməsi və 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verir.
93. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
94. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
95. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomobilin qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması qarşılıqlı iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.
Məhkəmə Xərcləri :
96. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyindən Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlundan tutularaq Cavabdeh ödənilməlidir.
Nəticə :
97. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz S350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Qasım oğlunun qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılmalıdır.
98. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İlkin iddia tələbi rədd və qarşılıqlı iddia tələbi təmin edilsin. İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlunun ilkin iddia tələbi üzrə Cavabdeh 50.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair ilkin iddia tələbi rədd edilsin. İlkin iddia tələbi üzrə İddiaçı Qasım oğlu tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan “Mercedes Benz S 350 minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Qasım oğlunun sahibliyindən alınaraq Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qasım oğlundan tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva