Məhkəmə qərarları › İş №e-2(007)-2350/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2350/2023

06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2350/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bağlar Təsərrüfatı İdarəsinin Çöl Şüvəlan bağlar sahəsindəki 190 nömrəli koperativi tərəfindən 80 nömrəli Orderə əsasən ona Bakı şəhəri, İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarına əsasən Şöl Şüvəlan bağlar sahəsində 190 nömrəli Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 0,12 ha torpaq sahəsi olan 121 nömrəli bağ ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl- Şüvəlan bağlar massivində yerləşən istifadəsində olan “121” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən rəsmi ərizə ilə müraciət olunmuşdur. İş üzrə 3-cü şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********08 321330/2-M-05648/2023 saylı cavab məktubunda göstərilmişdir ki, təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı “Firəngiz” qeyd edilsə də şəxsiyyəti təsdiq edən sənəddə “Firəngül” qeyd olunmuşdur. Bu səbəbdən də Çüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağlar massivində “121” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, ona məxsus doğum haqqında şəhadətnamədə adı “Firəngül” kimi qeyd edilməsinə baxmayaraq sadəcə olaraq Bakı şəhəri, İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamında səhvən adı “Firəngiz” kimi qeyd olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamında qeyd olunan Firəngiz adının ona məxsus olması həmin sərəncam əsasında Bakı şəhər, Xəzər rayonu, Çüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağlar massivində “121” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazımdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri, İcra Hakimiyyəti başçısının X1 Bakı şəhər, Xəzər rayonu, Çüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağlar massivində “121” nömrəli torpaq sahəsinin ayrılmasına dair xx.xx.1994cü il tarixli, 461 №-li sərəncamın Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şairəliyev Təbriz ifadəsində bildirdi ki, ərizəçi onun anasıdır. Onların ailəsində Firəngiz adlı şəxs olmamışdır. Lakin bağ sahəsi ilə bağlı sənədlər səhvlik olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin ailəsində Firəngiz adlı şəxs olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahid ifadlərini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Mustafayeva Frəngül xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuşdur. X8, anası Mustafayeva Sənəmdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamdan çıxarış: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən (3.80) X1 Çöl Süvəlan BTK № 190 BAĞ № 121 ayrılmışdır. - Bağlar Təsərrüfatı İdarəsinin Çöl Şüvəlan bağlar sahəsindəki 190 nömrəli koperativi tərəfindən verilmiş 80 nömrəli Orderdən görünür ki, Bakı şəhəri, İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarına əsasən Şöl Şüvəlan bağlar sahəsində 190 nömrəli Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 0,12 ha torpaq sahəsi olan 121 nömrəli bağ ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağlar massivində yerləşən “121” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. “121” nömrəsi Bağlar Tikinti Kooperativinə dair yerləşmə sxemində öz əksini tapmamışdır. Həmçinin təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq, təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı “Firəngiz” qeyd edilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Firəngül” qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,12 ha göstərilsə də, faktiki 0,1074 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli 3-52/2- 5432/2023 saylı məktubundan görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci ilə dair qərarları, Azərbaycan SSR Nazirlər Kabinetinin qətnamələri, Bakı Şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi tərəfindən verilən orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qətnaməsi, həmçinin Bağlar Təsərrüfatı İdarəsinin 80 nömrəli orderi idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamdan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamından çıxarışın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən (3.80) X1 Çöl Süvəlan BTK № 190 Bağ № 121 ayrılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur və o, hazırda ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamından çıxarış ilə müəyyən edilir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən (3.80) X1 Çöl Süvəlan BTK № 190 Bağ № 121 ayrılmışdır. Həmin sənəddə Ərizəçi adı X5 kimi göstərilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bununla əlaqədar ərizəçi əmlakın sənədləşdirməsini apara bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamı ilə 190 saylı BTK nəzdində Çöl Şüvəlan qəsəbəsində yerləşən 121 saylı bağ sahəsi ərizəçiyə ayrılmışdır. Belə ki, maraqlı şəxs Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qətnaməsi, həmçinin Bağlar Təsərrüfatı İdarəsinin 80 nömrəli orderi idarənin arxivində aşkar edilmədiyini qeyd etsə də, məhkəməyə tərəflərindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamdan çıxarışla müəyyyən edilir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən (3.80) X1 Çöl Süvəlan BTK № 190 Bağ № 121 ayrılmışdır. X6 İdarəsinin 80 nömrəli orderi məhkəməyə ərizəçi tərəfindən təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamının (3.80-ci bəndinin) ərizəçinin adı “Ərizəçi” kimi deyil, “X2” kimi qeyd edilmişdir. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli X1 190 saylı BTK nəzdində Çöl Şüvəlan qəsəbəsində yerləşən 121 saylı bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamının (3.80-ci bəndinin) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 190 saylı BTK nəzdində Çöl Şüvəlan qəsəbəsində yerləşən 121 saylı bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamının (3.80-ci bəndinin) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar