Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2803/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi İddiaçı müdafiəçisi Nümayəndə “xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı müdafiəçisi Nümayəndə “xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkum İddiaçı cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmasını nəzərə alaraq onu cəzasının qalmış hissəsindən azad edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Göründüyü kimi ərizə qanuvericiliyin tələbinə riayət edilmədən tərtib olunmuşdur. İddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmişdir. Ərizənin başlığında “iddia ərizəsi” qeyd olunmuşdur. Ərizəçi tələbində məhkum İddiaçı cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmasını nəzərə alaraq onu cəzasının qalmış hissəsindən azad edilməsini xahiş edir. Ərizəyə mülki icraat qaydasında baxıla bilməz. Belə ki, ərizəyə Cinayət Prosessual Məcəlləsinin 511-ci maddəsinə əsasən hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraatda baxılmalı olduğu halda ərizə “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsi kimi yerləşdirilmişdir. Bu səbəbdən hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan nöqsanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Beləliklə, belə qənaətə gəlirəm ki, ərizəçi İddiaçı müdafiəçisi Nümayəndə “xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi İddiaçı müdafiəçisi Nümayəndə “xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2803/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2803/2023
07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver