Məhkəmə qərarları › İş №e-2(007)-2444/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2444/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2444/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh Cavabdeh oğlunun iştirakı ilə İddiaçı "xxxx"ASC -nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış Cavabdeh oğlu 29.09.2020-ci il tarixdə idarə etdiyi “Honda”markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Çobanzadə küçəsi ilə hərəkət edərkən yol nişanının tələblərini pozmuş,nəticədə “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Belə ki,qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri DYPİdə tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur.Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə 3155 manat nəbləğində maddi ziyan dəymişdir. PME ********** nömrəli sığorta şəhadətnaməsinə,01.02.2021-ci il tarixli İAS 210076 saylı sığorta ödənişi aktına və həmin akta 01 mart 2021-ci il tarixli əlavəyə əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 3155 manat sığorta ödənişi edilmişdir.Qeyd olunanlara əsasən Cavabdeh subroqasiya qaydasında 3155 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cəmi 3185 manat pulun "xxxx"ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasnı xahiş edir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,bəli o, yol nəqliyat hadisəsi törətdiyini etiraf edir. Lakin dəymiş ziyanın miqdarı ilə razılaşmır. Ziyan həddən artıq çox şişirdilib, hətta ekspertin rəyi ilə də, tanış olmuşdur, orada da, məbləğ artıq yazılıb .O,ekspertin rəyi ilə də razı deyil. Xahiş edir ki nəzərə alınsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Baki şəhəri DYPİ-nin polis baş leytenantı X1 tərtib etdiyi 29.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixdə idarə etdiyi “Honda”markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Çobanzadə küçəsi ilə hərəkət edərkən yol nişanının tələblərini pozmuş, nəticədə “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Ona görə də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki,hadisə nəticəsində “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə 2141.00 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixdə idarə etdiyi “Honda”markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Çobanzadə küçəsi ilə hərəkət edərkən yol nişanının tələblərini pozmuş,nəticədə “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Ona görə də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində “Hyundai Sonata”markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir.Ekspert rəyi ilə dəymiş ziyanın 2141.00 manat müəyyən olunmuşdur. PME ********** nömrəli sığorta şəhadətnaməsinə,01.02.2021-ci il tarixli İAS 210076 saylı sığorta ödənişi aktına və həmin akta 01 mart 2021-ci il tarixli əlavəyə əsasən "xxxx"ASC tərəfindən zərərçəkənə 3155 manat sığorta ödənişi edilmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh "xxxx"ASC-nin xeyrinə dəymiş maddi ziyana görə 2141.00 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan "xxxx"ASC-nin xeyrinə dəymiş maddi ziyana görə 2141.00 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar