Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-24/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 13901,96 manat məbləğində vəsaitin, 131,71 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** TY *** dövlət qeydiyyat nişanlı “Mazda CX-30” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** TY *** dövlət qeydiyyat nişanlı “Mazda CX-30” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 17327,75 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 17327,75 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3425,79 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 13901,96 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Məbləğ çox hesablanıb. Məbləğlə razı deyil. Digər cavabdehlə əlaqəsi yoxdur.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyun 2025-ci il tarixli, 004- 072/2025 nömrəli məktubuna əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 72/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı icra edilməsi xx.xx.2025-ci il tarixində “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Qiymətləndirmə prosesinin həyata keçirilməsi məqsədilə, mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması üçün qərardadda və ona əlavə olunmuş materiallarda qeyd edilmiş “Mazda CX-30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2020-ci il buraxılışlı olmasını və hadisənin xx.xx.2021-ci il tarixində baş verməsini nəzərə alaraq, bu avtonəqliyyat vasitəsinə dəyən zərərin məbləğinin müəyyənləşdirilməsi tələb olunmuşdur. Bu məqsədlə tərəflərə xidmət haqqının ödənilməsi ilə bağlı müraciət olunması üçün hər iki tərəflə əlaqə saxlanılmasına cəhd edilmişdir. İddiaçı tərəfin nümayəndəsi, "xxxx" ASC-nin əməkdaşı X3 ilə iş materiallarında göstərilən mobil nömrə vasitəsilə (***-***-**-**) əlaqə yaradılmış, ona xidmət haqqının ödənilməsi təklif olunmuşdur. Lakin, "xxxx" ASC-nin nümayəndəsi X3 qiymətləndirmə prosesində maraqlı olmadıqlarını bildirərək xidmət haqqının ödənilməsindən imtina etmişdir. Cavabdeh1 və Cavabdeh2 ilə əlaqə nömrələri qeyd olunmadığından əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarına avtomobilin qəza zamanı çəkilmiş fotoşəkilləri təqdim edilmədiyindən və tərəflər tərəfindən də, bu fotoşəkillər təqdim olunmadığından, qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Həm məlumatların çatışmazlığı, həm də baxışın mümkün olmaması qiymətləndirmənin obyektivliyinə və nəticələrinə əsaslı təsir göstərdiyindən qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad icra edilmədən geri qaytarılmışdır.
10. 10.03.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 131.71 manat dövlət rüsumu ödənilmişdir.
11. xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə 17327.75 manat məbləğində zərər dəymişdir.
12. Təhvil-təslim aktının surətindən görünür ki, “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir.
13. xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.2021-ci il tarixində “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir.
14. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur.
15. Tam sığorta şəhadətnaməsindən görünür ki, “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə sığorta edilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5240-8/2007/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı "Mazda CX-30" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat ahissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13821,20 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/330/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri, hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 2020-ci il buraxılışlı, "Mazda CX-30" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14684,53 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 11011,33 manat; - Təmir- bərpa işlərinin qiyməti – 3673,20 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 14244,08 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 10570,88 manat; - Təmir- bərpa işlərinin qiyməti – 3673,20 manat. Dəymiş ziyan (ehtiyyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı "Mazda CX-30" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(007)-72/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı.
18. Ödəniş tapşırığından görünür ki, “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3425,79 manat məbləğində vəsait ödənilmişdir.
İşin faktiki halları:
19. Məhkəmə iclasında müəyyən edildi ki, 27.09.202-ci il tarixdə “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə 17327.75 manat məbləğində zərər dəymişdir. “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olsa da hadisə baş verən anda sürücü avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 olmuşdur. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3425,79 manat məbləğində vəsait ödənilmişdir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən müştərək qaydada dəymiş zərər olaraq ödənilməmiş 13901.96 manat vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
20. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
22. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın:
35.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: - avtomobilin tam məhvi. - avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
24. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh2 tərəfindən idarə olunan “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" ASC tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 17327.75 manat müəyyən edilmişdir. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3425,79 manat məbləğində vəsait ödənilmişdir.
25. Yuxarıda qeyd olunan maddi normanın tələbindən görünür ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, “Honda İnsignt” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verən anda isə sürücü avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 olmuşdur.
26. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan sığorta ödənişinin əvəzini ödəməlidirlər.
27. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə 17327.75 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5240-8/2007/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı "Mazda CX-30" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat ahissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13821,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/330/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri, hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 2020-ci il buraxılışlı, "Mazda CX-30" markalı, **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14684,53 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 11011,33 manat; - Təmir- bərpa işlərinin qiyməti – 3673,20 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 14244,08 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 10570,88 manat; - Təmir- bərpa işlərinin qiyməti – 3673,20 manat. Dəymiş ziyan (ehtiyyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı "Mazda CX-30" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(007)-72/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı.
28. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35.2-ci maddəsinə əsasən, “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci il buraxılışlı olduğu üçün və avtomobilin istehsal tarixindən 2 ildən çox müddət keçmədiyindən dəyişilməli hissələrin və təmir-bərpa işlərinin təzə hissələrin qiymətinə uyğun müəyyən edilməlidir. Odur ki, “Mazda CX-30” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində qeyd edilən 13901.96 manat əsas götürülməlidir.
29. ““Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə 3425,79 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda 17327.75 məbləğdən 3425,79 manat çıxılmalı və 13901.96 manat məbləğində pul cavabdehdən tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
31. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu 131.71 manat cavabdehlərdən tutulmalıdır.
32. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi 13901,96 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 131,71 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi 13901,96 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 131,71 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova