Məhkəmə qərarları › İş №e-2(007)-2750/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2750/2025

10.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2750/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhəkmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü birinci dərəcəli əlil bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri və birinci qrup əlil olan bacısı X3 ilə birlikdə yaşayır. Birinci qrup əlil olan bacısı X3 uşaqlıqdan əlildir, diaqnozu xx.xx.1979-cu ildə “naməlum səbəbdən dərin əqli gerilik” qoyulmuşdur. O, danışa bilmir, fikrini ifadə edə bilmir, habelə gəzə və hərəkət edə bilmir. Bacısına o baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, özü-özünə qulluq edə bilmir, əqli inkişafı körpə uşaqda olduğu kimidir, fikrini izah edə bilmir, hətta indi hansı ilin olmasını da bilmir, ayın tarixlərini, həftənin hansı günü olduğunu, hansı ölkədə yaşadığını və s. bilmir. Hal-hazırda onun üzərində onun qəyyum təyin olunmağına ehtiyac vardır. Belə ki, o gəzə bilmədiyi, fikrini ifadə edə bilmədiyi, hərəkətlərinin mənasını anlaya bilmədiyi və hərəkətlərini idarə edə bilmədiyi üçün sənədləşdirmə işləri zamanı – məsələn yeni pensiya kartının alınması, pensiyasının hesablanmasında problem olanda müraciət edilməsi və onun hüquqlarının həyata keçirilə bilməsi ilə bağlı digər məsələləri həll etmək üçün üzərində qəyyum təyin edilməlidir. O, bacısı X3 üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nizami rayon İcra Hakimiyyəti özünün xx.xx.2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi jaqqında məhkəmə qətnaməsi olduqda onun üzərində qəyyum təyin edilir. Yuxarıda göstərilənlərə əsasən də bacısı X1 psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" və onun üzərində onun qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməli şəxs X3 ərizəçinin bacısıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 16368831 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1963-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, xx.xx.1963-ci il təvəllüdlü X3 birinci dərəcəli əlildir və “Naməlum səbəbli dərin əqli gerilik ” xəstəliyindən əziyyət çəkir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317 və 321-ci maddələrinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra onun üzərində qəyyum təyin edilir. Qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3431 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 “Naməlum səbəbli dərin əqli gerilik” müəyyən olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş tramvası ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin inkişaf etməməsi, məktəbdə oxumaması, əqli gerilik və davranış pozuntuları ilə əlaqədar Bakı Şəhər Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması,əqli geriliyi, narahatlığı, evdə qeyri-müəyyən səslər çıxarması, həmçinin hər hansı işi sərbəst yerinə yetirə bilməməsi, ARƏƏSMN TSEK tərəfindən xx.xx.1979-cu il tarixində müayinə edilərək “Naməlum səbəbli dərin əqli gerilik” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacın olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqin inkişaf etməməsi, nəzərəçarpan dərin ağıl geriliyi əlamətlərinin birüzə verməsi və s.) sübut edir. X2 naməlum səbəbli dərin əqli gerilik müşahidə olunur və o öz hərəkətlərinin mənasını dərk edə bilmir, və onu idarə etmək iqtidarında deyildir. Buna görə də, o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən “Naməlum səbəbli dərin əqli gerilik”lə əlaqədar səhhəti onun mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 321.2-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, onunla birlikdə yaşayan qardaşı Ərizəçi ərizəsi üzrə qaldırılmış və ərizə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu, psixi vəziyyətinə görə onun məhkəmə iclasında iştirakına yol verilməməsi barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-ci il tarixində Şamaxı rayonunda anadan olmuş və ünvan 1 ünvanında yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-ci il tarixində Şamaxı rayonunda anadan olmuş və ünvan 1 ünvanında yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar