Məhkəmə qərarları › İş №e-2(007)-2346/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2346/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2346/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.10.2019-cu il tarixdə X3 məxsus Cavabdeh tərəfindən idarə olunan “VAZ 2107 ” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AB *** dövlət qyediyyat nişanlı NAZ Lifan LF 6430 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur.“xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AB *** dövlət qyediyyat nişanlı NAZ Lifan LF 6430 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 795,00 manat müəyyən edilmişdir.Həmin məbləğdən 100,00 manat azadolma çıxılmışdır. "xxxx" Sığorta ASC-nin 25.11.2019-cu il tarixli sığorta aktına əsasən "xxxx" Sığorta ASC tərəfindən dəymiş ziyana görə 695,00 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərar alınmış və köçürmə həyata keçirilmişdir.Təmir edildikdən sonar zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Yol-nəqliyyat hadisəsinin cavabdehin təqsirindən baş verdiyi nəzərə alaraq,subroqsiya hüququna əsasən 695 manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənilməsi tələbi ilə ona bildiriş göndərilmişdir,lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 695,00 manat manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumu xxxx" Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan TP ******* nömrəli,19.10.2019-cu il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki,19.10.2019-cu il tarixdə,saat 15:55 radələrində X5 idarə etdiyi VAZ2107 minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, və bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. İş materiallarında olan 25.11.2019-cu il tarixli sığorta aktından görünür ki, “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AB *** dövlət qeydiyyat nişanlı NAZ Lifan LF 6430 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsinə görə dəymiş ziyanla əlaqədar 100 manat azadolma məbləği çıxılmaqla 695 manat avtomobilin təmiri məqsədi ilə fərdi sahibkar X4 ödənilmişdir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə 28.10.2019-cu il tarixli hesabatdan görünür ki, NAZ Lifan LF 6430 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 795 manat təşkil edir. İş materiallarında olan 21.05.2020-ci il tarixli ödəniş tapşıtığından görünür ki, “xxxx” Sığorta Şirkəti ASC məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı xxxx" Sığorta ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxslərdən ödənilmiş məbləği tələb etməyə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 19.10.2019-cu il tarixdə,saat 15:55 radələrində X5 idarə etdiyi VAZ2107 minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, və bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur.Həmin hadisə nəticəsində xxxx" Sığorta ASC-də “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AB *** dövlət qeydiyyat nişanlı NAZ Lifan LF 6430 markalı avtonəqliyyat vasitəsinə 100 manat azadolma məbləği çıxılmaqla 695 manat ziyan dəymiş və “xxxx" Sığorta ASC tərəfindən həmin məbləğ avtomobilin təmiri məqsədi ilə fərdi sahibkar X4 ödənilmişdir. Hal-hazırda iddiaçı qeyd olunan məbləği subroqasiya qaydasında zərərvuran X2 tələb edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. X2 subroqasiya qaydasında 695 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar