Məhkəmə qərarları › İş №e-2(007)-2729/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2729/2024

08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2729/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Məmmədhüsey qızına, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğluna qarşı “mənzildən çıxarılma, kirayə mənzillərə köçürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Məmmədhüsey qızına, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğluna qarşı “mənzildən çıxarılma, kirayə mənzillərə köçürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Hüseyn oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Məmmədhüsey qızının, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğlunun xüsusi mülkiyyətindəki, ünvan 1 ünvandakı ümumi sahəsi 1300.6 kv.m təşkil edən Əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha olan torpaq sahəsindən çıxarılmaları, müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra 2025-ci ildə öz doğma yurdyuvalarına qaytarılanadək onların hər birinə kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 66 ünvanda ümumi sahəsi 1300.6 kv.m sahəsi olan Əmlak kompleksi var. Həmin kompleksin yerləşdiyi ümumi sahəsi 0.7046 ha olan torpaq sahəsi də onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinin üzərindəki Əmlak kompleksi məcburi köçkünlər, hazırki cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən zəbt olunan Əmlak kompleksi mənzil kimi istifadə olunur. Dəfələrlə müraciət etsə də, cavabdehlər mülkiyyətində olan əmlak kompleksini və onun yerləşdiyi ərazini boşladıb tərk etmirlər və bildirirlər ki, onların hazırda yaşamaları üçün evləri yoxdur. Cavabdehlərin qeyd olunan ünvanda qalmaları səbəbindən o, əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi üzrə hüquqlarını həyata keçirə bilmir. Məcburi köçkünlərin 2025-ci ilin sonunadək öz doğma yurd-yuvalarına qaytarılması nəzərdə tutulmuşdur. Cavabdehlərin məcburi köçkünlər olmalarını nəzərə alaraq onların öz doğma yurdyuvalarına qayıdanadək müvəqqəti yaşayış üçün kirayə mənzillərlə təmin olunmalarını və kirayə haqlarının ödənilməsini öz üzərinə götürür.

İş materialları :

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 66 ünvanında yerləşən 0.7046 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

4. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair texniki pasport əlavə edilmişdir.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

Məhkəmənin mövqeyi :

7. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.

9. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehlərin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.

10. Belə ki, iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində 13 nəfər şəxs cəlb edilsə də, onlardan yalnız 3 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən eyniləşdirmə məlumatları göstərilmişdir. Həmçinin cavabdehlərin ünvanı qeyd edilsə də, əlaqə məlumatları qeyd olunmamışdır.

11. Hazırki iddia tələbi cavabdeh qismində cəlb edilən şəxslərin iddiaçıya məxsus mənzildə yaşamaları ilə bağlıdır. Lakin iddiaçı tərəfindən iş materiallarına cavabdehlərin həqiqətən də, ona məxsus olan mənzildə yaşamasını təsdiq edən sübut əlavə edilməmişdir.

12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

13. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Məmmədhüsey qızına, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğluna qarşı “mənzildən çıxarılma, kirayə mənzillərə köçürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Məmmədhüsey qızına, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğluna qarşı “mənzildən çıxarılma, kirayə mənzillərə köçürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar