Məhkəmə qərarları › İş №e-2(007)-252/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-252/2022

17.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-252/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Qulı̇ yeva Nı̇ gar Hacı qızının vəkili və nümayəndəsi X2, Cavabdeh Xalı̇ s qızının iştirakı ilə, İddiaçı Qulı̇ yeva Nı̇ gar Hacı qızının Cavabdeh Xalı̇ s qızına qarşı “kompensassiya verilməklə mənzilə istifadə hüququna xitam verilmə, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yeva Nı̇ gar Hacı qızı Cavabdeh Xalı̇ s qızına qarşı “kompensassiya verilməklə mənzilə istifadə hüququna xitam verilmə, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilinə köçürülməsi, Cavabdeh 7200 manat məbləğində kompensasiya ödənilməklə övladı X7 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, Cavabdeh övladı X7 ilə birlikdə Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu X1 arvadı olmuşdur. O, 2006-cı ildə iddiaçıya məxsus ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və Cavabdeh mübahisəli mənzildə heç bir hüququnun olmamasına baxmayaraq iddiaçıya məxsus mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə imkan vermir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın yaşayış yer üzrə qeydiyyata alınması üçün, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mütləqdir. Lakin evin mülkiyyətçisi iddiaçı olmasına baxmayaraq cavabdehin mənzilə qeydiyyata düşməsi üçün nə yazılı, nə də şifahi razılıq verməmiş və ya cavabdehin mənzildən istifadə hüququ olması barədə məhkəmə qərarı yoxdur. Yəni cavabdehin mübahisəli mənzildən istifadə hüququ yoxdur və qeydiyyatı əsassızdır. O qeyd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının öz mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Bu qeydiyyat sadəcə formal xarakter daşıyır və əsassız olaraq iddiaçının öz mənzilinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi cavabdehin ona məxsus evdə qeydiyyatda olmasına dair hüquqi əsası yoxdur. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Ona görə ə o, Cavabdeh Xalı̇ s qızının Bakı şəhəri, Q.Qarayev pr., 73 saylı evin, 56 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməli, cavabdeh həmin mənzildən çıxarılmalıdır. Cavabdeh Xalı̇ s qızı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək Qulı̇ yeva Nı̇ gar Hacı qızının ona qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılmağı barədə iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə iddiaçının oğlu X4 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, birgə nikahlarından 2005-ci ildə X7 doğulmuşdur. O, nikaha daxil olduqları vaxtdan mübahisəli mənzilə köçərək hal-hazıradək orda yaşayır. Həmin mənzilə qeydiyyata düşərək onun istifadə hüququ yaranmışdr. O, həmin dövrdən indiyə qədər müxtəlif vaxtlarda yaşadığı mənzili təmir etmiş, sonuncu dəfə, yəni 2019-cu ilin axırlarında mənzili təmir etdirib bitirmiş, ümumilikdə təmirə 18023 manat, 70 qəpik vəsait xərcləmişdir. Ailə qurandan indiyədək evdən çıxma ilə bağlı iradlar bildirməmişlər, necə ki, evi tam təmir etdikdən sonra ona qarşı haqsızlıq edərək ədalətsiz iddia ilə məhkəməyə müraciət etmişdir. Bu halda iddiaçı Cavabdeh Xalı̇ s qızının göstərdiyi təmir xərclərini də ödəməlidir. Hamıya məlumdur ki, iddiaçının təklif etdiyi 7200 manat məbləğə o və azyaşlı qız uşağı ilə bərabər mənzil ala bilməz, elementar yaşadığı ərazidə kirayə haqqını belə ödəmir. Qanunun tələbinə görə ödənilməli kompensasiya məbləği yaşadıqları yerdə mövcud kirayə haqqlarına uyğun olmaqla həmin ərazidə yaşamağa imkan verməli və müəyyən müddəti əhatə etməlidir. O hesab edir ki, ona qarşı qaldırılan iddia qanunsuz və əsassızdır, təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, Cavabdeh Xalı̇ s qızı ilə X1 xx.xx.2021-ci il tarixdə nikahları pozulmuş, Cavabdeh Xalı̇ s qızı əvvəl yoldaşı ilə yaşamışdır. Cavabdeh həmin mənzildə istifadə hüququ yoxdur. Cavabdeh və qızı Fidan həmin mənzildə qeydiyyatda olduğu üçün iddiaçı həmin mənzil barədə sərəncam verə bilmir. İddiaçı ağır xəstə olduğu üçün bu mənzilə ehtiyacı var və həmin mənzili satıb müalicəsinə sərf edəcək. Cavabdeh 2006-cı il tarixdə həmin mənzilə qeydiyyata düşmüşdür. Rəna xanım orada yaşamır. Nigar xanım həmin mənzildə istifadə edə bilmir və qızının evində yaşayır. Əlavə olaraq o, Cavabdeh Xalı̇ s qızının qeydiyyatda olduğu üçün istifadə hüququnun olduğunu, amma orada yaşaması barədə məlumatı olmadığını, mənzilin iddiaçı tərəfindən alındığını, mənzilin açarlarının Rəna xanımda olduğunu, Nigar xanımın həmin mənzildə gəlini və oğlu ilə münasibəti yaxşı olan dövrdə yaşadığını, Cavabdeh Xalı̇ s qızının İddiaçı oğlu ilə ailə qurduğu üçün həmin evə qeydiyyata düşdüyünü, hal-hazırda Nigar xanımın həmin mənzilə gələ bilmədiyini və onun orada yaşamasına manelər olduğunu, 7300 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu, məbləği aylıq 200 manatdan 3 illik hesabladığını, kommunal və təmiri Nigarın etdiyini bildirdi. O, həmçinin qeyd etdi ki, əgər təmiri Rəna edibsə təmir nikah dövründə olubsa, onlar birgə nikah dövründə işlərə aid edilir. Məhkəmə iclasında Cavabdeh Xalı̇ s qızı iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq evi özünün təmir etdiyini, boşanmaq istəmədiyini, qayınanasının məcbur boşatdığını, evdən onu qayınanasının məcbur çıxartdığını, onu uşaqla çöldə qoyduğunu, qızının 11-ci sinifdə oxuduğunu, gəlirinin aşağı olduğunu, 7300 manat kompensasiyayla razılaşmadığını, həmin ərazidə 2 otaqlı mənzillərin kirayəsinin 400-450 manat olduğunu, aylıq 450 manat olmaqla 25000 manat kirayə, üstünə 5000 manat qoymaqla ümumilikdə 30 000 manat kompensasiya istədiyini, evi ona versələr alimentdən imtina edəcəyini qeyd etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirdi. O, əlavə olaraq Rənanın 2006-cı ildən bu günə kimin həmin ünvanda yaşadığını və qeydiyyatda olduğunu, həmin mənzilin Rəna ilə Turqut arasınada nikah bağlandıqdan sonra Turqutla Rənanın şəxsi vəsaiti və Rəna xanımın valideyinlərinin dəstəyi ilə alındığını, həmin mənzilin Nigar xanımın adına rəsmiləşdirilməsi məsələsi Nigar xanımın evin böyüyü və ağbirçəyi olduğu üçün onun adına rəsmiləşdirildiyini və buna da Rəna xanımın həmin vaxt etiraz etmədiyini, 2006-cı ildə mənzil alınandan sonra Rəna xanımın və qızının həmin mənzilə qeydiyyata düşdüklərini, həmin mənzildə Rəna xanımın təmir işlərini apardıqlarını və qızının dərsləri ilə məşğul olması üçün guşə yaradıldığını, bu günə qədər də həmin mənzildə Rəna və övladının yaşadığını, Turqutla cavabdehin arasında nikah pozulsa da Rəna xanımın qızı ilə birlikdə orada yaşadıqlarını və mənzilin açarlarının onda olduğunu, Rənanın həmin mənzildə isifadə hüququnun yarandığını, Rəna xanımın övladının həmin mənzilin yaxınlığındakı məktəbdə oxuduğunu, bundan başqa Rəna xanımın yaşadıqları binanın abadlaşdırılması üçün müvafiq orqanlara müraciətləri olduğunu, bunların da nəticə verdiyini, Rəna xanımın qonşuları 2019-cu ildə onun Bələdiyyəyə üzvülüyünə seçilməsi üçün namizədliyini verməsi üçün təkid etdiyini və o da öz üzvlüyünü həmin ünvan üzrə verdiyini, bunların hamısının Rəna xanımın həmin mənzildə yaşamasını və qeydiyyatda olmasını sübut etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, həmin binada 2000-ci ildən yaşayır və 15 il olar ki, Rəna xanımla qonşudur. Rəna xanım həmin mənzildə həyat yoldaşı və övladı ilə birlikdə yaşayır. Rəna xanım binanın abadlaşdırılmasında təşkilatçılıq etmişdir. Həmçinin o, Rəna xanımın ailəsinin mədəni yaxşı ailə olmasını, onların ayrıldıqlarını bilməməsini, Nigar xanımı tanımamasını və orada görməməsini, hal-hazırda Rəna xanım qızı ilə orada yaşamasını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 256549 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Qulı̇ yeva Nı̇ gar Hacı qızının adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasında Bələdiyyə Seçkilərinin qeydə alınmış namizəd siyahısından görünür ki, Cavabdeh Xalı̇ s qızı Nizami bələdiyyəsinin 24 saylı Nizami İ DSKə namizədliyini irəli sürmüşdür. - 121 MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2025 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh Xalı̇ s qızı Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilində qeydiyyatdadır və xx.xx.2006-cı ildən hal-hazıra kimi orada qızı X7 ilə yaşayır. - 24 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli, 387 saylı Arayışından görünür ki, X7 həqiqətən Nizami rayonu, V.Sadıqov adına 214 nömrəli tam orta məktəbin 11Ç sinifində oxuyur. - Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2021-ci il tarixli, K-16-144 saylı Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilinin sakini Cavabdeh Xalı̇ s qızına və başqalarına məlumat üçün göndərilmiş məktubdan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti, 73 saylı binanın bir qrup sakini Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək yaşadıqları binanın qarşısında yerləşən və təhlükə yaradan ağaca aqrotexniki xidmətin göstərilməsini xahiş etmişlər. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzilin təmir-tikinti işlərinin həcmi və dəyəri 18 023,00 manat təşkil etmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi” barədə Arayışından görünür ki, ünvan 3 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmənzilli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq xx.xx.2021-ci il tarixinə 450,0 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Xalı̇ s qızı X4 ilə 2004-cü ildə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, birgə nikahlarından 2005-ci ildə X7 doğulmuşdur. Cavabdeh Xalı̇ s qızı nikaha daxil olduqları vaxtdan mübahisəli mənzilə köçərək hal-hazıradək orada yaşayır. Cavabdeh Xalı̇ s qızı xx.xx.2006-cı ildən həmin mənzildə qeydiyyatdadır və orada qızı X7 ilə yaşayır. Cavabdeh Xalı̇ s qızı ilə X4 arasında nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Qulı̇ yeva Nı̇ gar Hacı qızının adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Qulı̇ yeva Nı̇ gar Hacı qızı Cavabdeh Xalı̇ s qızına aylıq 200 manatdan 3 illik hesablamaqla 7300 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmiş, lakin Cavabdeh Xalı̇ s qızı həmin məbləğlə razı olmamış, ümumilikdə 30 000 manat kompensasiya istəmişdir. "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi” barədə Arayışı ilə ünvan 3 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmənzilli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq xx.xx.2021-ci il tarixinə 450,0 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri Cavabdeh Xalı̇ s qızının 2004-cü ildə rəsmi nikaha daxil olduqları vaxtdan sonra mübahisəli mənzilə köçməsindən yaranmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehin isə həmin mənzilə istifadə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallar və sübutlardan müəyyən edilir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna malik olması, bununla da iddiaçının xüsusi mülkiyyət hüququnu məhdudlaşdırması, eyni zamanda onların birgə təsərrüfat aparmasının mübahisə və münaqişələrlə nəticələnməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə kompensasiya məbləği ilə bağlı bildirir ki, mübahisəli mənzilin yerləşdiyi ünvan 3 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmənzilli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq 450,0 manat məbləğ müəyyən edilmişdir. Hazırkı işdə iddiaçı Qulı̇ yeva Nı̇ gar Hacı qızı Cavabdeh Xalı̇ s qızına aylıq 200 manat kirayə haqqı hesablamaqla 3 illik 7200 manata kompensasiyanın məbləği kimi təklif etmişdir. Lakin cavabdeh həmin məbləğ ilə razılaşmır. Bundan başqa, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdeh və qızı iddiaçının ailə üzvləri olmuş, 2004-ci ildən həmin mənzildə yaşamağa başlamışdır. Hal-hazıradək həmin mənzildə yaşayırlar və onun və qızı X3 yaşamağa başqa yeri yoxdur. Ona görə də, 7300 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Belə ki, məhkəmə hesab edir ki, bu növ iddialara baxılması zamanı işə baxan təklif edilən kompensasiyanın yetərli olubolmamasını müəyyənləşdirərkən istifadə hüququ əldə edilmiş mənzillə münasibətdə eyni sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını deyil, istifadə hüquqlarına xitam verilən şəxslərin sayına uyğun olaraq onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verən sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını əsas götürməlidir. Məhkəmə həmin mənzildə Cavabdeh Xalı̇ s qızı və X3 həmin mənzildə bərabər yaşadıqlarını, mənzilin və yaxı ətraf ərazidə yerləşən çoxmənzilli yaşayış binalarında yaxşı təmirli mənzillərin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq 450,0 manat məbləğ müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh Xalı̇ s qızına 16 200 manat (450*36) kompensasiya verilməklə övladı X7 ilə birlikdə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən- daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə onu da qeyd edir ki, Qulı̇ yeva Nı̇ gar Hacı qızı Bakı şəhəri, Q.Qarayev prospekti, 73 saylı evin, 56 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə onun adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmasına baxmayaraq hazırda o, sözügedən mənzilə köçə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qulı̇ yeva Nı̇ gar Hacı qızı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə köçürülməli, Cavabdeh Xalı̇ s qızına 16200 (on alıtı min iki yüz) manat kompensasiya verilməklə övladı X7 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə izah edir ki, Cavabdeh Xalı̇ s qızının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinin təmiri ilə bağlı ayrıca iddia irəli serçək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qulı̇ yeva Nı̇ gar Haci qızı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə köçürülsün. Cavabdeh Xalı̇ s qızına 16200 (on alıtı min iki yüz) manat kompensasiya verilməklə övladı X8 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onlar həmin mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar