Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2445/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Mirzəyevin sədrliyi X7 Qurbanovun katibliyi İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh2 QSC-nə, Cavabdeh1nə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 QSC-nə, Cavabdeh1nə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,Cavabdeh2 QSC hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı və digər cavabdehlər X8, X3, X4, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X6 müştərək qaydada iddiaçı"xxxx" QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 195170,3 ABŞ dolları kredit borcu, 32663,62 ABŞ dolları faiz borcu və 60301,19 ABŞ dolları cərimə olmaqla, cəmi 288135,11 ABŞ dolları; - 027KK**********1 saylı kredit müqaviləsi üzrə 9999 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 2760 ABŞ dolları cərimə olmaqla, cəmi 14816,15 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 302951,26 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınamsı üçün ödənilən 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı “A” tikilisinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ümumilikdə cəmi 302951,26 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilən 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İddiaçı, X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X6 müştərək qaydada tutulması, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı “A” tikilisinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X5 həmin evə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilib.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 22 oktyabr 2014-cü il tarixli, 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli, 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** saylı kredit razılaşması üzrə 195170,3 ABŞ dolları kredit borcu, 79585,81 ABŞ dolları faiz borcu və 4700 ABŞ dolları cərimə olmaqla, cəmi 279456,11 ABŞ dolları borc; 027KK**********1 saylı kredit müqaviləsi üzrə 9999 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla, cəmi 12356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınamsı üçün ödənilən 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilən 300 manat pulun əvəzinin İddiaçı X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X6 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəilə satılaraq, əldə edilən vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldğı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı və X5 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanın boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilib, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 59/2019 saylı qətnaməsi qismən dəyişdirilib.Bildirmək istəyir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə 72 nömrəli reyestr kitabının 6598 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınıb.İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, fəaliyyətini genişləndirmək məqsədilə fərdi yaşayış evini ipoteka qoymaqla, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 280000 ABŞ dolları məbləğində kredit götürüb.Bundan əlavə, "xxxx" QSC ilə xx.xx.2015-ci il tarixdə bağlanan kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürüb.Kredit xətti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Bank arasında bağlanan xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus “A” tikilisi, 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilib.Göründüyü kimi, yalnız iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilib. Eləcə də istər tərəflər arasında bağlanan ipoteka müqaviləsində, istərsə də məhkəmədə iddia qaldırılarkən torpaq sahəsi ipoteka predmeti kimi nəzərdə tutulmayıb.Evin altındakı torpaq sahəsi iddiaçıya RİH-in sərəncamı ilə ayrılıb. Sərəncamla ayrılan torpaq sahəsinin ölçüsü 0.04329 kv.m olub. Həmin torpaq sahəsinin bir hissəsi fərdi yaşayış evinin tikili kimi altına düşür. Bir hissəsi evin həyətyanı sahəsidir. Bundan başqa 0,0551 kv.m torpaq sahəsi də iddiaçının istifadəsində olub. Onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən, altındakı 0.04329 kv.m torpaq sahəsi dövlət mülkiyyəti olub.Sonradan həmin 0.04329 kv.m və 0,0551 kv.m torpaq sahələri, yəni ümumilikdə 0.09842 kv.metr torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınıb.Hazırda isə iddiaçıya məlum olub ki, ünvan 2 ünvan: Nəsimi küçəsi, ev 95, ev 22, Yeni qaydalarla: ünvan 1 və mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində qeydiyyata alınıb.Göründüyü kimi, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsi ipoteka predmetini təşkil etmədiyi, eləcə də həmin torpaq sahəsinə dair heç bir tələb irəli sürülmədiyi, məhkəmə qətnaməsində yalnız tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəilə satılması qət edildiyi, eləcə də hərrac vasitəsilə yalnız fərdi yaşayış evi Banka satıldığı halda, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: ünvan 1-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsinə dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən, ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər.“İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənən razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Lakin ipoteka saxlayan mövcud qanunvericiliyin tələblərinə əməl etməyərək, ipoteka predmeti olan əmlakın satışının açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gəlmək üçün iddiaçıya müraciət etməyib. Halbuki, əgər iddiaçıya belə bir təklif olunmuş olsaydı, iddiaçı həmin təklifi qəbul edərdi. Hazırda da iddiaçı banka olan borcunu ödəməyə hazırdır.Bundan əlavə Mülki Məcəllənin 415.2-ci maddəsində qeyd olunub ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilən digər məlumatlar olmalıdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi icraya yönəldildikdən sonra İddiaçı məxsus fərdi yaşayış evinin hərracdan satılmasına dair iddiaçıya heç bir məlumat verilməyib. Bununla da "xxxx" MMC tərəfındən ipoteka predmeti olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulub, iddiaçının mülkiyyətinə əsaslı surətdə qəsd edilib, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarım pozulub. Hərracın bu qaydada iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq iddiaçı ciddi surətdə maddi və mənəvi sıxıntıya salınıb. Odur ki, qeyd olunanları nəzərə alıb xavhiş edir ki,Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: ünvan 1-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan 0.0984 kv.m torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 08 sentyabr 2020-ci il tarixli, 17/71-11E/27 saylı Protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunsun. İddiaçı da oxşar məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia tamamilə əsassızdır və rədd edilməlidir.Belə ki, İddiaçı Cavabdeh2 QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027L**********06 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılıb.İddiaçı ilə Bank arasında bağlanılan xx.xx.2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus “A” tikilisi 2 mərtəbəli, ümumi sahəsi 597 m2, yaşayış sahəsi 262.5 m2, köməkçi sahəsi 334.7 m2 olan 9 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilib.İddiaçı kredit borcunu geri qaytarmadığına görə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət edilib.Məhkəməyə müraciət edilərkən əvvəlcə tələbin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 m2, yaşayış sahəsi 262.5 m2, köməkçi sahəsi 334.7 m2 olan 9 otaqlı “A” tikilisinə yönəldilməsi xahiş olunsa da sonradan işin məhkəmədə baxıldığı dövrdə məhkəməyə ərizə təqdim edilərək tələbin İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə yönəldilməsi xahiş edilib.Tələbin dəqiqləşdirilməsinin səbəbi isə ipoteka predmetinə dair yeni çıxarış alınması olub. Belə ki, İddiaçı ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 597.2 m2 olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə vahid bir çıxarış alıb. Həmin çıxarışa əsasən ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 597.2 m2 olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində qeydiyyata alınıb.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilib, ümumilikdə cəmi 291812.26ABŞ Dollaşrı borcun və məhəkəmə xərclərinin tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi, əmlaka tutma yönədildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması qət edilib.Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, əmlakın ünvanı ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanıdır və həmin ünvanda olan əmlakın tərkibinə 0.09842 ha torpaq sahəsi və 597.2 m2 olan fərdi yaşayış evi daxildir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 103)-9742/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi yalnız cərimə borcunun tutulması hissəsində dəyişdirilib.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-699/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti rədd edilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cıı il tarixli 2(1031-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilib, icra şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş verilib və sözügedən əmlakın satılması üzrə hərraclar keçirilib, hərraclar baş tutmadığından yekunda Cavabdeh2 QSC-yə təklif edilib, bank tərəfindən təklif qəbul edilib.Hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixli, 39/02 nömrəli hərracın yekunları barədə protokol tərtib edilib, həmçinin sözügedən əmlakla bağlı Cavabdeh2 QSC ilə "xxxx" MMC arasında 16.11,2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb.Əmlakın Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmasına dair DƏDRX-dən xx.xx.2021 -ci il tarixli elektron çıxarış verilib.Həmin çıxarışa əsasən ünvan 5 ünvanında ümumi sahəsi 597 m2 olan fərdi yaşayış evi və 0.98420 ha torpaq sahəsi Cavabdeh2 QSC-nin adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb.Cavabdeh2 QSC həmin ünvanda yerləşən 0.09842 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini qanuni qüvvəsini alıb məhkəmə qərarlarının icrası nəticəsində keçirilən hərracın yekununda əldə edib.Bundan başqa Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1 (İ 12)-2303/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reystrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilib.Eyni zamanda məlumat üçün bildirir ki, Nizami rayon icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi tam icra olunmayıb, yalnız ünvan 6 ünvanda yerləşən 597.2 kv.metrdən ibarət fərdi yaşayış evi boşaldılaraq banka tahvil verilib, lakin fərdi yaşayış evinin həyətyanı 0.09842 ha torpaq sahəsi boşaldılmayıb və İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilib.Həmin qərardaddan Cavabdeh2 QSC tərəfindən şikayət verilib.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2( 103)-9742/2019 saylı qərardadına əsasən iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən veriİmiş şikayət təmin edilərək Cavabdeh1 01 oktyabr 2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilib, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı belə əsaslandırılıb ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak hesab olunur və ipoteka predmetinə tutma yönəldiyində həmin vahid əmlak tələbkara təhvil verilməlidir. Bu torpaq sahəsi və ev eyni mülkiyyət sənədi ilə rəsmiləşdirilib və bir-birindən ayrılması mümkün deyildir. Qanuni qüvvəsini alan məhkəmə aktlarına görə həmin ünvan, yəni ev və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Lakin icra məmuru yalnız 597.2 m2 evi boşaldaraq təhvil verib, ünvanda olan digər əmlaklar və torpaq sahəsi isə boşaldılmayıb. Bununla da Bakı Apellyasiya Məhkəməsinin icra sənədi tam icra edilməyib.Qeyd edir ki, hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilib və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara vaxtında və lazımi qaydada müvafiq bildirişlər göndərilib.İpoteka predmeti olan əmlak (AZ 1060, ünvan 5 ünvanında ümumi sahəsi 597 m2 olan fərdi yaşayış evi və 0.98420 ha torpaq sahəsi) hərracda satılmayıb və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunda tələbkar Cavabdeh2 QSC-yə təklif olunub, tələbkar isə qanunla müəyyən edilən müddətdə həmin təklifi qəbul etməsi barədə hərrac mərkəzinə rəsmi məktub təqdim edib.Bütün bu qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə və qeyrilərinə qarşı hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassızdır və iddia rədd edilməlidir. Bundan əlavə onu da, qeyd etmək istəyir ki, tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hazırlıq iclasında ərizə təqdim olunub, həmin ərizəni də, müdafiə edir, xahiş edir ki,iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC məhkəməyə öz nümayəndələrini göndərməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: “Birja yenilikləri” qəzetinin 25 sentyabr 2020-ci il tarixli, 23(366)19 saylı məlumatından görünür ki, ünvan 5 ünvanda İddiaçı məxsus evin hərracdan satılması barədə elan verilmişdir. “Acıq hərracın keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli,01 saylı bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında olan yaşayış evinə dair hərrac keçirilməsi barədə iddiaçı və digər şəxslər məlumatlandırılıb. “Acıq hərracın keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli,02 saylı bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında olan yaşayış evinə dair hərrac keçirilməsi barədə iddiaçı və digər şəxslər məlumatlandırılıb. Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-nin İddiaçı və digər proses iştirakçılarına ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, ipoteka predmeti olan əmlak 503625 manata ipotekasaxlayana təklif olunmuşdur. Göründüyü kimi,hərrac keçirilərkən əqdin etibarsız hesab olunması üçün qanunla nəzərdə tutulan pozuntulara yol verilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm də iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisələndirilən protokol 08 sentyabr 2020-ci il tarixdə tərtib olunmışdır.Lakin iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.Göründüyü kimi iddiaçı tərəfindən bu cür iddalar üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq-aşkar ötürülmüşdür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan,eləcə də iddia ərizəsi iddia müddəti açıqaşkar ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 QSC-nə, Cavabdeh1nə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2445/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2445/2022
18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver