Məhkəmə qərarları › İş №e-2(007)-2813/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2813/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2813/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin ödənilnməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin ödənilnməsi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 538,55 (beş yüz otuz səkkiz manat əlli beş qəpik) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinin məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-ti ilə "xxxx" ASC arasında 13 sentyabr 2019-cu il tarixdə PME ********** nömrəli sığorta müqaviləsi bağlanmış və ona məxsus olan “Hyundai Sonata” markalı, **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh etibarnamə əsasında "xxxx" ASC-yə məxsus olan həmin “Hyundai Sonata” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 yanvar 2020-cı il tarixdə idarə edərkən, Bakı şəhəri, Yasamal rayonu, MİDA-nın (sosial evlərin) həyətində yol-nəqliyyat hadisəsi törətmiş, "xxxx" QSC-yə məxsus olan məxsus olan “Kia Rio” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, ona zərər vurmuş və hadisə yerindən qaçmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti 538,55 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Yasamal RPİnin DYPŞ-nin "xxxx" ASC-nə təqdim etdiyi 25.01.2020-ci il tarixli, İXP ******* nömrəli protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə zərərin aradan qaldırılmasına dair cavabdehin mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ-nin DYPŞ-dən Cəmiyyətin ünvanına daxil olmuş 20.01.2020-cı il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 538,55 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən cavabdehin ünvanına 19 may 2020-ci il tarixli, İTŞ-594-05/2020 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Ona görə də, həmin vəsaitin və 30 manat dövlət rüsumunun Cavabdeh Cəmiyyətin xeyrinə tutulmasını iddiaçı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, “Hyundai Sonata” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsusdur. İş materialında olan 13 sentyabr 2019-cu il tarixli, PME ********** nömrəli sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC-ti ilə "xxxx" ASC arasında “Hyundai Sonata” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır İş materialında olan, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş etibarnamədən görünür ki, “Hyundai Sonata” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə idarə edilməsindən ötrü verilmişdir. İş materiallarında olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, “Kia Rio” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-yə məxsusdur. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-dən Cəmiyyətin ünvanına daxil olmuş 20.01.2020-cı il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 iyun 2020-ci il tarixli, 406 nömrəli hesab-fakturadan və 07 iyul 2020-cı il tarixli, LAS200673 saylı sığorta aktından görünür ki, “Kia Rio” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 538.55 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 13 iyul 2020-cı il tarixli 002285 saylı və 13 iyul 2020-ci il tarixli 002286 saylı saylı ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 538.55 manat məbləğində sığorta ödənişi “Kia Rio” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanladığı 19 may 2020-ci il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, müvafiq zərərin aradan qaldırılması üçün cəmiyyət tərəfindən ödənilmiş 538.55 manat sığorta ödənişinin 10 gün müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 63.1-ci maddsəsinə əsasən Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən icbari sığortabu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə əsasında “Hyundai Sonata” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 yanvar 2020-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, MİDAnın (sosial evlərin) həyətində yol-nəqliyyat hadisəsi törədərək "xxxx" QSC-yə məxsus olan məxsus olan “Kia Rio” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, ona 538,55 manat məbləğində zərər vurmuş və hadisə yerindən qacmışdır. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh inzibati xəta törətdiyinə və hadisə yerindən qaçdığına görə, sığorta ödənişi vermiş sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış "Kia Rio" markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və hadisə yerindən qaçdığı, "xxxx" QSC-yə məxsus olan məxsus olan “Kia Rio” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 538.55 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 538,55 (beş yüz otuz səkkiz manat əlli beş qəpik) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar