Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2521/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat ofisinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin onun adına rəsmiləşdiriləməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat ofisinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin onun adına rəsmiləşdiriləməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və X1 aralarında 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin mənzilin onun adına rəsmiləşdirilməsini, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi qərardad qəbul edərək, prokurora göndərilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı məhkəmədən Cavabdeh3 və X1 aralarında 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsini xahiş etsə də, mübahisələndirilən alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, mübahisələndirilən müqavilənin Cavabdeh3 və X2 arasında bağlandığını qeyd edilsə də, X2 iddiaçı tərəfindən hazırkı işə cəlb edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat ofisinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin onun adına rəsmiləşdiriləməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2521/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2521/2024
19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver