Məhkəmə qərarları › İş №e-2(007)-2670/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2670/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2670/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2022-ci il tarixdə törətdiyi əməl nəticəsində banka dəymiş 3036 manat dəymiş zərərdən ödənilməmiş qalan 536 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin Cavabdeh alınaraq, İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin Yasamal filialının önündə quraşdırılmış bankomatlar sındırılmışdır. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı cənab Məhəmməd Cəfərovun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həmin əməl Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən törədilmişdir. Baş vermiş hadisə nəticəsində banka ümumilikdə 1696.37 avro (xx.xx.2022-ci il tarixinə olan məzənnə ilə 3036 manat) məbləğində maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən Banka 500 manat, xx.xx.2022-ci il tarixdə isə 2000 manat ödəniş edilmişdir. Hadisə nəticəsində dəymiş ziyandan isə 536 manat bu günə qədər banka ödənilməmişdir. Bu səbəbdən də tərəflərindən məhkəməyə müraciət edilir.

İş materialları :

3. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 004 nömrəli qiymət təklifindən görünür ki, 2 ədəd “touch screen qoruyucu şüşə” ehtiyat hissəsinin cəmi qiyməti 1696.37 avro təşkil edir.

4. xx.xx.2022-ci il tarixli, TT**********578500 nömrəli və xx.xx.2022-ci il tarixli, TT**********626200 nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 500 manat və 2000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı B25 Yasamal Filialının önündə yerləşən bankomatlara 2 ədəd vətəndaş Cavabdeh tərəfindən müdaxilə zamanı dəyimiş zərərin qismən ödənilməsi olmuşdur.

5. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 4702 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu MPİ-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 06:05 radələrində ünvan 3 ünvanında yerləşən “Kapital” bankın qarşısındakı bankomatın şüşələrini daşla sındıran bir nəfər şəxsi (kişi) bölməyə təmin etmələri barədə raport tərtib etmişlər. Bölmədə həmin şəxsin xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh olduğu müəyyən edilmişdir.

6. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

7. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən 536 manat məbləğində vəsait banka ödənildiyindən ərizənin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

11. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

12. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

14. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh tərəfindən iddia ərizəsi üzrə tələb edilən 536 manat məbləğində vəsaitin banka ödənildiyi bildirilərək məhkəmədən ərizənin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması xahiş edilmişdir.

15. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

16. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

17. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı ASC, VÖEN:**********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 14221102; tarix: xx.xx.2024, saat: 17:47) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı ASC, VÖEN:**********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 14221102; tarix: xx.xx.2024, saat: 17:47) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar