Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2362/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi X3 Qurbanovun katibliyi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2MMC-nin, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə İddiaçıin cavabdehlər Cavabdeh2MMC-nə onun təsisçiləri - Cavabdeh1,Cavabdeh3,Cavabdeh5 və Cavabdeh4,3-cü şəxs Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2MMC-nə onun təsisçiləri - Cavabdeh1,Cavabdeh3,Cavabdeh5 və Cavabdeh4,3-cü şəxs Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC xx.xx.2009-cu il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh2 MMC-nin təsisçiləri aşağıdakı fiziki şəxslərdir:İddiaçı - 20% pay,Cavabdeh1 -16% pay,Cavabdeh3 - 36% pay, Cavabdeh5-18% pay. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə qədər olan 3-cü redaksiya nizamnaməsinin (qanunsuz edilmiş dəyişikliklərdən əvvəl) 4.5-ci bəndi aşağıdakı redaksiyadadır (qeyd: mətn Nizamnamədə olduğu kimi verilir):“4.5. X2 və Nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi,idarəetmə orqanlarının formalaşdınlması. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlayiyyətlərinə vaxtından əwəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar ümumi yığıncaqda iştirak edən bütün təsisçilərin yekdil qərarı ilə,digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. “25 iyun 2022-ci il tarixdə Cavabdeh2 MMC-nin növbədənkənar ümumi yığıncağı keçirilməsi nəzərdə tutulmuş, bununla bağlı bildiriş göndərilmişdir.Ümumi Yığıncağın gündəliyində olan məsələlər cəmiyyətin direktorunun dəyişməsi və cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar olmuşdur. O, həmin iclasda iştirak edə bilməyəcəyi barədə digər təsisçilərə “sms” bildiriş göndərmiş, buna baxmayaraq o, etibarnamə üzrə nümayəndələrini iclasın keçiriləcəyi ünvana göndərmişdir.Onun nümayəndələri qeyd olunan ünvana tam vaxtında getsələr də, həmin ünvanda heç bir təsisçi olmamış, onların mobil telefonlarına isə zəng çatmamışdır.xx.xx.2022-ci il tarixdə digər təsisçilər tərəfindən cəmiyyətin direktoru X1 yeni çıxarış və cəmiyyətin xx.xx.2022-ci il tarixli protokolu təqdim olunmuş, onun artıq cəmiyyətin direktoru olmadığı, dərhal işləri təhvil verərək iş yerini tərk etməsi tələb edilmişdir.Həmin vaxt onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ümumi yığıncaq keçirilmədən özbaşına 3 təsisçi tərəfindən qərar tərtib edilmiş, cəmiyyətin direktoru (qanuni təmsilçisi) və nizamnaməsi cəmiyyətin nizamnaməsinin və qanunvericiliyin tələblərinə zidd olaraq dəyişdirilmişdir.Qərar tərtib edilərkən təsisçilərdən İddiaçı (20% payla) və Cavabdeh1 (16% payla), yəni, cəmiyyətdə 36% paya malik olan təsisçilər cəmiyyətin növbədənkənar iclasında ümumiyyətlə iştirak etməmiş, heç bir sənədə imza etməmişlər.Həmin iclasda iştirak etsəydilər belə,36% paya malik olan təsisçilər gündəlikdə duran məsələlərin əleyhinə səs verəcəkdi.Buna baxmayaraq, harada və hansı tarixdə keçirilməsi məlum olmayan iclasa sədrlik edən özbaşınalığa yol verərək, cəmiyyətin nizamnaməsinin və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, həmin məsələlər ilə bağlı qərarın qəbul edildiyini bəyan etmişdir.64 % paya malik olan təsisçilər tərəfindən tərtib edilmiş qərar qanunsuz olsa da, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən həmin dəyişikliklər qeydə alınmış, sözügedən dəyişikliklərin yalnız təsisçilərin yekdil qərarı ilə həll edilə biləcəyi nəzərə almadan xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir.Göründüyü kimi, cəmiyyətin direktorunun işdən azad olunması və cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi məsələsi cəmiyyətin 36% paya malik olan təsisçilərinin xəbəri olmadan müzakirə edilməsi və belə qərarın qəbul edilməsi tamamilə qanunsuzdur.Yuxarıda qeyd edilənlərə və Mülki Prosessual Məcəllənin 149-150-ci maddələrinə əsasən,Cavabdeh2MMC-nin təsisçilərinin ümumi yığıncağının 25 iyun 2022-ci il tarixli növbədənkənar iclasının protokol ilə rəsmiləşdirilmiş qərarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3,cavabdehlər Cavabdeh2MMC-nin, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil4 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə MPM-nin 185-ci maddsinin tələblərini nəzərə alaraq iş üzrə araşdırmanı davam etdirmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2MMC-nin,Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddiaçının əsas arqumenti ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə ümumi yığıncaq keçirilən zaman, yığıncağın keçirilməsi ilə bağlı bildirişdə göstərilən ünvanda və saatda hüquqlarını müdafiə etdiyi şəxslər olmayıblar. Bunun sübutu kimi video-görüntü təqdim ediblər.Həmin video-görüntü ilə tanış olduqdan sonra ona məlum oldu ki, video-görüntüdə olan şəxslər Kaştayev Elnarla hər-hansı bir əlaqəsi yoxdur. İddiaçı nümayəndəsi-vəkili iddiaçının həmin ümumi yığıncağa xanım nümayəndəsini göndərdiyini məhkəmədə bildirmiş və təsdiq etmişdir ki,iddiaçı həmin xanıma onu ümumi yığıncaqda təmsil etmək üçün etibarnamə verib. Lakin görüntülərdə xanım görsənmir, düzdü hansısa bir görünməyən xanım səsi gəlir, ancaq həmin səxsin məhz etibarnamədə göstərilən şəxsə aid olması məlum deyil. Bir də ki, video-görüntünün xx.xx.2022-ci il tarixdə səhər 09-da çəkilib çəkilməməsi məlum deyil. Həmin görüntü bir neçə gün sonra da çəkilə bilərdi. Ünvana gəldikdə isə, videogörüntüdə açıq görünür ki, həmin Faiq Rüstəmov küçəsi 15 ünvanına getmiş şəxslərin dayandıqları ünvan 15A kimi divarda göstərilib və qeyd olunub. Divarda 15 yazısı var və ox işarəsi göstərir ki, həmin işarə ilə gedib 15 saylı küçyə daxil olursan. Faiq Rüstəmov 15 ünvanına isə o özü gedib baxdıqdan sonra şəkil və video çəkmişdir, göstərilən ünvanlar fərqli-fərqli ünvanlardır. Ona görə də, hesab edir ki,bu arqumentin əsası yoxdur.Onu da qeyd etmək istəyir ki,iddiaçı bildiriş alıb iştirak edə bilməyəcəyini qeyd etsə də nümayəndəsinin yığıncağa gələcəyi barədə heç bir məlumat verməmişdir. Belə çıxır ki,anidən qərara gəlmişdir ki, nümayəndəsini göndərsin.Əvvəlcə isə heç bir təsisçiyə yazılı məlumat verməmişdir.Yığıncağın qərarına gəldikdə isə,qeyd etmək istəyir ki, qərar tam olaraq qanunidir.Belə ki, həmin yığıncaqda üç təsisçinin yekdil fikri ilə bu qərar qəbul olunub, o, cümlədən nizamnamədə dəyişiklik məsələsi öz həllini tapıb.Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia əsassız olduğu üçün təmin olunmasın. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 da iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həmkarı Vəkil4 çox dolğun çüxüş etdi.Onun dediklərini müdafiə edir.Qısa olaraq onu qeyd etmək istəyir ki, təsisçilərin 50% dən yuxarı səs çoxluğu olduğu halda qəbul edilmiş qərar əsaslı hesab edilir.Onu da, bildirmək istəyir ki,iddaçı artıq öz payını cavabdehlərdən ikisinə satıb. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki,iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. İş materiallarında olan: Cavabdeh2MMC-nin nizamnaməsinin) 2.1 və 2.2-ci bəndlərindən görünür ki,cəmiyyətin nizamnamə kapitalı 520 manat həcmindədir və hər biri 1 manat olmaqla 520 paydan ibarətdir. Təsisçilərin nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı - 20% pay,Cavabdeh1 -16% pay,Cavabdeh3 - 36% pay, Cavabdeh5-18% pay,Cavabdeh4 52 pay. 4.4-cü bəndində qeyd olunur ki, “...Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştiralçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir” 4.5-ci bəndində qeyd olunur ki, “X2 və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi,idarəetmə orqanlarının formalaşdınlması,Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlayiyyətlərinə vaxtından əwəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək,Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar ümumi yığıncaqda iştirak edən bütün təsisçilərin yekdil qərarı ilə,digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir” İddia ərizəsinin məzmunundan və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş ümumi yığıncaqda cəmi 64% paya sahib olan təsisçilər iştirak etmişdir. Belə olan halda yığıncaq səlahiyyətli hesab edilir. Bundan başqa,iddiaçı ümumi yığıncağın keçiriləcəyi barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunmuşdur.Lakin həmin iclasa gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 05 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payını Cavabdeh1 və Cavabdeh4 satmışdır və hal-hazırda təsisçi deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə,məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə onun təsisçiləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4, 3-cü şəxs Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2362/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2362/2022
14.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver