Məhkəmə qərarları › İş №e-2(012)-3796/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3796/2025

03.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3796/2025 03.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası 02 iyul 1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun anası 02 iyul 1947-ci il təvəllüdlü X4 (FİN: 1UWRCUN) 2017-ci ildən onkoloji xəstəliyə tutulmuş və həmin tarixdən səhhəti get-gedə daha da pisləşmiş, onkoloji xəstəliklə yanaşı digər xəstəliklər də tutmuşdur. Belə ki, anası həmçinin Parkinson xəstəliyinə tutulmuşdur. Məlumat üçün bildirir ki, Parkinson xəstəliyi mərkəzi sinir sisteminə təsir edən, xroniki və proqressiv xarakter daşıyan bir nevrodegenerativ pozuntudur. Xəstəlik zamanla inkişaf edərək anasının funksional müstəqilliyini tamamilə itirməsinə səbəb olmuşdur. Hal-hazırda anası gündəlik həyati fəaliyyətləri – yemək, içmək və digər təbii ehtiyaclarını – yalnız digər şəxslərin daimi köməyi ilə yerinə yetirə bilir. Buna görə də o, anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 02 iyul 1947-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3241 saylı rəyindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X3 Baş beynin üzvi xəstəliyi (Parkinsonizm xəstəliyi) nəticəsində demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və halhazırki psixitarik müayinənin nəticələri - anamnestik məlumatlara görə təxminən yeddi il əvvəl Parkinson xəstəliyinə düçar olması, bununla əlaqədar əvvəllər nevropatoloq, sonradan isə psixiatr müalicəsi qəbul etməsi, aldığı müalicələrə baxmayaraq vəziyyətinin ağırlaşması, hazırda Pakinson xəstəliyi əleyhinə “Madopar” adlı və yaddaş pozuntusuna qarşı dərman preparatları qəbul etməsinə baxmayaraq psixi və yaddaş pozuntuları, nitq və yeriş funksiyalarının pozulması, psixi və yaddaş pozuntuları, nitqinin qeyri-aydın olması, əl və ayaqlarında əsmələrin biruzə verdiyi, xx.xx.2022-ci il tarixdə Bakı şəhər 2 saylı X1 Həkim Psixiatr Komissiyasından keçərək “Baş beynin üzvi (Parkinson mənşəli) xəstəliyi nəticəsində dərin ağıl zəifliyi, kobud nitq, davranış və dayaq-hərəkət apparatının pozuntusu ilə daim şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu müəyyən edilməsi, “Parkinson xəstəliyi, kəskin yaddaş zəifliyi və kobud davranış və bütün ətraflarda hərəki funksiyanın pozğunluğu, yerişin pozulması” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacı olması, həmçinin hazırki müayinə zamanı ona ünvanlanmış nitqi praktiki olaraq başa düşməməsi, yaddaş, intellekt, təfəkkür sferalarını əhatə edən psixi funksiyalarının zəifləməsinin müəyyən edilməsi və s. sübut edir.X3 Baş beynin üzvi xəstəliyi (Parkinsonizm xəstəliyi) nəticəsində demensiya müəyyən edilir.X4 onda müəyyən edilmiş xəstəliklə bağlı ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən Baş beynin üzvi xəstəliyi (Parkinsonizm xəstəliyi) nəticəsində demensiya əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1947-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3241 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 02 iyul 1947-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar