Məhkəmə qərarları › İş №e-2(007)-2448/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2448/2022

19.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2448/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC maraqlı şəxs həmin MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizənin icraata qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş və İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsinin icraata qəbulu məsələsinin mümkünlüyü məsələsinə yenidən baxılması qərara alınmışdır. məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia tələbinin yönəldildiyi cavabdehi ərizəsində qeyd etməmiş, iddia tələbinin prosessual əsası kimi istinad etdiyi normalar kimi isə “daşınar əmlakın sahibsiz hesab olunması” ilə bağlı xüsusi icraat qaydasında baxılması nəzərdə tutulan normalar göstərilmişdir. Ərizə elektron sistem vasitəsilə “İDDİA ƏRİZƏSİ” bölməsində yerləşdirilmiş, nəticədə məhkəmə tərəfindən ərizəyə hansı icraat qaydasında baxılması müəyyənləşdirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Bundan əlavə iddiaçı işə xüsusi icraat qaydasında baxılmasını arzu etdiyi təqdirdə ərizəsinə traktor və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən maraqlı şəxsi ərizəsi üzrə cəlb etməli və ərizəsinə qaldırılan məsələ ilə bağlı həmin quruma müraciət etməsi və imtina alması barədə, mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar əlavə etməlidir. Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, yuxarıda müəyyən edilmiş əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardad İddiaçı MMC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar